Multikulturalizmə giriş


Dinin siyasiləşdirilməsinin millətçi radikalizmin yaranmasında rolu



Yüklə 338,66 Kb.
səhifə33/35
tarix04.05.2023
ölçüsü338,66 Kb.
#107242
1   ...   27   28   29   30   31   32   33   34   35
Multikulturalizmə giriş cavabları

43. Dinin siyasiləşdirilməsinin millətçi radikalizmin yaranmasında rolu
Təəssüf doğuran hal , son on illikdə dini radikalizmin kəskin surətdə yüksəlişə keçməsidir. Müəyyən bir dini cərəyanın radikal olub-olmamasını təyin etmək hər zaman asan deyildir. Bəzən ənənəvi cəmiyyətlərdə formalaşmış stereotiplər yeni ortaya çıxmış dini təşkilatlara şüphə ilə yanaşmağa səbəbiyyət verir. Buna görə də, adətən qeyr-ənənəvi təriqətlər radikallıqla eyniləşdirilir. Amma bir dini cərəyanı radikal hesab etmək üçün onun qeyri-ənənəvi olma xarakterindən daha çox, onun ehtiva etdiyi radikal inanç və praktikalar əsas təşkil etməlidir. Yəni ənənəvi və ya qeyri ənənəvi olmasından asılı olmayaraq yuxarıda qeyd edilən radikal elementlərdən birini ehtiva edən din və ya məzhəb radikaldır. Hərçənd qeyri-ənənəvi təriqətlər arasında radikal qrupların daha çox olduğunu da unutmamaq gərəkir.
Radikallar xalq arasında yayılmış ənənəvi, öz dinləri xaricində olan inanclara qarşı çıxır, Bəzi inançıar isə elm və texnologiyanın, qloballaşmanın gətirdiyi hər cür yeniliyi rədd edir, yalnız öz inanclarının doğruluğunu müdafiə edir, öz “həqiqətlərini” isbatlamaq üçün müqəddəs kitablarından iqtibaslar gətirir, ayələri, hədisləri öz məqsədlərinə uyğun şərh edirlər. Dini radikalizm də bu mənada, özündən olmayan dini qruplara qarşı barışmaz mövqe mənimsəyən, başqalarına qarşı fiziki və ya mənəvi güc tətbiq edən və ya radikalizmin ən şiddətli növünü təşkil edən terrorist qrupların fəaliyyətlərə şamil edilir
Sosial ədalətsizlik dini radikalizmin inkişafı üçün münbit mühit yaradır. Cəmiyyətdə baş verən mənfi hadisələr narazılıqlara gətirib çıxarır, bu isə müxtəlif radikal qruplar tərəfindən bacarıqla istifadə edilərək ictimai-siyasi hadisələrin axarına öz təsirini göstərir. Bunun səbəblərini aşağıdakı kimi ifadə edilir:.
Psixoloji problemlər. Ailədə, məktəbdə, universitetdə, yaxud iş yerində laqeydlik və diqqətsizliklə üzləşən, təzyiqlərə məruz qalan insanlar, xüsusilə də psixoloji cəhətdən hələ tam formalaşmamış gənclər getdikcə özlərinə qapanır, cəmiyyətə yadlaşırlar. Bu yadlaşma onlarda mənəvi yoxsulluq doğurur, empatiya, yəni özünü başqalarının yerinə qoya bilmə duyğusunu məhv edir. Həmçinin, problemlərin həll edilə bilməməsi insanlarda natamamlıq kompleksi yaradır və belə bir psixoloji durumda onlar asanlıqla radikalların təbliğatının qurbanına çevrilirlər. Çünki radikallar qarşılarındakını ələ keçirmək üçün ilk növbədə ona özünəinam hissi aşılayır

Yüklə 338,66 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin