Multikulturalizmə giriş


Xristianlaşdırma siyasəti



Yüklə 338,66 Kb.
səhifə15/35
tarix04.05.2023
ölçüsü338,66 Kb.
#107242
1   ...   11   12   13   14   15   16   17   18   ...   35
Multikulturalizmə giriş cavabları

2.1. Xristianlaşdırma siyasəti.
Azərbaycan torpaqlarını özünün müstəmləkə sisteminə qatan
Rusiya siyasi hakimiyyətini bölgədə bərqərar etmək məqsədi ilə işğal
Etdiyi ərazidə mövcud islam sistemini pozmaq və əsas vasitə kimi
Götürdüyü xristian ele-mentini artırmaq üçün müstəmləkə
Siyasətinin tərkib hissəsi olan xristianlaşdırma siyasətini
Məqsədyönlü olaraq aparmışdır. Belə ki, müsəlman ölkəsində Rusiya
Hakimiyyətini möhkəmlətmək məqsədini əsas tutan mütləqiyyət
Yaddilli, yaddinli, yadtəbiətli əhalinin assimilyasiyaya uğramasında
Mütləq vasitə dini, xristianlığın yayılmasını götürmüşdü. Belə ki,
Rusiya imperiyasının hakim dairələrinin fikrincə ölkənin köklü əhalisi
Yadelli işğalla ba-rışmayacaq və bu barışmazlığın dayaq nöqtəsi də
İslam dini idi. Çünki, minillik bir tarixi dövr boyunca İslam dininə
Etiqad edən xalq, xristian dövlətin hakimiyyətini asanlıqla qəbul
Etməyəcəkdi. Rusiya imperiyasının Şimali Azərbaycanı tərkib
Hissəsinə çevirmək məqsədi ilə xristianlaşdırma siyasətini aparan
Mütləqiyyət bölgədə xristian missioner cəmiyyətlərinin fəaliyyəti
Üçün şərait yaradır. Və işğalın ilk illərində fəaliyyət göstərən
Missioner cəmiyyətləri təkcə pravoslav deyil, ha-belə qeyri-pravoslav
Yönümlü idilər. Sonuncuların fəaliyyət məkanına Bazel missionerləri
Cəlb olunmuşdular. Lakin tezliklə Rusiya hakim dairələrinin ayrı ayrı
Nümayəndələri belə qənaətə gəlirlər ki, qeyri-pravoslav missioner
Cəmiyyətləri, o cümlədən Bazel yevangel cəmiyyəti Rusiya
İmperiyasının dövlətçilik siyasətinin tələblərinə cavab verə bilmədiyi
Üçün onların fəaliyyətinə xitam verilməlidir. Beləliklə, XlX əsrin 30-cu
İllərində Rusiya hakim dairəlilərində qeyri-pravoslav missioner
Cəmiyyətlərə, o cümlədən Bazel missioner cəmiyyətinə münasibət
Qeyri-loyal duruma gəlmiş və nəticədə 1835-ci ilin payızında Bazel
Missioner cəmiyyətinin fəaliyyətinə qadağa qoyulmuşdu. Verilən
Qərarla razılaşmayan Bazel missionerləri, baron Q.V.Rozenə
Yazdıqları hesabatlarında bölgədə xristianlaşdırma siyasətinə
Toxunaraq, bildirmişdilər ki, onların cəmiyyətinin əsas məqsədi
Müsəlmanları xristianlaşdırmaqdır. Və bunun üçün də əsas vasitə
Olaraq Bibliyanın bölgədə təbliği və yayılması məqsədəuyğun hesab
Edilmişdir. Çünki onların fikrincə dinin və dini baxışların dəyişilməsi
Üçün “nəinki onilliklər, hətta əsrlər gərəkdir”. Bu fikri əsas tutan Bazel
Missionerləri Rusiya rəsmi dairə-lərinin xristianlaşdırma siyasətində
Kəmiyyət meyarına istinad etmələrini qəbul etmir və bildirirlər ki,
Qısa bir zaman çərçivəsində göstərdikləri fəaliy-yət onlara belə bir
Gerçəkliyi aydınlaşdırmışdır ki, Azərbaycan torpaqlarının köklüəhalisi,
azərbaycanlıları, xristianlaşdırmaq o qədər də asan deyil.
Çünki əsrlərlə Azərbaycan xalqının mentalitetini, özünüdərkini
Müəyyənləşdirən İslam və ,,islam mədəniyyətini şüurlardan silmək
Mümkün deyil”. Lakin mütləqiyyət müstəmləkə iddialarından əl
