Qlobal fövqəladə hadisələr – bir ölkənin ərazisində məhdudlaşmır və qonşu dövlətlərin də ərazilərinə yayılır.
Baş verən fövqəladə hadisələr insan tələfatının miqdarına, zədələnmiş və ya köçürməyə məruz qalan əhalinin sayına, habelə, dəymiş zərərin miqyasına görə də təsnif edilir. Fövqəladə hadisələr idarə üzrə, mənsubiyyətinə görə:
Tikintidə;
Sənayedə;
Mənzil və kommunal məişət sahələrində;
Kənd təsərrüfatında;
Meşə təsərrüfatında;
Nəqliyyatda (hava, su, yerüstü və yeraltı) olur.
Bu təsnifat fövqəladə hadisələrin miqyasını və nəticələrinin həcmini əhatə etmir, lakin fövqəladə hadisələrin qarşısının alınması üçün tədbirlərin seçilməsi, vəziyyətin xarakterinin qiymətləndirilməsi, eləcədə xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması üzrə əsas istiqamətlərin göstəriciləri rolunu oynayır.
Təbii fəlakətlərdən ən dəhşətlisi zəlzələdir. Zəlzələ – yeraltı təkanlar, yerin üst qatının titrəməsi, nəticədə yer qabığında və ya, yerüstu süxurların laylarında yarıqların əmələ gəlməsi və böyük məsafələrə ötürülən elastiki titrəyişlərdir.
Zəlzələnin aşağıdakı növləri mövcuddur:
Metioritin yerə düşməsi və ya planetimizin digər kosmik obyektlərlə toqquşması nəticəsində baş verən zəlzələlər.
Zəlzələ ocağının yerin altındakı mərkəzi - hipomərkəz (hipo-dərin deməkdir), yerin səthindəki proyeksiyası isə - epimərkəz (epi-dayaz deməkdir) adlanır.
Zəlzələ zamanı epimərkəzin ətrafında ən güclü təkanlar hiss edilən sahəyə – episentral sahə deyilir.
Zəlzələnin yaratdığı zəlzələ ocağından və ya epimərkəzdən yerin səthi üzrə hər tərəfə yayılan titrəyişlər elastiki (seysmik) dalğalar adlanır.