Mülki Müdafiənin məqsədləri aşağıdakılardır: fövqəladə halların qarşısının alınması məqsədi ilə profilaktik tədbirlərin həyata keçirilməsi;
fövqəladə hallar zamanı mümkün olan ziyan və itkilərin həcminin maksimum azaldılması;
fövqəladə halların və onların nəticələrinin aradan qaldırılması.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1998-ci il 25 Sentyabr tarixli193 saylı qərarı ilə təsdiq edilmiş Qaydalara 1 nömrəli Əlavə
ZONALAR 1.Bakı zonası – Baki şəhərinin 12 rayonu və Abşeron rayonu.
2.Gəncə zonası – Gəncə, Göy-göl, Samux, Goranboy, Naftalan, Şəmkir, Tovuz, Akstafa, Qazax, Gədəbəy, Daşkəsən, Kəlbəcər rayonları.
3.Sumqayıt zonası – Sumqayıt , Şabran, Quba, Qusar, Xaçmaz, Siyəzən, Xızı rayonları.
4.Şamaxı zonası – Şamaxı, Ağsu, İsmayıllı, Qəbələ, Göyçay, Kürdəmir rayonları.
5.Mingəçevir zonası – Mingəçevir, Ağdaş, Ucar, Yevlax, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən rayonları.
6.Şirvan zonası – Şirvan, Hacıqabul, Beyləqan, İmişli, Saatlı, Sabirabad, Salyan, Neftçala rayonları. 7.Ağdam zonası – Xankəndi, Şuşa, Ağdam, Ağcabədi, Bərdə, Tərtər, Zərdab, Xocavənd, Xocalı rayonları.
8.Cəbrayıl zonası – Cəbrayıl, Fizuli, Zəngilan, Qubadlı, Laçın rayonları.
9.Lənkəran zonası – Lənkəran, Astara, Lerik, Yardımlı, Biləsuvar, Cəlilabad, Masallı rayonları.
10.Naxçıvan zonası – Şərur, Şahbuz, Babək, Kəngərli, Ordubad, Culfa, Sədərək rayonları.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1998-ci il 25 Sentyabr tarixli193 saylı qərarı ilə təsdiq edilmiş Qaydalara 2 nömrəli Əlavə
ŞƏHƏRLƏRİN QRUPLARI qrup − Bakı şəhəri
qrup − Sumqayıt şəhəri
qrup − Gəncə şəhəri
− Mingəçevir şəhəri
− Şirvan şəhəri − Naxçıvan şəhəri Fəsil-I. Mülki müdafiənin və fövqəladə hadisələrin mahiyyəti §2. Fövqəladə hadisələrin təsnifatı.