Mülki müdafiə anlayışı, yaranma tarixi, rolu və vəzifələri


Xilasetmə işlərinin təşkili və yerinə yetirilməsi qaydaları



Yüklə 0,73 Mb.
səhifə76/90
tarix19.12.2023
ölçüsü0,73 Mb.
#185307
1   ...   72   73   74   75   76   77   78   79   ...   90
Mülki müdafiə-converted

Xilasetmə işlərinin təşkili və yerinə yetirilməsi qaydaları
Zədələnmə və zəhərlənmə ocaqlarında xilasetmə və digər təxirəsalınmaz işlərin təşkili, mülki müdafiəni idarə etmək prosesinin tərkib hissəsidir. Bu işlər dinc və ya müharibə dövrlərində fəaliyyət üçün əvvəlcədən tərtib olunmuş müvafiq mülki müdafiə planları əsasında təşkil edilir. Bu planlarda xilasetmə işlərinin təşkili üzrə bütün tədbirlər – MM qüvvə və vasitələrinin hazır vəziyyətə gətirilməsi, qruplaşdırılması, dəstələrin iş yerlərinə çatdırılması, onların fəaliyyətinin hərtərəfli təminatı və digər məsələlər öz əksini tapır. Bunların həlli qaydaları, eləcə də tədbirlərin həyata keçirilməsinə başçılıq etmək üçün MM rəhbərinin, qərargahın və dəstə komandirinin fəaliyyət qaydaları demək olar ki, bütün hallarda eynidir.
Bütün xəsarət ocaqlarında xilasetmə işlərinə mümkün qədər tez başlamaq və onları hər cür şəraitdə (gecə-gündüz, yayda-qışda), bütün işlər sona çatanadək fasiləsiz davam etdirmək lazımdır. Bu isə MM rəhbərindən, qərargahdan və xilasetmə dəstələrindən böyük mütəşəkkillik, şəxsi heyətdən isə yüksək mənəvi-psixoloji dəyanət, fiziki dözüm və bütün qüvvələrin səfərbər olunmasını tələb edir.
Dağıntı ocağında xilasetmə işlərini təşkil edən rəhbər, yaranmış vəziyyəti şəxsən öyrənir, insanları xilas etmək üçün görüləcək işlərin həcmini və qaydasını təyin edir, dəstələrə tapşırıq verir və onların fəaliyyətini vahid məqsədə yönəldir.
Dəstə komandirləri xilasetmə işlərinin aparılması haqqında sərəncamı alıb tabeliyindəki şəxsi heyəti göstərilən iş yerlərinə (uçqun altında qalmış sığınacaqların, daldalanacaqların yanına, çoxlu zədəlilər olan digər sahələrə) aparırlar. Xilasedici dəstələrin iş qabiliyyətini artırmaq üçün onlara xüsusi texnika (buldozer, avtokran və
s.), həmçinin sanitar drujinaları verilir və kommunal-energetika qurğularında qəzaları aradan qaldıra biləcək mütəxəssislər təhkim edilir. Lazımi hallarda yanğınsöndürən və zərərsizləşdirici dəstələr də xilasedicilərə yardım göstərirlər.
Uçqunlarda maşın yolu və keçidlərin düzəldilməsi
Zədələnmə və zəhərlənmə ocaqlarında xilasetmə işləri aparılarkən ilk növbədə uçqun altında qalmış mühafizə qurğularına, yanan binalara və digər təxirəsalınmaz iş yerlərinə getmək üçün maşın yolları və keçidlər düzəldilir. Keçid yollarının düzəldilməsi üsulları uçqunların növündən və ölçüsündən asılı olur. Uçqunlar çox olan sahələrdə küçələrdəki maşın yollarını və məhəllədaxili keçidləri, uçqunların üzərində düzəltmək daha asan başa gəlir. Bu məqsədlə uçqunun üst səthini buldozer vasitəsilə hamarlayır və basıb bərkidirlər.
Uçqunlarda texnikanın birtərəfli hərəkəti üçün 3-3,5 m, ikitərəfli hərəkəti üçün 66,5 m enində keçid düzəldirlər. Birtərəfli hərəkət üçün keçidlərdə hər 150-200 m-dən bir 15-20 m uzunluğunda yol ayrıcıları (ayırımlar) düzəldilir.
Xilasedicilər ilk növbədə yanğınları söndürür, yaxud məhdudlaşdırırlar. Bundan sonra iş vaxtı uçub tökülmək qorxusu yaradan zədələnmiş bina və qurğuları dayaqlarla bərkidir, ya da texnika vasitəsilə tamamilə dağıdıb təhlükəsiz vəziyyətə salırlar.
Xilasedici dəstələrə təhkim edilmiş mütəxəssislər qaz və elektrik qurğularında, kanalizasiya və su xətlərində qəzaları məhdudlaşdırır, yaxud bu şəbəkə və xətləri müvəqqəti bərpa edərək maşın yollarında, keçidlərdə və xilasetmə işləri aparılan sahələrdə təhlükəsiz şərait yaradırlar. Bütün bu tədbirlər zədələnmiş insanlara yardım göstərilməsi ilə paralel aparılır.

Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin