Mülki müdafiə anlayışı, yaranma tarixi, rolu və vəzifələri


Zədələnmə və yoluxma ocaqlarından aparılan xilasetmə işlərinin xüsusiyyətləri



Yüklə 0,73 Mb.
səhifə78/90
tarix19.12.2023
ölçüsü0,73 Mb.
#185307
1   ...   74   75   76   77   78   79   80   81   ...   90
Mülki müdafiə-converted

Zədələnmə və yoluxma ocaqlarından aparılan xilasetmə işlərinin xüsusiyyətləri
Xilasetmə və digər təxirəsalınmaz işlərin təşkili, prinsipləri və ümumi qaydaları bütün xəsarət ocaqlarında eyni cürdür. İşlərin məzmunu, xüsusiyyətləri və ardıcıllığı isə xəsərət ocaqlarını yaradan amillərin növündən və oradakı konkret şəraitdən asılı olur.
Düşmənin zəhərləyici və bakterial maddələr işlətməsi nəticəsində törəyən kimyəvi zəhərlənmə, yaxud bakterial yoluxma ocaqlarında adətən dağıntılar və yanğınlar baş vermir. Burada xilasetmə işləri – zədəlilərə ilk yardım göstərib tibb məntəqəsinə köçürməkdən, yoluxma ocaqlarının hündudlarını müəyyənləşdirib çəpərləməkdən
(giriş-çıxışı məhdudlaşdırmaq üçün), ərazini, avadanlığı zərərsizləşdirmək və adamları sanitar təmizlənmədən keçirməkdən ibarətdir.
Kimyəvi zəhərlənmə ocağında işləyəcək dəstələrin şəxsi heyəti əleyhqazlar, mühafizə paltarları, fərdi kimyəvi paket və antidotlarla təchiz edilməli və bu vasitələrdən dəqiq istifadə qaydaları onlara öyrədilməlidir.
Zəhərlənmə ocağına kimyəvi kəşfiyyat bölmələrinin ardınca adətən sanitar drujinaları, radiasiyadan və kimyəvi zəhərlənmədən mühafizə və zərərsizləşdirmə dəstələri, həmçinin ictimai asayişi mühafizə bölmələri göndərilir. Mühəndiszərərsizləşdirmə dəstələri insanların zəhərlənmiş səhələrdən çıxarılması üçün yolları, keçidləri təmizləyir; asayişin mühafizə bölmələri müvafiq qayda-qanunların gözlənilməsini təmin edir; sanitar drujinaların üzvləri zədəlilərə yardım göstərir, əleyhqaz geydirir, zəhər əleyhinə dərman verir, onları zədələnmənin ağırlığına görə qruplaşdırıb tibb müəssisələrinə aparırlar. Bundan sonra zəhərlənməyə məruz qalmış ərazi, qurğular, texnika və avadanlıq deqazasiya edilir və dəstələrin şəxsi heyəti xüsusi təmizləmə məntəqələrində tam sanitar təmizlənməsindən keçirilir. Yoluxma ocağında görülən əsas tədbirlər bunlardır:

  • bakterioloji yoluxmanı törədən bakterial vasitələrin müəyyən edilməsi;

  • müvafiq orqanların göstərişi ilə karantin və observasiya rejimlərinin tətbiq edilməsi;

  • ərzağın, suyun yoluxmasına nəzarət və onların zərərsizləşdirilməsi;

  • epidemiya əleyhinə tədbirlərin, sanitariya-gigiyena, xüsusi müalicəprofilaktika və köçürmə tədbirlərinin həyata keçirilməsi;

  • əhali arasında sanitariya qaydaları ilə bağlı geniş izahat işlərinin aparılması.

Yoluxma baş vermiş rayonda, ancaq sonuncu xəstənin sağalmasından və xəstəliyin gizli inkişaf dövrünə bərabər bir müddət keçdikdə sonra yoluxma ocağı ləğv olunmuş hesab edilir.
Güclü təsirli zəhərli maddələrin törətdiyi zəhərlənmə ocağında da dağıntılar, yanğınlar ola bilər, çünki bu maddələrin ətrafa axması adətən istehsalat qəzaları nəticəsində texnoloji avadanlıqlar sıradan çıxarkən baş verir. Belə hallarda xilasetmə işlərini aparmaq üçün daha çox yanğınsöndürmə qüvvə və vasitələrini, zəhərli buludun yayılmasını məhdudlaşdıran xüsusi texnika və avadanlıqları, eləcə də, texnoloji xətləri bağlamağı və neytrallaşdırıcı maddələrlə işləməyi bacaran heyətləri cəlb etmək lazım gəlir. Bütün bu heyətlər əleyhqazlarla, ya da müxtəlif markalı xüsusi sənaye əleyhqazları ilə təchiz edilməlidir.
Xilasetmə işləri aparılarkən əsas səylər zədələnmiş insanlara tibbi yardım göstərilməsinə, onların təhlükəsiz sahələrə çıxarılmasına, həmçinin yanğınların, qəza yerlərinin məhdudlaşdırılmasına yönəldilir. Qəzaların məhdudlaşdırılması işlərinə əsasən mütəxəssislər və bu sahənin texnologiyasını yaxşı bilən müvafiq rəislər rəhbərlik etməlidirlər.
Zədələnmə ocaqlarında xilasetmə işləri aparılarkən aşağıdakı təhlükəsizlik qaydalarına ciddi riayət edilməlidir:

  • xilasetmə işləri aparılan sahələrdə işlərin icrası ilə əlaqəsi olmayan şəxslərin qalmasına icazə verilmir;

  • icraya başlamazdan əvvəl iş yerini diqqətlə nəzərdən keçirmək, yenidən zədələnmə qorxusu olan sahələri işarələmək, iş vaxtı divarların uçulması təhlükəsi olarsa, onları əvvəlcədən tamamilə dağıtmaq və ya dayaqlarla bərkidib təhlükəsiz vəziyyətə gətirmək lazimdır;

  • bir binanın müxtəlif mərtəbələrində eyni zamanda iş aparılmasına yol verilmir;

  • zədələnmiş binalara, ehtiyac olmadan xüsusən də tək başına girmək məsləhət görülmür;

  • qaz dolmuş binalarda xilasetmə işləri aparılarkən kibritdən və digər açıq alovdan istifadə etmək, maşın və mexanizmlərin mühərriklərini işə salmaq olmaz, işə başlamazdan əvvəl qaz dolmuş binalar küləyə verilməklə qazdan təmizlənməli, lazımi hallarda yalnız 12 voltluq akkumulyator-əl fənərlərindən istifadə olunmalı, qığılcım çıxarmayan metaldan düzəldilmiş, yaxud qalın yağlanmış alətlər işlədilməlidir;

  • elektrik məftilləri ilə əlaqədar bütün işlər rezin əlcək və çəkmələr geyəndən sonra aparılmalıdır, mümkün olan hallarda işə başlamazdan əvvəl elektrik enerjisini kəsmək lazımdır;

  • zəhərli sahələrdə bütün xilasetmə işləri fərdi mühafizə vasitələrində aparılmalıdır, burada icazəsiz əleyhqazı çıxarmaq, siqaret çəkmək, su içmək, çörək yemək olmaz;

  • radioaktiv zəhərlənmə sahələrində işləyən şəxslərin şüalanma dozalarına ciddi nəzarət edilməlidir;

  • deqazasiya və dezaktivasiya işləri, fərdi mühafizə vasitələri çıxarılmadan müəyyən olunmuş yerlərdə yerinə yetirilməlidir.


Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin