Multikulturalizmə giriş


Kitabi Dədə Qorqud Dastanında multikulturalizm



Yüklə 338,66 Kb.
səhifə5/35
tarix04.05.2023
ölçüsü338,66 Kb.
#107242
1   2   3   4   5   6   7   8   9   ...   35
Multikulturalizmə giriş cavabları

8. Kitabi Dədə Qorqud Dastanında multikulturalizm
Və tolerantlıq ideyaları.

Azərbaycanlıların qəhrəmanlıq dastanları sırasında xüsusi yeri olan və


Onların “ağsaqqalı “hesab olunan ən qədim yazılı abidə kimi “Kitabi
Dədə Qorqud “ dastanında maraqlı multikultural və tolerant əhvalın
Təsvirinə də rast gəlirik. Keçmişimizi öz səhifələrində yaşadan və bunu
Gələcək nəsillərə daşıyan “Kitabi Dədə Qorqud “dastanında
Azərbaycançılıq anlayışı ilə bərabər xalqımızın malik olduğu
Multikultural və tolerant xüsusiyyətlər də əksini tapmışdır. Dastanın
“Qanlı Qoca oğlu Qanturalı “ boyu multikultural dəyərləri əks etdirmə
Baxımından daha nümunəvidir. Beləliklə, dastanın ümumi
Məzmunundan və faktlarından qəti bir nəticə çıxır ki, oğuz elinin
İnsanları digər dil və dini mənsubluğa malik olan insanlara heç bir fərq
Qoymayıb, humanist düşüncə, həyat tərzi və dünyagörüşünə malik
Olublar. Oğuzlar xeyirxah, çətin vəziyyətdə olan insanlara kömək edən,
Torpaqlarını düşmənlərdən qoruyan, adət-ənənələrinə bağlı olan, mərd,
Cəsur bir etnik milli-mədəni varlıq kimi özlərini təcəssüm etdiriblər.
Bütün bu tədqiqatların işığında qeyd edə bilərik ki, həm qədim
Dövrümüzün tarixi faktlarını, həm də müstəqillik dövrümüzün
Azərbaycançılıq və multikulturalizm dəyərlərini özündə cəmləşdirən
“Kitabi-Dədə Qorqud” dastanını Azərbaycan xalqının tərcümeyi-halı
Adlandırmaq olar.
9.Orta əsrlərdə Azərbaycanda tolerantlıq ideyaları.

Orta əsrlər Azərbaycan poetik məktəbinin nümayəndələrinin


əsərlərində ümumbəşəri dəyərlərin təbliği başlıca yerlərdən birini tutur.
Söz sərrafı olan və yaradıcılığın ən gözəl nümunələrini yaradan Nizami
Gəncəvinin əsərləri bu cəhətdən xüsusilə ərqlənir. Onun yaradıcılığına
əsaslanaraq deyə bilər ki, şairin yaradıcılığında multikultural və
tolerantlıq elmentlərinə rast gəlmək mümkündür.Qeyd edək ki, Nizami
Gəncəvi üçün şəxsiyyətin ən yüksək meyarı insanlıq idi. Nizami
Gəncəvi irqi ,dini və milli ayrı-seçkiliyi qətiyyətlə rədd edirdi. Şairin
Qəhramanları içərisində türk, fars, ərəb, çinli, hindli,zənci,yunan,gürcü
Və s.xalqların nümayəndələrinə rast gəlirik. Xlll əsrdə Azərbaycanın
Dünyaya bəxş etdiyi böyük şəxsiyyətlərdən biri də Nəsirəddin
Tusidir.1235-ci ildə Nəsirəddin Tusi məşhur “Əxlaqi-Nasiri” əsərini
Tamamlayaraq monqol hökmdarına təqdim edir,lakin əsər onun xoşuna
Gəlmədiyi üçün Tusini həbs etdirərək Ələmut qalasına saldırır.Tusi 12
İldən artıq bir müddətdə həbsxana həyatı keçirir.Tusi burada da elmi
Yaradıcılıqla məşğul olur və bir sıra elmi əsərlər yazır.1253-cü ildə Hülaki
xan Azərbaycana hücumu zamanı Tusini Ələmut qalasından
Azad edir və onu özünün şəxsi məsləhətçisi təyin edir.Nəsirəddin Tusi
Tərəfindən Marağada yaradılmış rəsədxana təkcə elmi araşdırmalar
Aparan mərkəz deyildi, o həmçinin bir təhsil mərkəzi idi. Burada
Müxtəlif millətlərin nümayəndələri çalışır və həmçinin bir çox
Ölkələrdən gəlmiş tələbələr təhsil alırdılar.
Tusi yaradıcılığında nəfsin tərbiyə edilməsi üçün peyğəmbərlərə,
Filosoflara, rəhbərlərə, rəislərə, tərbiyəçilərə və müəllimlərə ehtiyac
Olduğunu elmi cəhətdən əsaslandırmağa çalışır. Bu tərbiyə prosesində
əsas cəhəti seçməyi bacarmaq ən vacib şərtlərdən biri hesab edilir.
“Ədalət” haqqında Tusi daha geniş danışaraq, onun fəlsəfi, ictimai-
Siyasi mahiyyətini açmağa çalışır.Tusi ədaləti yerdə qalan bütün
Fəzilətlərdən daha şərəfli hesab edir.Tusiyə görə Ədalətin birinci şərti
Odur ki , xalqın bütün təbəqələri arasında uyğunluq yaradılsın.


Yüklə 338,66 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin