2.2. Ruslaşdırma siyasəti. Xristianlaşdırma siyasəti ilə paralel olaraq, mütləqiyyət Şimali
Azərbay-cana Rusiya imperiyasının mərkəzi quberniyalarından rus
əhalisini də köçürürdü ki, məqsəd ölkənin köklü əhalisini,
azərbaycanlıları, assimilyasiyaya uğratmaq, bu müsəlman
torpaqlarını imperiya çərçivəsində “əritmək” idi. Ruslaşdırma siya-
sətini XIX əsrin birinci otuzilliyindən aparan mütləqiyyət, Rusiya
dövlətçiliyi üçün təhlükə amili kimi qəbul edən rus təriqətçilərini
Şimali Azərbaycana köçürsə də, lakin XIX əsrin üçüncü otuzilliyindən
Etibarən pravoslavlığın yayılmasında rus təriqətçilərinin deyil, rus
Pravoslav əhalisinin önəmli rol oynadığını əsas götürüb, pravoslav
Rusların bölgəyə köçürülməsinə üstünlük verir. Nəticədə, 1912-ci il
Üçün Bakı quberniyasında 60, Yelizavetpol quberniyasında isə 29 rus
Pravoslav məskənləri salınır. Mütləqiyyətin devrilməsi ərəfəsində
Şimali Azərbaycanda rusların sayı 249.835 nəfərə çatırdı. Demoqrafik
Dəyişikliklər. Beləliklə, XIX əsrin birinci otuzilliyində Azərbaycan
Torpaqlarını işğal edən Rusiya imperiyası, ölkədə siyasi hakimiyyətini
Bərqərar etmək üçün köçürmə siyasəti apararaq, əhalinin etno-
Konfessional tərkibində ermənilərin sayını mexa-niki hərəkətlə
Artırsa da, əhalinin tərkibinə yeni xristian elementləri – almanları və
Rusları gətirsə də, Azərbaycan xalqının çəki yükü 54,9%, əhalinin
Etnokonfessional tərkibində dominant olaraq qalmış, Azərbaycan
Xalqı özünün tarixi torpaqlarında yaşamaqda davam etmiş, özünün
Mentalitetini, maddi-mənəvi mədəniyyətini, etnik özünüdərkini,
Konfessional toleyrantlığını qoruyub saxlayaraq, Şərq-Qərb
Mədəniyyətlərinin sintezi prosesində özünəməxsus rol oyna-mış,
Multukulturalizm ənənələrini inkişaf etdirmişdir.
20.Azərbaycan tarixinin alman səhifələri
Köçürmə siyasəti aparan Rusiya , ölkə əhalisinin tərkibinə yeni etnoslar
Da gətirdi: almanları və rusları.
19-cu əsrin birinci rübündə Azərbaycanın şimal torpaqlarını işğal edən
Rusiya imperiyasının apardığı müstəmləkə siyasətinin əsas
İstiqamətlərindən biri işğal olunmuş əraziyə xristian etnosları
Köçürmək idi.Yadelli xristian etnoslardan ilk olaraq almanlar
Azərbaycanın şimal torpaqlarına köçürülmüş və onların koloniyaları
Salınmışdı.Alman-kolonistlər , ölkənin sosial -iqtisadi sahəsinə qərb
Elementlərini daxil etmişdilər.Kənd təsərrüfatında üzümçülük,
Şərabçılıq, tütünçülük kimi sahələr ,süni mineral suların hazırlanması
Onların adı ilə bağlı olmuşdur.Şimali Azərbaycanda məskunlaşan
Almanlar Rusiya imperiyasının apardığı müstəmləkə siyasətinin
Tələblərinə cavab verməsələr də ölkənin sosial-iqtisadi ,mədəni və elm
Sahələrinə qoşulmuş, Azərbaycan tarixində özünəməxsus iz
Qoymuşdur.Həmçinin ölkədə multikultural mühitin inkişafına təsir
Göstərmişlər.1899 cu ildə alman memarı İ.Eyxlerin layihəsi ilə alman
Qotik üslubunda tikilmiş Kirxa kapitalist Bakısına qərb memarlığı
Mədəniyyətini gətirərək,Şərq -Qərb dünyalarını yaxınlaşdırmışdır.Bu
Dövrdə Azərbaycanın multikultural ənənələrə yaxınlaşması özünü
Birbaşa başqa sahələrdə də göstərmişdir.Bakı nefti ilə milyonlara sahib
Olan Nobellər Nobel mükafatını təsis edərək, bəşəriyyətə Qərb -Şərq
Sivilizasiyalarının vəhdətini nümayiş etdirmişdir.