İndikatorlar – radiasiya kəşfiyyatı üçün ən sadə cihazdır, bu cihazlar vasitəsilə şüalanmaları aşkar etmək olur. Bu cihazlar işıq və ya səs siqnalı verən sadə elektrik sxeminə malikdir. İndikatorlar vasitəsilə doza gücünün artdığını və ya azaldığını təyin etmək mümkündür. Belə cihazlarda verici olaraq qazboşalma sayğacı tətbiq edilir. Cihazların bu qrupuna DP-63, DP-63A, DP-64 indikatorları aid edilir.
Rentgenmetrlər – rentgen şüalarının və ya γ-şüalanma dozalarının gücünü ölçmək üçündür.
Belə cihazların ölçmə diapazonu rentgenin yüzdə bir qismindən bir neçə yüz rentgen saata (R/s) qədərdir.
Bu cihazlarda verici olaraq ionlaşma kameraları və ya qazboşalma sayğacları tətbiq edilir. DP-3B, Kaktus, İMD-1, İMD-21, DP-5A rentgenmetrləri belə cihazlardır.
Radiometrlər – müxtəlif səthlərin, avadanlığın, texnikanın, paltarların, havanın, əsasən alfa və betta hissəcikklərlə radioaktiv zəhərlənməsini aşkar etmək və bu zəhərlənmənin dərəcəsini təyin etmək üçün nəzərdə tutulmuşdur.
Radiometr vasitəsilə az səviyyəli γ-şüalanmanı da ölçmək mümkündür. KRK, KRBP cihazı, «Luç-A» beta-qamma radiometri, «Tiss» radiometri DP-100M, DP-
100ADM radiometrik qurğuları və s. belə cihazlardır.
Dozimetrlər – zəhərlənmiş rayonda fəaliyyət göstərən bütün müddət ərzində şəxsi heyətin aldığı ümumi şüalanma dozalarını təyin etmək üçündür.
Fərdi dozimetrlər kiçik ölçülü ionlaşma kamerasından və plyonkalı fotokasetdən ibarətdir.
Kameralar komplektindən və doldurma-ölçmə tərtibatından ibarət cihaz dəstinə, fərdi dozimetrik nəzarət komplekti deyilir. Onların DK-02, DP-22V, DP-24, İD-1,
İD-11 və s. kimi növləri olur.
Ölçülən şüalanmanın növünə görə, cihazları qamma şüalanmanı ölçən, alfa və betta hissəciklərini ölçən cihazlara ayırmaq mümkündür.
Cihazın sxemində çevrilən siqnalların xarakterinə görə, dozimetrik qurğular iki qrupa ayrıla bilər.Birinci qrupa elə cihazlar aid edilir ki, burada nəzarət edilən şüalanmaların hissəcikləri və ya fotonları detektor vasitəsilə qısa, ardıcıl elektrik siqnallarına çevrilir. Bu qrup cihazların elektrik sxemi çevirici və impuls gücləndirici rolunu oynayır.
İkinci qrup dozimetrik cihazlarda isə cihazın detektoru ona təsir göstərən şüalanmaları fasiləsiz sabit cərəyana çevirir. Belə halda cihazın sxemi sabit cərəyan gücləndirici və çevirici rolunu oynayır.
Müasir dozimetrik cihazların hamısı ionlaşdırma metodu əsasında işləyir.
Cihazların əsas qovşaqları aşağıdakılardan ibarətdir: