21.Rusiya imperiyası tərəfindən Azərbaycanda demoqrafik Dəyişikliklərin aparılması.
XIX – XX əsrin əvvəllərində Rusiya imperiyasının Şimali Azərbaycanda
Apardığı müstəmləkə siyasətinin tərkib hissəsi olan köçürmə siyasəti
Nəticəsində ölkə əhalisinin etnik nomenklaturasında demoqrafik
Dəyişikliklər baş verdi. Belə ki, XIX əsrin birinci otuzilliyində
Türkmənçay və Ədirnə müqavilələri bağ-landıqdan sonra Rusiya
İmperiyası işğal etdiyi Azərbaycanın şimal torpaqlarında özünün
Siyasi hakimiyyətini bərqərar etmək, işğal etdiyi müsəlman ölkəsində
Konfessional dayaq yaratmaq məqsədi ilə əhalinin 90%-dən çox
Müsəlman olduğu ölkənin etnik nomenklaturasında xristian
Elementinin çəki yükünün artırılmasını əsas götürüb, qeyri-köklü
Xristian etnosları ölkəyə köçürməyə başladı. Bu siyasətin mahiyyəti,
Vətən torpaqlarını imperiya coğrafi çərçivəsində əridib, burada
Yadelli, yaddilli, yaddinli etnosları yerləşdirib, bölgədə özünə sosial
Dayaq yaratmaq idi. Köçürmə siyasətini apararkən, Rusiya hakim
Dairələri ermənilərə böyük ümidlər bəsləmiş və hakimiyyətin bu
Mövqeyini P.D.Sisianov belə izah etmişdi ki, ermənilər xristian
Olduqları üçün öz şəxsi mənafeləri nami-nə rus hökumətinə
Sədaqətlidirlər və Rusiya dövlətinin yeni ərazilərdə hökmran-lığının
Bərqərar olmasını görmək istəyirlər. Nəticədə, 1828-1830 -cü illər
ərzində İran və Osmanlı dövlətlərindən 120 minə yaxın erməni Şimali
Azərbaycan torpaqlarına köçürülür və onlar əsasən İrəvan, Naxçıvan,
Ordubad, Qarabağ torpaqlarında yerləşdirilirlər. Azərbaycan
Tarixinin sonrakı mərhələlərində də ermə-nilərin ölkəyə köçmələri
Davam etmiş və XX əsrin əvvəlləri üçün onların çəki yü-kü ölkə
əhalisinin etnik nomenklaturasında 32.65%-ə çatmışdı, halbuki XIX
əsrin birinci otuzilliyində erməniqriqoryanların çəki yükü Şimali
Azərbaycan əhali-sinini 9%ni təşkil edirdi ki, onların əksəriyyəti
Qriqoryanlaşmış albanlardan ibarət idi.
ХIХ əsrin birinci rübündə Azərbaycanın şimal torpaqlarını işğal
Edən Rusiya imperiyasının apardığı müstəmləkə siyasətinin əsas
İstiqamətlərindən biri işğal olunmuş əraziyə xristian etnosları
Köçürmək və xristian elementinin çəki yükünü ölkə əhalisinin
Etnokonfessional nomenklaturasında artırmaq idi. Yadelli xristian
Etnoslardan ilk olaraq almanlar Azərbaycanın şimal torpaqlarına
Köçürülmüş və onların koloniyaları salınmışdı. Alman-kolonistlər,
Ölkənin sosial-iqtisadi sahəsinə qərb elementlərini daxil edə bilmiş,
Kənd təsərrüfatında üzümçülük, şərabçılıq, tütünçülük kimi sahələr,
Süni mineral suların hazırlanması onların adı ilə bağlı olmuşdur.
Şimali Azərbaycanda məskunlaşan almanlar Rusiya imperiyasının
Apardığı müstəmləkə siyasətinin tələblərinə cavab verməsələr də
Ölkənin sosial-iqtisadi, mədəni və elm sahələrinə qoşulmuş,
Azərbaycan tarixində özünəməxsus iz qoymuş, ölkədə multikultural
Mühitin inkişafına təsir göstərmişlər. 1899-cu ildə alman memarı
İ.Eyxlerin layihəsi ilə alman qotika üslubunda tilikmiş Kirxa kapitalist
Bakısına qərb memarlığı mədəniyyətini gətirərək, Şərq-Qərb
Dünyalarını yaxınlaşdırmışdır. Bu dövrdə Azərbaycanın multikultural
ənənələrə yaxınlaşması özünü başqa sahələrdə də göstərmişdir. Bakı
nefti ilə milyonlara sahib olan Nobellər Nobel mükafatını təsis
edərək, bəşəriyyətə Qərb- Şərq sivilizasiyalarının vəhdətini nümayiş
etdirmişdir. İmperiya çərçivəsinə daxil etdiyi bütün xalqlara velikorus
mövqeyindən yanaşan Çar Rusiyası ХХ əsrin əvvəllərində sosial-siyasi
kollaps dövrünə qədəm qoyduqda konfessional cəhətə varmayaraq,
özünün qeyrirus təbəələrinə birtərəfli münasibət göstərmiş və bu
baxımdan almanlar istisna təşkil etməmişdilər. XX əsrin əvvəllərində
ölkə əhalisinin tərkibinə qatılan almanların sayı 15.990 nəfərə, çəki
yükü isə ölkə əhalisinin etnik nomenklaturasında 0,41 %-ə çatmışdı.