Çəkmək istəməyərək, Bazel missionerlərinin bu müraciətini qəbul
Etməyərək 1837-ci ilin yayında onların fəaliyyətini dayandırmışdı.
Beləliklə, XlX əsrin ikinci otuzilliyində başlayaraq Rusiya
İmperiyasının Cənubi Qafqazda, o cümlədən Şimali Azərbaycanda
Apardığı xristianlaşdırma siyasətində yeni istiqamət özünü göstərir.
Belə ki, bölgənin işğalının ilk illərində Rusiya zəbt etdiyi torpaqlarda
Mütləqiyyət, xristian amilini sadəcə olaraq artırmaq məqsədini əsas
Götürdüyü uçun xristian dininin ayrı-ayrı konfessiyalarını
Xristianlaşdırma siyasətinə qoşurdusa da, Türkmənçay müqaviləsi
Bağlandıqdan sonra Rusiya imperiyası bölgədə siyasi hakimiyyətini
Bərqərar etmək məqsədi ilə qeyri-pravoslav konfessiyaların, o
Cümlədən Bazel missionerlərinin fəaliyyətini məqsədəuyğun hesab
Etməyərək onları xristianlaşdırma siyasətindən uzaqlaşdırır və bu
Siyasətin ana xətti ortodoksal kilsə ilə bağlanılır.
Car Rusiyası 1829-cu ildə “Qafqazda pravoslavlığı yayan
Cəmiyyəti” təsis edir. Və bu qurum 1860-cı ildə fəaliyyətə başlayır.
Xristianlığı ölkədə yayarkən, mütləqiyyət nəzər-diqqəti şimal-qərb
Torpaqlarına yönəldir və Alban kilsə tarixi-abidələrinin mövcud
Olduğu ərazilərdə xristianlaşdırma siyasətinin uğurlu nəticələrlə
Sonuclanması qənaətinə gəlir. “Qafqazda pravoslavlığı yayan cəmiy-
Yəti”n fəaliyyəti nəticəsində Zaqatala dairəsində kilsələr tikilməyə
Başlayır və XIX əsrin ilk illərində ildə 20 minə qədər alban-ingiloy zor-
Xoş xaç suyuna salınır. Əhali mütləqiyyətin apardığı xristianlaşdırma
Siyasəti ilə barışmır və 1863-cü ildə Zaqatalada üsyan başlayır və bu
Üsyanın əsas səbəblərindən biri məhz xristianlaşdırma siyasəti olur.
Bölgədə sosial-siyasi durumu sabitləşdirmək məqsədi ilə Qafqaz
Canişinliyi “xristianlığı qəbul etmişlərə yenidən İslam dininə qayıt-
Mağa icazə verir”. Nəticədə, bir-neçə il ərzində Zaqatala dairəsində 7
Məhəllə kilsəsi, o cümlədən Balakən kilsəsi bağlanılir. Beləliklə,
Rusiya imperiyasının Azərbaycan torpaqlarında apardığı
Xristianlaşdırma siyasəti mütləqiyyətin gözlədiyi nəticəni vermir və
Bunun əsas səbəbi Azərbaycan xalqının İslam dininə olan bağlılığı
Olur. Bununla belə mütləqiyyət sonrakı illərdə də xristianlaşdırma
Siyasətini davam etdirilir və bu konturda “Qafqazda pravoslavlığı
Yayan cəmiyyət” öz xidmətini göstərir, ölkə quberniyalarında
Pravoslav kilsələri salınır. Xristian kilsələrinin sürətlə salınması,
Xüsusən Bakı şəhərində özünü daha qabarıq şəkildə göstərir. Burada
Xristian abidələrinin salınması rus xristian əhalinin etiqadı üçün
Şəraitin yaranması məqsədini də güdürdü. Belə ki, neft kapitalının
Sıçrayışlı inkişafı şəhərdə demoqrafik “partlayış”a səbəbə olur. Və
1913-cü il məlumatına görə, 214.672 nəfərlik Bakı əhalisi içərisində
Birinci yeri ruslar, 76.228 nəfərlə, tutur. Bu ilin göstəricilərinə görə
Şəhərdə 17 78 pravoslav xristian kilsəsi fəaliyyət göstərirdi. Beləliklə,
Rusiya imperiyasının işğalı nəticəsində köhnə Bakının Şərq
Mədəniyyəti ilə Avropa mədəniyyətinin çulğalaması prosesi
Mərhələsi başlanmışdı .

Yüklə 338,66 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin