Multikulturalizmə giriş


Azərbaycan dövlət müstəqilliyinin bərpa edilməsi və Dağlıq



Yüklə 338,66 Kb.
səhifə21/35
tarix04.05.2023
ölçüsü338,66 Kb.
#107242
1   ...   17   18   19   20   21   22   23   24   ...   35
Multikulturalizmə giriş cavabları

27.49.Azərbaycan dövlət müstəqilliyinin bərpa edilməsi və Dağlıq
Qarabağın Ermənistan tərəfindən işğalı
1991-ci il oktyabrın 18-də öz müstəqilliyini bərpa edən Azərbaycan
Respublikası erməni separatçılığının hərbi təzyiqi ilə qarşılaşır. Erməni
Lobbisinin dəstəyi ilə silahlanmış erməni yaraqlılarının Azərbaycan
Torpaqlarına basqınlarının və hücumlarının qarşısını almaq üçün
Müstəqil respublikamız ölkənin ərazi bütövlüyünü qorumağı dövlətin
əsas vəzifəsi olaraq qarşıya məqsəd qoyur. SSRİ dağıldıqdan sonra isə
öz məkrli niyyətlərini həyata keçirmək məqsədi 1991-ci ilin
sonlarından etibarən erməni millətçiləri Qarabağ müharibəsinə
başlayırlar. Müharibə nəticəsində erməni hərbi qüvvələri 870 yaşayış
məntəqəsini, o cümlədən 10 rayon mərkəzini dağıtmış, bir-sıra mühüm
obyektləri ələ keçirtməklə yanaşı, Azərbaycan xalqının tarixi isinə
zərbə endirmiş, mədəni-dini abidələri və maddi sərvətlərini məhv
etmişdir. İşğal zonasında qalan Alban xristian məbədləri, məscidlər
erməni van-dalizminə məruz qalmış, Azərbaycanın mədəni sərvətinin
nümayəndələrinin Vaqifin, xan qızı Natəvanın, Ü.Hacıbəyovun,
Bülbülün abidələri dağıdılmış, mədəniyyət ocaqları yerlə-yeksan
Edilmişdir. Bəşər sivilizasiyanın nadir nümunələrindən olan Azıx
Mağarasının taleyi müəmmalı qalmışdır. Bu fakt-lar, erməniliyin
Multikultural mədəniyyətdən uzaq olan vandalizm təbiətinə şahidlik
Edir. Azərbaycanın çağdaş tarixinə Xocalı faciəsini yaşadan ermənilik,
Həmin dövrdə beynəlxalq təşkilatların səbatsız addımlarına arxalanırdı.
Belə ki, Azərbaycan Respublikası Xocalı faciəsindən sonra beynəlxalq
Təş—kilatlara rəsmi müraciətlər göndərsə də bu qurumlar, XX əsrin
əvvəllərində bolşevik “süngüsünün” köməyi ilə tarixi Azərbaycan
torpaqlarında yaranmış, Ermənistan adlı dövləti təcavüzkar kimi
qiymətləndirməyə tələsmir, Yuqos-laviya variantının mümkünlüyü
haqda fikirlər söyləyir, problemin həllini ilk növbədə regional təşkilat
olan ATƏT-lə bağlayır, ölkənin ərazi bütövlüyü məsələsi sual altında
qalırdı. O biri tərəfdən spyürkün siyasi aləti olan er-məni lobbisi Qərb
dövlətlərinə təsir edə bilir, Qarabağ müharibəsinin gedi-şatında
ermənipərəst senator C.Kerrinin təklifi ilə ABŞ Konqresi Azərbay-can
Respublikasına qarşı yönəlmiş 907 saylı düzəlişi təsdiqləyir. Və bu
Sənəd 1992-ci ilin dekabrında Prezident ata C. Buş tərəfindən imzalanır.


Yüklə 338,66 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin