Mülki müdafiə anlayışı, yaranma tarixi, rolu və vəzifələri


Mikroblar, toksinlər və onların xassələri



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə59/97
tarix22.04.2023
ölçüsü1,31 Mb.
#101571
1   ...   55   56   57   58   59   60   61   62   ...   97
Mülki müdafiə-converted

Mikroblar, toksinlər və onların xassələri. 
Təbiətdə saysız-hesabsız mikroorqanizmlər vardır, lakin onlardan bəziləri 
canlılar arasında xəstəlik törədə bilirlər. Onlara xəstəlik törədən mikroblar və yaxud 
patogenlər deyilir. Mikroorqanizmlərin çoxu isə xəstəlik törətmək xüsusiyyətlərinə 
malik deyillər və onlara saprofitlər deyilir. 


Yoluxucu xəstəliklər müəyyən patogen mikroblar tərəfindən törədilir. Onların 
əsas nümayəndələri – bakteriyalar, viruslar, riketsiyalar və göbələklərdir. 
Bakteriyalar 
– 
sadə 
bölünmə 
yolu 
ilə 
çoxalan 
birhüceyrəli 
mikroorqanizmlərdir və süni qidalı şəraitdə tez inkişaf edirlər. Xəstəliktörədici 
bakteriyalar taun, vəba, sibir xorası, tulyaremiya, qarın yatalağı və başqa yoluxucu 
xəstəliklər törədə bilirlər. 
Viruslar – bakteriyalardan fərqli olaraq canlı orqanizmlərdən ayrı çoxala 
bilmirlər, onları adi qidalı mühitdə yetişdirmək olmur. Viruslar hüceyrədaxili 
parazitlərdir, qrip, qızılca, təbii çiçək və quduzluq kimi xəstəliklərin törədiciləridir. 
Riketsiyalar – viruslar kimi canlı hüceyrələrdə yaşayırlar. Bunlara epidemik 
səpgili yatalaq xəstəliyinin və marsel qızdırmasının törədicilərini göstərmək olar. 
Göbələklər müxtəlif qidalı şəraitdə yaşayırlar və bir neçə yolla çoxala bilirlər 
(bölünmə, tumurcuqlanma, sporəmələgətirmə). Göbələklər insanlarda aktinomikoz 
(dəri xəstəlikləri) xəstəliklərini törədirlər. Heyvan və bitki aləmində də müxtəlif 
göbələk xəstəliklərinə rast gəlmək olur. 
Bakterial toksinlər və onların xassələri. 
Patogen mikroblar iki növ toksin buraxırlar; endotoksinlər və ekzotoksinlər. 
 
Endotoksinlər bütün patogen mikroblarda var, onlar mikrobların ölümündən 
və dağılmasından sonra azad olurlar. 

Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin