İctimaiyyətinin bəşəri birgəyaşayışa və harmoniyaya, eləcə də
Millimənəvi dəyərlərə ikili münasibəti və biganəlik dayanır. Bir sıra
Qərb dövlətlərinin multikulturalizmin iflasa uğraması iddiaları da
Buradan qaynaqlanır. Bu faktları nəzərə alaraq,yeri gəlmişkən, qeyd
Edək ki, multikulturalizm həm də bir sıra ölkələrin sosial, mədəni və
İqtisadi yüksəlişində mühüm yer tutur. Məhz buna görə də, dünyanın
Bir sıra ölkələri multikulturalizmi dövlət siyasəti səviyyəsində inkişaf
Etdirir. Bu azsaylı ölkələr arasında Kanada, Yeni Zellandiya və
Avstraliyanı multikulturalizmin mühüm inkişaf yolu keçdiyi ölkələr
Kimi göstərmək olar. İlk əvvəl onu diqqətə çatdıraq ki, Kanadada
Təşəkkül tapan multikulturalizm ideologiyası daha sonra dünyanın bir
Çox ölkələrində mütərəqqi nəzəriyyə kimi qəbul olunsa da, özünü
Sonadək tam doğrultmadı. Bir sıra ölkələr isə ümumiyyətlə, bu
İdeologiyadan imtina etdilər. Müstəqilliyin ilk illərində süni surətdə
Yaradılan milli və dini çaxnaşmaların burulğanına düşən
Azərbaycan dövləti Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı
İlə bu münasibətlərin tənzimlənməsində yeni bir mərhələyə keçdi.
Ümummilli lider Heydər Əliyevin ölkəmizdə multikulturalizm
Siyasətinin və dövlət -din münasibətlərinin formalaşdırılması
İstiqamətində gördüyü işlər Azərbaycan dövlətinin də multikultural
Dəyərlərə yüksək qiymət verən ölkələr arasında mühüm yer alması ilə
Nəticələndi. Multikulturalizmin Azərbaycanda dövlət siyasəti elan
Olunması və xalqımızın həyat tərzinə çevrilməsi də, Ulu Öndərin bu
İstiqamətdəki siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin
Xalqımızın dini və millimənəvi tarixinə böyük diqqət və qayğısının
Təzahürüdür.