qələvilərin su məhlullarından, ammonyakdan, söndürülmüş əhəngdən və
1:90 nisbətində (1 kq sulfit anhiridi üçün 90 kq su)
sudan istifadə etmək
lazımdır.
Fəsil-II. Mülki Müdafiə sisteminin idarə edilməsi və kütləvi qırğın silahları.
§ 9. BiOLOJi (BAKTERİOLOJİ) SİLAHLARIN TƏSNİFATI
Bioloji (bakterioloji) silah – kütləvi qırğın silahlarının bir növü olub –
bakterial vasitələrə və onları tətbiq etmək üçün istifadə edilən döyüş sursatına, cihaz
və tərtibatlara deyilir. Bioloji (bakterioloji) silahın əsasını xəstəlik törədən mikroblar
və onlardan alınan toksinlər təşkil edir.
Bioloji (bakterioloji) silahlar insanların, heyvanların və bitkilərin məhv
edilməsi, eyni zamanda ərzaq ehtiyatlarının və içməli
suyun zəhərlənməsi üçün
istifadə edilir. Bioloji vasitələrə, xarici mühitin təsirinə çox davamlı olan,
əhali
arasında kütləvi xəstəlik törədən, profilaktikası və müalicəsi çətin olan mikroblar aid
edilir. Onların insanlara, heyvanlara və bitkilərə zədələyici təsiri bir sıra
fərdi
xüsusiyyətlərlə xarakterizə edilir. Xəstəlik törədən mikroblar ən kiçik dozalarla belə
yoluxucu xəstəlik törədə bilir və onların toksinləri müəyyən müddət xarici mühitdə
və ya yoluxmuş həşəratlarda, gənələrdə və gəmiricilərdə qala bilir. Bioloji vasitələrin
zədələyici xassələrindən biri də onlarda inkubasiya və ya gizli təsir dövrünün
olmasıdır.
Düşmən bioloji vasitələri, təyyarə bombaları, top mərmiləri, raketlər, içərisinə
maye və ya toz halda mikrob və zəhər qatışığı doldurulmuş
xüsusi konteynerlər
vasitəsilə ata bilər.
Xəstəliyin yayılmasının ən sadə üsullarından biri havanın yoluxdurulmasıdır.
İçərisində bioloji vasitələr olan döyüş sursatı partlayarkən havada duman və ya tüstü
şəkilli aerozol buludu yaranır. Onun zədələyici təsiri tətbiq edilən xəstəlik törədicinin
miqdarından, ərazinin relyefindən və meteoroloji şəraitdən asılıdır.
Bioloji zədələnmə ocağı o əraziyə deyilir ki, orada bioloji silahın
tətbiqi
nəticəsində insan, heyvan və bitki tələfatı olsun.
Yoluxucu xəstəlik yayan həşəratlar bir yerdən başqa yerə keçdikləri üçün
bioloji yoluxmanın sərhədləri daha da genişlənir və yoluxucu xəstəliklərin yayılma
təhlükəsi artır.
Profilaktik tədbirlər görmək üçün bioloji vasitələrin vaxtında aşkar edilməsinin
çox böyük əhəmiyyəti vardır. Düşmənin bioloji silahdan
istifadə etdiyini zahiri
əlamətlərə görə, bu vasitənin hansı yoluxucu xəstəlik törədəcəyini isə laboratoriyada
aparılmış tədqiqatlara görə müəyyən etmək olar.
Düşmənin bioloji vasitələr tətbiq etdiyi rayonlarda insanlar arasında kütləvi
epidemiya, həmçinin mal qaranın kütləvi qırılması halları baş verə bilər.
Bunun qarşısını almaq üçün observasiya və karantin
rejimləri tətbiq edilir və
bu zonalarda zərərsizləşdirmə tədbirləri (dezinfeksiya, dezinseksiya və deratizasiya)
həyata keçirilir.
Xəstəlik törədən mikrobların və onların toksinlərinin məhv edilməsinə
Dostları ilə paylaş: