Mülki müdafiə anlayışı, yaranma tarixi, rolu və vəzifələri


Uçqun altında qalmış sığınacağın açılması və insanların xilas edilməsi



Yüklə 0,73 Mb.
səhifə77/90
tarix19.12.2023
ölçüsü0,73 Mb.
#185307
1   ...   73   74   75   76   77   78   79   80   ...   90
Mülki müdafiə-converted

Uçqun altında qalmış sığınacağın açılması və insanların xilas edilməsi
İnsanlar özləri sığınacaqdan çıxa bilmirlərsə, belə sığınacaq uçqun altında qalmış qurğu hesab edilir. Belə qurğuları qazıb açmağa başlamazdan əvvəl içəriyə qaz və ya su dolub-dolmadığını, ümumiyyətlə oradakı vəziyyəti öyrənirlər. Əgər müəyyən edilsə ki, sığınacağı açmağa xeyli vaxt lazım gələcək, içəriyə isə hava keçmir, onda dərhal sığınacağa hava verilməsini təmin etmək lazımdır. Bu məqsədlə ilk növbədə hava kanalları uçqun qırıntılarından, daş-kəsəkdən təmizlənməli və ya qəza çıxış yolunun qapağını aralamağa cəhd göstərilməlidir. Bu mümkün olmadıqda sığınacağın üst örtüyündə, yaxud divarında pnevmatik cihaz, burğu və ya əl alətləri işlətməklə baca açmaq lazımdır. Zəruri hallarda bacadan boru keçirib kompressor və ya ventilyator vasitəsilə içəriyə hava vurulmalıdır. Sığınacağın su kəməri, kanalizasiya və elektrik xətləri zədələnən hallarda suyu müvəqqəti arxlar qazmaqla kənara axıdır, elektrik xəttini bağlayır və bundan sonra qurğunu açmağa başlayırlar.
Birinci növbədə qaz və ya su dolan sığınacaqları açmaq lazımdır. Qaz dolmuş sığınacaqları içəriyə hava vurmaqla təmizləyir, suyu isə nasoslar vasitəsilə çölə vururlar.
Uçqunların altından və yanan binalardan insanların xilas edilməsi daha mürəkkəb və çətin işdir. Dağıntı ocağında zədələnmiş insanı tapmaq üçün uçqunlar yaranan sahədə başdan-başa axtarış aparmaq lazımdır. Bu zaman xilasedicilər elə məsafədə hərəkət etməlidirlər ki, biri digərini görüb-eşidə bilsin, habelə bütün sahəni diqqətlə nəzərdən keçirmək mümkün olsun.
Axtarış zamanı insanların qala biləcəyi daha çox ehtimal edilən yerlərə: zirzəmilərə, divarların dibinə, pilləkən yerlərinə və s. xüsusi diqqət yetirilməlidir. Üçqunlarda nəzərə çarpan paltar, ayaqqabı, bədənin bir qismi, habelə uçqun altından gələn hənirti – orada adam qaldığını göstərən əlamət ola bilər.
Həmişə çoxlu adam toplaşan yerlərdəki uçqunlar (bazar, mağaza, vağzal, tamaşa müəssisələri, məktəb) xüsusən diqqətlə yoxlanmalıdır. Yanaraq tüstü bürümüş binalarda insanları tapmaq daha çətindir. Belə binalar sürətlə, lakin təhlükəsizlik qaydalarına dəqiq əməl etməklə axtarılmalıdır. Tüstü bürümüş otağın qapılarını ehtiyatla və tədricən açmaq lazımdır, çünki içəriyə birdən-birə çoxlu hava keçməsi alovlanmaya səbəb ola bilər. Belə binalarda adətən aşağı əyilərək hərəkət edir və adamları səsləməklə axtarırlar. Xüsusən uşaqları diqqətlə axtarmaq tələb olunur, çünki onlar qorxudan ən gözlənilməz yerlərdə gizlənə bilərlər.
Uçqun altında qalmış, yaxud yanan binalardan insanları xilas etmək üçün konkret şəraitdən asılı olaraq elə üsul seçirlər ki, işin sürətlə və təhlükəsiz aparılmasına imkan yaratsın.
İnsan uçqunun üstünə yaxın yerdə qalıbsa – uçqunu üstdən, yaxud kənardan çox ehtiyatla sökməyə başlayırlar. İri hissələri qaldırıb kənara atmaq üçün avtomobil kranından və digər yükqaldırıcı mexanizmlərdən istifadə edirlər.
Uçulmuş binanın zirzəmisində və ya divarın dibində qalmış adamı arakəsmə divarda baca açaraq çıxarmaq lazımdır.
Bu üsullardan istifadə etmək mümkün olmayan hallarda uçqunun üstündən onun içərisinə doğru üfüqi, yaxud şaquli lağım-keçid düzəldirlər. Lağımın en kəsiyi adətən 1x1 metr ölçüdə olur. Uçqun hissələri sürüşməsin və çökməsin deyə, çökə biləcək hissələrin altına dirək qoyur, lağımın üst və yan divarlarını içəridən dayaqlarla bərkidirlər.
Uçqun altında insan aşkar edilərsə əvvəlcə onun başı və döşü üstünə düşmüş qırıntıları ehtiyatla kənar edir, ilk tibbi yardım göstərir və yaralıları toplama məntəqəsinə göndərirlər.
Pilləkənləri az dağılmış binanın üst mərtəbələrindən zədəliləri müvəqqəti taxta altlıq vasitəsilə düşürürlər. Pilləkənlər tamamilə dağılan hallarda, binanın divarını deşərək oradan insanları qonşu binaya keçirmək və ya söykəmə nərdivan vasitəsilə pəncərədən çıxarmaq olar.
Yuxarı mərtəbələrdən adamları asma beşiklər vasitəsilə də düşürmək mümkündür.
Yanan binalardakı insanları ilk növbədə xilas etmək lazımdır. Bu işləri xilasedici dəstələr yanğınsöndürücülərlə birlikdə yerinə yetirirlər.
Dağıntı ocaqlarında yaralılara ilk tibbi yardımı sanitar drujinaların şəxsi heyəti göstərir. Drujinanın üzvləri tapılıb xilas edilmiş yaralılarda qanaxmaları müvəqqəti dayandırır, yaraya sarğı qoyur, sınmış sümükləri tərpənməz hala salır, lazımi hallarda süni nəfəs verir və zədə şokuna qarşı tədbir görürlər. Bundan sonra xilasedici manqalar yaralıları toplanış, yaxud nəqliyyata mindirmə məntəqəsinə aparırlar.

Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin