Multikulturalizmə giriş


Dinlər və mədəniyyətlərarası tolerant münasibətlərin



Yüklə 338,66 Kb.
səhifə35/35
tarix04.05.2023
ölçüsü338,66 Kb.
#107242
1   ...   27   28   29   30   31   32   33   34   35
Multikulturalizmə giriş cavabları

45.Dinlər və mədəniyyətlərarası tolerant münasibətlərin
formalaşmasında ölkə prezidenti İlham Əliyevin rolu.

Son illər Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahatlar, dövlət


başçısı cənab İlham Əliyevin rəhbərliyi altında həm regionda, həm də
beynəlxalq miqyasda əldə etdiyimiz uğurlar hər sahəyə olduğu kimi,
ictimai-siyasi və sosial həyatla birbaşa əlaqəsi olan din sahəsinə də
müsbət təsirini göstərməkdədir.Bu gün hər bir Azərbaycan vətəndaşı
Konstitusiyanın, "Dini etiqad azadlığı haqqında” qanunun ona verdiyi
imkanlardan istifadə edərək etiqad azadlığını tam yaşaya bilir.Ölkədə
əaliyyət göstərən konfessiyalar arasında nəinki hər hansı qarşıdurma
müşahidə olunmur, əksinə, onlar arasındakı münasibətlər artıq birgə
əməkdaşlıq mərhələsindən yeni dövrə - qarşılıqlı yardımlaşma,
empatiya mərhələsinə keçmişdir. Biz bunu hər hansı dini konfessiyanın
ibadət evi inşa edərkən digər konfessiyaların ona dəstək verməsində və
yardım göstərməsində əyani şəkildə görə bilərik.Məsələn, 2003-cü ildə
Bakıda Avropa yəhudiləri üçün sinaqoq tikilərkən ölkədəki digər dini
konfessiyalar həm mənəvi, həm də maddi dəstək göstərmişdilər. Yaxud
Bakıda katolik kilsəsi inşa edilərkən Qafqaz Müsəlmanları İdarəsi, Dağ
və Avropa yəhudiləri, eləcə də pravoslav kilsəsi bir araya gələrək vəsait
toplamış və inşaat işinə maddi yardım etmişdilər. Əlbəttə, belə unikal
faktlar bu gün dünyanın bir çox ölkəsində müşahidə etdiyimiz
vəziyyətin - nəinki fərqli dinlərin mənsublarının, hətta eyni dinin
müxtəlif məzhəblərinin nümayəndələrinin bir-birinə az qala düşmən
gözü ilə baxması fonunda olduqca ürəkaçan və qürurvericidir.
Şübhəsiz, bu gün müasir Azərbaycan ərazisində yaşayan çoxsaylı etnik
və dini qruplar arasında möhkəm dostluq və qardaşlıq əlaqələrinin,
başqa sözlə, multikulturallığın ən ideal modelinin formalaşmasında
onların ortaq taleyə sahib olmaları da mühüm rol oynamışdır. Tarix
boyu bu torpaqlarda məskunlaşmış müxtəlif xalqların və etnik qrupların
nümayəndələri qüdrətli dövlətlərdən asılı vəziyyətə düşmüş, dini-
mədəni baxışlarındakı fərqlərə baxmayaraq, mövcud şərait onları
birbirinə daha da yaxınlaşdırmışdır.
Yüklə 338,66 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin