Multikulturalizmə giriş


Bakıda “2017-İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda keçirilən beynəlxalq konfrans başa çatıb



Yüklə 338,66 Kb.
səhifə30/35
tarix04.05.2023
ölçüsü338,66 Kb.
#107242
1   ...   27   28   29   30   31   32   33   34   35
Multikulturalizmə giriş cavabları

Bakıda “2017-İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda keçirilən beynəlxalq konfrans başa çatıb


konfransda yekun sözü Türkiyənin Dəyanət işlər başçısı Əli Ərbaş deyib.
O bildirib ki, dünyada müsəlmanlar bir olmalı, həmrəylik nümayiş etdirməlidir.
37. Azarbaycan multikulturalizmin ədəbi-bədii qaynaqları
Azərbaycan xalqının ədəbi-bədii, ictimai-siyasi və elmi-fəlsəfi fikir tarixində multikultural və tolerant əhvalın əsrlər boyu formalaşan və konkret nümunələrdə yaşayan təzahürləri çoxşaxəli və rəngarəng olmuşdur.
Bu baxımdan Azərbaycan multikulturalizminin qaynaqları öz zənginliyi ilə diqqət çəkir. Bu zənginlik multikultural və tolerant yaşam tərzinin xalqımıza əsrlərdən bəri xas olduğunu sübut edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi: “Leksikonumuzda nisbətən yeni söz olan multikulturalizm ənənələri Azərbaycanda əsrlər boyu həmişə mövcud olub. Sadəcə, müxtəlif cür adlanıb, lakin mahiyyəti dəyişməyib”.
Azərbaycan multikulturalizminin qədim və zəngin qaynaqlarının öyrənilməsi nəticəsində ədəbiyyatımızın, fəlsəfəmizin, publisistikamızın, mədəniyyətimizin görkəmli nümayəndələrini, elm adamlarımızı, dövlət xadimlərimizi, sərkərdələrimizi, mütəfəkkirlərimizi yeni bir rakursda görmək imkanı qazanmış oluruq. Ədəbiyyatımıza, fəlsəfəmizə, publisistikamıza, mədəniyyətimizə, dövlətçilik tariximizə, elm tariximizə multikultural dəyərlər prizmasından baxış xalqımızın qeyd edilən sahələrdə yaratmış olduğu irsi daha əzəmətli göstərir. Həmçinin bu baxış bucağı bizə ictimai-siyasi, elmi-fəlsəfi və ədəbi-bədii tariximizi daha rəngarəng və zəngin paradiqmalarda təqdim edir.
38. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyəti
Oktyabrın 29-da Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) Himayəçilik Şurasının dörd illik fəaliyyəti ilə bağlı hesabat yığıncağı keçirilib.tədbirdə çıxış edən Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyəti müddətində böyük uğurlar qazandığını vurğulayıb. O, BBMM-in həyata keçirdiyi layihələrin əhəmiyyətini qeyd edib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri, akademik Kamal Abdulla Mərkəzin dörd il ərzində gördüyü işlərdən danışıb. Bildirib ki, görülən işlər mədəni, sosial, tədris sahələrini əhatə edib.
Kamal Abdulla Prezident İlham Əliyevin BBMM-in qarşısına qoyduğu vəzifələrin uğurla həyata keçirildiyini vurğulayaraq bildirib ki, dövlətimizin başçısının ən vacib tövsiyələrindən biri ondan ibarət idi ki, Azərbaycan multikulturalizmi bütün dünyada tanıdılmalıdır.
Himayəçilik Şurasının sədri Azərbaycan multikulturalizmi fənninin dünyanın 19 ölkəsinin universitetlərində tədris olunduğunu bildirib. Əlavə edib ki, bu fənn ölkəmizin 38 dövlət və özəl universitetində tədris olunur, üç universitetdə Azərbaycan multikulturalizmi kafedrası, Azərbaycan Dillər Universitetində Multikulturalizm elmi-tədqiqat laboratoriyası fəaliyyət göstərir


Yüklə 338,66 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin