Mülki müdafiə anlayışı, yaranma tarixi, rolu və vəzifələri



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə55/97
tarix22.04.2023
ölçüsü1,31 Mb.
#101571
1   ...   51   52   53   54   55   56   57   58   ...   97
Mülki müdafiə-converted

Zəhərləyici xassələri. Xlor yuxarı tənəffüs yollarına kəskin nəzərə 
çarpan qıcıqlandırıcı təsir göstərir. Yüksək konsentrasiyalarda təsir zamanı 
dərhal ağciyər şişi inkişaf edir. Yüksək konsentrasiyada zəhərlənmə – 
tənəffüs mərkəzinin reflektor tormozlanması sayəsində dərhal ölümlə 
nəticələnə bilər. 
İlk yardım: xlorla zəhərlənmiş adamı təmiz havaya çıxarmaq, 
mümkün qədər tez oksigenlə inhalyasiya etmək, istilik və rahatlığını təmin 
etmək, sonra isə xəstəxanaya aparmaq lazımdır. Yuxarı tənəffüs yollarının 
qıcıqlanması hallarında – toz şəklindəki 2%-li Na
2
SO
3
məhlulu, qələvi 
məhlulları (çay sodası) iylətməli. Gözləri, burnu və ağızı 2%-li soda 
məhlulu ilə yumalı, soda qatılmış isti süd içirməli. Şiddətli öskürmə 
hallarında kodein və ya dionin verməli, xardal yaxması qoymalı, boğazın 
səs yarığı daralarkən boğaz nahiyəsini isitməli, isti qələvi ilə inhalyasiya 
etməli, dəri altına atropin vurmalı. Gözlər qıcıqlanarkən – 2% natrium – 
bikarbonat məhlulu ilə yumalı. Ürək zəifliyində – strofantin verməli
0,1%-li strofantin ilə qlükoza məhlulu vurmalı. 
Zərərsizləşdirmə üsulları. Xloru neytrallaşdırmaq üçün deqazasiya 
maddəsi olaraq qələvilərin suda məhlulu, natrium-hiposulfit, söndürülmüş 
əhəng və ya 1:120 nisbətində (1 ton xlor üçün 120 ton su) su işlədilməlidir. 
Sulfit anhidridi (kükürd 2-oksid) SO
2.
Sulfit anhidridi (kükürd 2-oksid) SO

xarakterik kəskin iyli və 
şirintəhər dadlı, rəngsiz qazdır. Sənayedə sulfat turşusu və natrium sulfat 
hazırlamaq üçün xammal kimi, yunun, ipəyin, qarğıdalı ununun, əncirin, 
şəkərin 
ağardılması 
üçün, 
meyvə 
və 
giləmeyvələrin 
konservləşdirilməsində, soyuducu maddə kimi və dezinfeksiya məqsədi ilə 
istifadə olunur.
Fiziki-kimyəvi xassələri. Sulfit anhidridi otaq temperaturunda 4-5 
atmosfer təzyiq altında rəngsiz maye halına keçir. Qaynama temperaturu 
10,1
0
C, sıxlığı qaz halında 2,93 q/l-dır, suda, spirtdə, sirkədə, sulfat 
turşusunda və efirdə həll olunur. Nəm sulfit anhidridi adi temperaturda 
H
2
S (hidrogen sulfid) ilə reaksiyaya girərək tamamilə quru, reaksiyalara 
qoşulmayan kükürd əmələ gətirir. Açıq havada tüstülənir. Təzyiq altında 
mayeləşdirilmiş halda sisternlərdə daşınır. 

Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin