Mülki müdafiə anlayışı, yaranma tarixi, rolu və vəzifələri



Yüklə 0,73 Mb.
səhifə50/90
tarix19.12.2023
ölçüsü0,73 Mb.
#185307
1   ...   46   47   48   49   50   51   52   53   ...   90
Mülki müdafiə-converted

AMMONYAK (NH3)


Ammonyak NH3 sənayedə nitrat turşusu, ammonium nitrat və ammoniumsulfat, maye gübrələr, karbamid (sidik cövhəri) və soda istehsal etmək üçün; parçaların boyanmasında üzvi sintez üçün; soyuducu qurğularda soyuducu maddə kimi və güzgülərin gümüşlənməsi işlərində tətbiq edilir. Suların, ağ neftin və bir sıra mineral yağların təmizlənməsi, dərinin aşılanması işlərində, şəkər zavodlarında ammonyaka təsadüf edilir. O həmçinin təmizlənməmiş asetilenin içində də olur.
Fiziki-kimyəvi xassələri. Ammonyak boğucu, kəskin naşatır iyli rəngsiz qazdır, hiss olunma həddi 0,037 mq/l, dadı çox acıdır, havadan yüngüldür. Bildiyiniz kimi havanın molekul kütləsi 29, ammonyakınkı isə 17-dir. Sıxlığı 00 C-də 0,771 q/l, 250 C-də 0,59 q/l-dir. Mənfi 33-350 C dərəcəyədək soyudularkən sıxılaraq rəngsiz maye halına keçir. 1 həcm suda 700 həcm ammonyak həll olunur. Efirdə və digər üzvi həlledicilərdə həll olur. Ammonyakın hava ilə 4:3 nisbəti və ya 15-28%-li qarışığı partlayışa səbəb olur. Partlayış təhlükəli konsentrasiyanın hədləri: oksigendə 13,5-79%, aşağı valentli azot oksigendə 2,2-72%-dir. Ammonyak havada surətlə ammonium karbonata (NH4)2CO3 çevrilir, yaxud rütubətlə udulub naşatır spirtinə (ammonium hidroksidə) çevrilir. Reaksiyalara çox meyllidir, birləşdirmə, əvəzetmə və oksidləşmə reaksiyalarına daxil olur. Qabdan kənara (atmosferə) çıxarkən tüstülənir. Maye halında çox vaxt suda 10 və 25%-li qaz məhlulu şəklində təsadüf edilir. Çənlərdə və ya balonlarda təzyiq altında mayeləşdirilmiş halda saxlanılır və daşınır.
Zəhərləyici xassələri. Ammonyak yuxarı tənəffüs yollarına və gözlərə qıcıqlandırıcı təsir göstərir. Onun yüksək konsentrasiyaları (qatılığı) gözlərdə ağrıya və yaş axmaya, təngnəfəsliyə, kəskin öskürəyə, baş gicəllənməsinə, mədə ağrılarına və qusmaya səbəb olur, ağciyərlərin fəaliyyəti zəifləyir. Ammonyakın güclü təsirindən bir neçə dəqiqə sonra əzələ zəifliyi, yüksək reflektor qıcıqlanma, qıcolma halları müşahidə edilir, eşitmə qabiliyyəti azalır. Baş-beyin qabığında maddələr mübadiləsi pozulur. Kiçik konsentrasiyalarda gözlərin və burunun selikli qişaları azacıq qıcıqlanır, asqırma baş verir, yüngül ürəkbulanma, baş ağrıları, sifətin qızarması, güclü tərləmə, döşdə ağrı hiss edilir. Ammonyakın havada konsentrasiyasının yol verilən həddi (KYH) belədir: iş aparılan binaların havasında 0,02 mq/l, sənaye müəssisələrinin ərazisindəki açıq havada – 0,007 mq/l, yaşayış məntəqəsinin havasında – 0,0002 mq/l. Konsentrasiya 0,04-0,08 mq/l olarkən gözlərin, yuxarı nəfəs yollarının kəskin surətdə qıcıqlanması, güclü baş ağrıları baş verir. Susuz maye ammonyak ağır yanıqlar törədir, həm də yüksək buxarlandırma hərarətinə malik dondurucu maddə kimi təsir göstərir. Həcmcə 1%, 7 mq/l konsentrasiyada yaş dəri səthinin azacıq aşınması, 2%-də isə nəzərə çarpan aşınması müşahidə olunur, bir neçə dəqiqədən sonra suluqlu yanıq yarası əmələ gəlir. Naşatır spirti dəriyə zəif təsir göstərir, lakin hər halda kəskin ağrı, qızarma, xeyli uzun müddətli təsir zamanı suluqlar törədə bilər.

Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin