Multikulturalizm cavab Multikulturalizmə giriş” fənninin predmeti və əhəmiyyəti


Dinin fərdi müstəvidə əhəmiyyətini qoruması nəzəriyyəsi



Yüklə 55,37 Kb.
səhifə20/23
tarix02.01.2022
ölçüsü55,37 Kb.
#44415
1   ...   15   16   17   18   19   20   21   22   23
Multikulturalizm cavab001

Dinin fərdi müstəvidə əhəmiyyətini qoruması nəzəriyyəsi Bu nəzəriyyəyə görə, dini təşkilatların cəmiyyətdə güc və əhəmiyyətini itirməsi fərdlərin özlərinin də dindən uzaqlaşması anlamına gəlmir. Qərb ölkələrində müasirləşmə və dünyəviləşmə proseslərinin təsiri altında kilsəyə üzv olanların, habelə dini ayinlərdə iştirak edənlərin sayında kəskin azalma müşahidə olunsa da, bir çox avropalılar Tanrıya və ölümdən sonrakı həyatın varlığına inanırlar. Buna nümunə kimi İslandiyanı göstərmək olar. İslandiyanın əhalisinin yalnız çox az qismi müntəzəm olaraq kilsələrə gedir. Lakin keçirilən sosioloji sorğular onu göstərir ki, islandiyalıların 88 faizi axirətə, 40 faizi reinkarnasiyaya inanır. Habelə islandiyalıların 82 faizi gündəlik həyatlarında Tanrıdan yardım diləyir. İslandiyanın nümunəsində görmək mümkündür ki, kilsələrə getməyən və dini ayinləri yerinə yetirməyən bir çox avropalı üçün dini dünyagörüşü tərzi hələ də özünü dərk etmək və həyatın mənasını izah etmək baxımından əhəmiyyətini qoruyur. Müasir ingilis sosioloqu Qreys Devi bu fenomeni “mənsubiyyətsiz iman” (“believing without belonging”), yəni hər hansı dini təşkilata aid olmadan inanc bəsləmək kimi səciyyələndirmişdir. Beləliklə, avropalıların ibadətlərə biganə yanaşması onların dinsiz olması anlamına gəlmir.

Sekulyarlaşmanın əfsanə olması” nəzəriyyəsi -Bu nəzəriyyəyə görə, dünyəviləşmə konsepsiyasını təsdiqləyən heç bir ciddi elmi dəlil yoxdur və bu mülahizə daha çox ideoloji səbəblərlə irəli 200 MULTİKULTURALİZMƏ GİRİŞ sürülmüşdür. Xose Kazanova, Rodni Uilyam Stark, Barri Qlasner kimi bəzi sosioloqlar dünyəviləşmə nəzəriyyəsini “əfsanə” adlandırmışlar. Müasir amerikalı sosioloq Rodni Uilyam Stark isə daha dərinə gedərək “sekulyarlaşmanı təsdiqlənməmiş nəzəriyyələr məzarlığına atmağı” təklif etmişdir. Dünyəviləşmə nəzəriyyəsinin bir uydurma olduğunu bildirən alimlər vurğulayırlar ki, müasir dünyada həm gündəlik, həm də ictimai-siyasi həyatda dinin rolu getdikcə artır. Günümüzdə dini təşkilatlar sosial həyatla bağlı məsələlərin müzakirəsində aktiv iştirak edir, ictimai rəyin formalaşdırılması istiqamətində fəaliyyət göstərir.




Yüklə 55,37 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin