–
bioloji silahlar insanlar, heyvanlar və bitkilər arasında kütləvi yoluxucu
xəstəliklərin yaranmasına səbəb ola bilir;
– bu xəstəliklər xəstə adamlardan sağlam adamlara asanlıqla keçir və tez yayılır;
– yoluxucu xəstəliklər üçün xəstəliyin gizli dövrünün olması;
– bəzi mikrob və zəhərlərin (toksinlərin) aşkar olunması çətinlik törətdiyinə görə
zədələnmə təhlükəsinin daha çox olması;
– istehsalının başqa kütləvi qırğın silahlarına nisbətən
daha asan və ucuz başa
gəlməsi.
Bakterioloji silahın güclü təsiri onun yüksək dərəcədə patogenliyinə - xəstəlik
törətməsinə əsaslanır. Məsələn, hesablanmışdır ki, psittakoz virusunu yetişdirmək
üçün istifadə olunan toyuq embrionunun 1mm
3
narınlanmış toxuması bir neçə milyon
insanın zəhərlənməsi üçün kifayət edəcək miqdarda yoluxucu mənşəyə malikdir.
Bakterioloji vasitələrin təsir müddəti törədicinin xarici mühitdə davamlılığı ilə
müəyyən edilir. Məlumdur ki, təbii şəraitdə yatalaq xəstəliyinin törədiciləri torpaqda
15 il ərzində qalır. Əgər bakterioloji vasitələrə müxtəlif stabilləşdirici maddələr –
qliserin, dekstrin və s.
əlavə edilərsə, onda törədicilərin davamlılığı daha da artır.
Yoluxdurulmuş keçiricilərin köməyi ilə bakterioloji silahın uzunmüddətli təsirini
təmin etmək olar. Bu onunla izah edilir ki, yerə səpələnmiş
keçiricilər əlverişli
mühitdə öz fəallıqlarını uzun müddət göstərə bilir. Digər tərəfdən onların
yoluxdurduqları törədicilər də orqanizmdə uzun müddət qala bilir.
Yoluxucu xəstəlik törədicilərinin havanı zəhərləmək yolu ilə tətbiqi daha
təhlükəli olur. Mikrob resepturları aerozol halında, yəni havada xırda maye damcıları
(duman) və toz halındakı bakteriyalardan ibarətdir. Onlar geniş ərazilərə - minlərlə və
on minlərlə kvadrat kilometr sahəyə yayılırlar. Mikrobların və toksinlərin havanın
yerüstü qatında olması onların torpağa, binaların və bitkilərin səthinə çökməsini,
bütün qeyri-kip mənzillərə və yeyinti məhsullarına keçməsini təmin edir.
Külək
nəticəsində havanın hərəkəti güclənir, mikroblar (toksinlər) yerdən qalxır və havaya
qarışır.
Beləliklə tənəffüs nəticəsində mikrobların, yaxud toksinlərin canlı
orqanizmlərə daxil olmasına imkan yaranır. İnsan və heyvanlar təkcə tənəffüs
orqanları vasitəsilə deyil,
həmçinin zədələnmiş dəri, selikli qişa və mədə-bağırsaq
yolu vasitəsi ilə də yoluxa bilərlər. Düşmən həmçinin təxribatlar yolu ilə xəstəlik
törədən bakteriyalar yaya bilər. Bu məqsədlə müxtəlif ampullardan,
xüsusi
cihazlardan və püskürdücü qurğulardan istifadə etmək mümkündür.
Vəba
Bu xəstəlik üçün güclü zəhərlənmə, qusma, ishal, orqanizmin kəskin
susuzlaşması və nazik bağırsağın zədələnməsi xarakterik cəhətlərdir. Vəba
xəstəliiyində ölüm halları yüksəkdir. Günəş işığı bu törədicilərə
məhvedici təsir
göstərir. Vibrion (vəba törədicisi) qaynadıldıqda, habelə xlorlu əhəng və xloramin
məhlulunun təsirindən tez məhv olur.
Təbii şəraitdə vəbanı yayan mənbələr xəstə və ya vibrionlar gəzdirən
adamlardır. Vəba ilə yoluxma ancaq ağız-nəcis vasitəsi ilə olur. İlin isti vaxtlarında
vəbanı milçəklər də yayır. Lakin vəba vibrionlarının tətbiq edilməsi imkanlarını
zəiflədən faktorlar mövcuddur – vəba törədiciləri xarici
mühit və fiziki-kimyəvi
vasitələrin təsirinə çox davamlı deyillər, həmçinin vəbaya qarşı vaksinlər də vardır.
Dostları ilə paylaş: