Multikulturalizmə giriş


Rusiya imperiyasının Azərbaycanda apardığı köçürmə,ruslaşdırma,xristanlaşdırma siyasəti



Yüklə 338,66 Kb.
səhifə14/35
tarix04.05.2023
ölçüsü338,66 Kb.
#107242
1   ...   10   11   12   13   14   15   16   17   ...   35
Multikulturalizmə giriş cavabları

19.Rusiya imperiyasının Azərbaycanda apardığı köçürmə,ruslaşdırma,xristanlaşdırma siyasəti
ХIХ əsrin birinci rübündə Azərbaycanın şimal torpaqlarını işğal
Edən Rusiya imperiyasının apardığı müstəmləkə siyasətinin əsas
İstiqamətlərindən biri işğal olunmuş əraziyə xristian etnosları
Köçürmək və xristian elementinin çəki yükünü ölkə əhalisinin
Etnokonfessional nomenklaturasında artırmaq idi. Yadelli xristian
Etnoslardan ilk olaraq almanlar Azərbaycanın şimal torpaqlarına
Köçürülmüş və onların koloniyaları salınmışdı. Alman-kolonistlər,
Ölkənin sosial-iqtisadi sahəsinə qərb elementlərini daxil edə bilmiş,
Kənd təsərrüfatında üzümçülük, şərabçılıq, tütünçülük kimi sahələr,
Süni mineral suların hazırlanması onların adı ilə bağlı olmuşdur.
Şimali Azərbaycanda məskunlaşan almanlar Rusiya imperiyasının
Apardığı müstəmləkə siyasətinin tələblərinə cavab verməsələr də
Ölkənin sosial-iqtisadi, mədəni və elm sahələrinə qoşulmuş,
Azərbaycan tarixində özünəməxsus iz qoymuş, ölkədə multikultural
Mühitin inkişafına təsir göstərmişlər. 1899-cu ildə alman memarı
İ.Eyxlerin layihəsi ilə alman qotika üslubunda tilikmiş Kirxa kapitalist
Bakısına qərb memarlığı mədəniyyətini gətirərək, Şərq-Qərb
Dünyalarını yaxınlaşdırmışdır. Bu dövrdə Azərbaycanın multikultural
ənənələrə yaxınlaşması özünü başqa sahələrdə də göstərmişdir. Bakı
nefti ilə milyonlara sahib olan Nobellər Nobel mükafatını təsis
edərək, bəşəriyyətə Qərb- Şərq sivilizasiyalarının vəhdətini nümayiş
etdirmişdir. İmperiya çərçivəsinə daxil etdiyi bütün xalqlara velikorus
mövqeyindən yanaşan Çar Rusiyası ХХ əsrin əvvəllərində sosial-siyasi
kollaps dövrünə qədəm qoyduqda konfessional cəhətə varmayaraq,
özünün qeyrirus təbəələrinə birtərəfli münasibət göstərmiş və bu
baxımdan almanlar istisna təşkil etməmişdilər. XX əsrin əvvəllərində
ölkə əhalisinin tərkibinə qatılan almanların sayı 15.990 nəfərə, çəki
yükü isə ölkə əhalisinin etnik nomenklaturasında 0,41 %-ə çatmışdı.

Yüklə 338,66 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin