Multikulturalizmə giriş


Multikulturalizm terminin tolerantlıq məfhumuna yaxınlığı



Yüklə 338,66 Kb.
səhifə2/35
tarix04.05.2023
ölçüsü338,66 Kb.
#107242
1   2   3   4   5   6   7   8   9   ...   35
Multikulturalizmə giriş cavabları

3.Multikulturalizm terminin tolerantlıq məfhumuna yaxınlığı

Multikulturalizm (çoxmədəniyyətlilik) etnik, irqi, dini müxtəliflik ilə


Xarakterizə olunan və bir çox fərqli mədəniyyətin bir arada yaşadığı
Cəmiyyəti müəyyənləşdirən sözdür. Multikulturalizm məfhumu öz
Məzmununa görə tolerantlıq məfhumuna yaxındır. Daha konkret desək,
Tolerantlıq multikulturalizm siyasətinin əsasını təşkil edir. Müasir
Dövrdə dünya dövlətlərinin əksəriyyətində etnik, irqi, dini və mədəni
Müxtəlifliklər mövcuddur. Bu müxtəlifliklər etnik-mədəni dəyərlərdə
Öz əksini tapır. Etnik-mədəni dəyərlərin müəyyən qismi etnik və dini
Azlıqlara məxsusdur. Multikulturalizm etnik və dini azlıqlar
münasibətdə tolerantlıqla yanaşı onlara və onların etnik-mədəni
Dəyərlərinə hörmətlə yanaşmanı da ehtiva edir.
Tolerantlığın formaları
1.Etnoslararası tolerantlıq-başqa milli, etnik və irqi ənənələrə hörmət
Şəklində ifadə olunur.
2.Konfessiyalararası(dini)tolerantlıq-hər hansı din mənsubunun başqa
Dinin mənsublarının ruhani dəyərlərinə hörmətlə yanaşmasında ifadə
Olunur.
3.Ekoloji tolerantlıq-bütün həyat formalarına səmimi hörmətdə və
Məhəbbətdə təzahür edir.
4. Pedaqoji tolerantlıq- hər hansı xidmətlərinə baxmayaraq, pedaqoqun
Şagirdlərə və tələbələrə səmimi münasibəti, eləcə də onların hüquq və
Azadlıqlarına, yaradıcı düşüncələrinə yüksək dözümlü münasibət və
Hörmət kimi ifadə olunur.
5. Fizioloji tolerantlıq- əqli fizioloji və fiziki sağlamlıq problemləri olan
Şəxslərə münasibətdə mərhəmət, dözümlülük, hörmət və məhəbbət
Kimi təzahür edir.
6. Siyasi tolerantlıq- siyasi opponentləri əsl professional hörmət və
Dözümlülük nümayiş etdirmək deməkdir.
7. Diplomatik tolerantlıq- mövcud beynəlxalq və regional münasibətlər
Sistemində vətəndaşların həyatları, sağlamlıq və azadlıqları üçün
Təhlükə yaratmayan müxtəlif ölkələrə, təşkilatlara və birliklərə səmimi
Münasibətin ifadəsi kimi təzahür edir.
8. Elmi tolerantlıq- ümumbəşəri mənəvi dəyərlərə və fundamental
Təbiət qanunlarına əsla zidd olmayan fərqli elmi məktəblərə ,ideyalara,
Təlimlərə və ən yeni elmi nəzəriyyələrin apologetlərinə qarşı tolerant və
Səmimi münasibət, həmçinin başqaları tərəfindən ifadə olunan əsl elmi
Tənqidə dözümlülük kimi təzahür edir.
9.Cinsi tolerantlıq-əks cinsin bütün nümayəndələrinə eləcə də cinsi
Azlıqların mənsublarına münasibətdə dözümlülük şəklində təzahür edir.
10. Administrativ tolerantlıq- fundamental iş və idarəçilik prinsiplərinə
Xələl gətirməmək şərtləri ilə, tabeçilikdə olan aşağı rütbəli və vəzifəli
Şəxslərə münasibətdə mərhəmət, dözümlülük, hörmət və əsl qayğı
Göstərilməsini nəzərdə tutur


Yüklə 338,66 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin