İnformasiya və digər əlamətlər üzrə xarakterizə olunur.
Belə hadisələri onların mənşəyinə, xassələrinə görə xarakterizə edən bir çox əlamətləri üzrə qruplaşdırıb, təsnif etmək mümkündür.
Təsir dairəsinə (miqyasına) və nəticələrinin ağırlığına görə, fövqəladə hadisələr: Lokal (məhdut);
Obyekt miqyaslı;
Yerli;
Regional;
Dövlət (milli);
Qlobal xarakterli ola bilər.
Lokal (qismi) fövqəladə hadisələr - iş yerindən, sinifdən, mənzildən kənara yayılmır.
Obyekt miqyaslı fövqəladə hadisələr - sənaye obyektində və ya bina hüdüdlarında məhdudlaşır.
Yerli fövqəladə hadisələr - ancaq bir yaşayış məntəqəsinin, şəhərin və ya kənd təsərrüfatı müəssisəsinin ərazisində özünü göstərir.
Regional fövqəladə hadisə - bir neçə şəhəri və ya kənd təsərrüfatı rayonlarını, onun ətrafları ilə birlikdə əhatə edir.
Dövlət (milli) miqyaslı fövqəladə hadisələr –respublikanın xeyli ərazilərini əhatə edən, lakin dövlətin inzibati sərhədlərindən kənara çıxmayan hadisələri əhatə edir.