Multikulturalizmə giriş


Azərbaycan xeyriyyəçilərinin ölkədə ictimai-mədəni inkişafa təsiri



Yüklə 338,66 Kb.
səhifə18/35
tarix04.05.2023
ölçüsü338,66 Kb.
#107242
1   ...   14   15   16   17   18   19   20   21   ...   35
Multikulturalizmə giriş cavabları

22.Azərbaycan xeyriyyəçilərinin ölkədə ictimai-mədəni inkişafa təsiri

Ruslaşdırma və xristianlaşdırma siyasətini aparan Rusiya imperiyasının


Məqsədi Azərbaycan xalqını assimilyasiyaya uğratmaq idi.Bu siyasətin
əsas məqsədi qeyri rusların ruslar kimi düşünməsi və
fikirləşməsidir.Müstəmləkə siyasətinin təsiri altında qalan Azərbaycan
öz tarixi özünüdərkini əsas tutur və 19 cu əsrin sonlarında kapitalizmin
inkişaf mərhələsinə qədəm qoyan ölkə milli özünüdərk oyanışını
yaşayır.Milli özünüdərk intibahının ilhamverici qüvvəsi Azərbaycan
maarifpərvərləri və milli burjuaziyanın nümayəndələri olur.Bu
xeyriyyəçilərin əsas məqsədi Rusiya imperiyasının müstəmləkə
siyasətinin mahiyyətini göstərmək və xalqı oyatmaq idi.Bu məqsədlə
xeyriyyəçilər mədəniyyətin , ədəbiyyatın,elmin, mətbuatın maarifin
inkişafına ciddi fikir verirdilər.Görkəmli maarifçi-demokrat, pedaqoq
və ilk Azərbaycan xeyriyyəçilərindəm olan Həsən bəy Zərdabi xalqın
milli şüurunun oyanmasında dünyəvi məktəblərin. Açılmasının zəruri
liyini göstərir və bu ideyanın təbliği üçün vasitə olaraq,milli mətbuatın
əsasını qoyur.Onun 1875 ci ildə təsis etdiyi “Əkinçi qəzeti demokratik
və maarifpərvər ideyaların təbliğat alətinə çevrilir.Bu qəzetin
mənəvi varisləri “Ziya”,“Ziyayi
Qafqaziyyə” və “Kəşkül ”qəzetləri olur.Hacı Zeynalabdin Tağıyev öz
Xeyriyyəçiliyi ilə seçilmiş şəxslərdən biridir .Onun adı qızlar məktəbi
iləbağlıdır.O qızların təhsilinə xüsusi diqqət yetirmişdir.O, Bakıda ilk qızlar
Məktəbini açır.və bu məktəbin xərcini ödəmək üçün banka 150000
Man.pul qoyur Bina 1898 ci ildən tikilməyə başlayır və 1900 cu ildə
Hazır olur.Bu məktəb 184000 man. Başa çatır.

23..XX əsrin əvvəllərində Bakı memarlığı multikultralizmin
Nümunəsi kimi.
Bakı XX əsrin əvvəllərində multkultural mədəniyyətə yaxınlaşmaqda
Davam edirdi. Rusiyanın müstəmləkə siyasətinin ağırlığını daşısa da,
Kapitalizmin inkişaf mərhələsinə qədəm qoymuş Şimali Azərbaycan
Qərb mədəniyyətinin dəyərləri ilə tanış olur, Şərq sivilizasiyanın
Daşıyıcısı olan ölkə, öz mənəviyyatını zənginləşdirir, multikultural
Dünyaya yaxınlaşır. Məhz bu dövrdə Rusiya və Avropa mədəni-ictimai
Cərəyanların təsiri nəticəsində yeni dövr rəssamlıq sənəti, realist
Rəsmlər yaranır. Azərbaycanın karikatura, şarj məktəbinin banisi isə
Əzim Əzimzadə olur. Bu dövrdə kapitalist Bakısında gedən tikililər
Qərb memarlığı üslubunda salınır. Bu memarlığın formalaş-masında
Alman memarlarının da yeri olmuş, N.A.fon der Nonne, F.A. Lem-kul,
İ.V.Edel, A.Eyxler Bakının yeni memar üslublu şəhərə çevrilməsində
Xüsusi xidmət göstərmiş, qiymətli əsərlər yaratmışlar. Bu illərdə Bakıda
Teatr binaları, kino salonları, əyləncə evləri də artırdı. Azərbaycanda ilk
Milli teatr binasının tikilməsi Hacı Zeynalabdin Tağıyevin adı il
Bağlıdır. Teatr binası 1883-cü ildə Hacının pulu ilə memar Koq-
Novitskinin layihəsi əsasında tikilmişdir. Milli teatr ölkədə
Multikulturalizmin inkişafında özünəməxsus rol oynayır. Belə ki,
Kapitalist Bakısı Qərb mədə-niyyətinin komponentlərindən olan teatrı
Qəbul etsə də öz milli mentalite-tindən imtina etməmişdi. Belə ki,
Tamaşaya baxa bilmələri üçün qadınlar xüsusi salınmış lojalarda
Yerləşdirilir, xalqın milli davranış qaydaları qoru-nurdu. Beləliklə,
Cəmiyyət Qərb mədəniyyətini qəbul edərək, Şərqli davra-nışından
İmtina etmirdi. Bu teatrda 1908-ci ildə “Leyli və Məcnun” operası
Oynanılmışdı. Azərbaycan mədəni həyatında xüsusi yer tutan bu hadisə
Öl-kəni multukultural dünyaya aparırdı. İlk dəfə olaraq, Şərqdə,
Azərbaycan-da, Qərb mədəniyyətinin komponenti, opera qəbul edilir
Və böyük Ü. Hacı- bəyov tərəfindən Şərq motivləri əsasında yazılır.
1909-cu ildə Bakının incisi olan Bulvarın salınması, istedadlı
Mühəndis, vətənpərvər Məhəmməd Həsən Hacınskinin rəhbərliyi ilə
Başlanılır və multikultural əsər olan Bakı bulvarının layihəsində alman
Memarlarından, A.Eyxler öz aktivliyi ilə seçilir. Yuxarıda göstərilənlər
Belə bir reallığı açıqlayır ki, əgər qəzalarda tarixi toleyrantlıq
ənənələrini və xalqın tarixi yaddaşını qoruyan Azərbaycan xeyriy-
yəçiləri (əks təqdirdə tariximizin tərkib hissəsi olan Alban kilsələri
zamanımıza qədər qalmaz və ermənilik də Azərbaycan tarixini
erməniləşdirmək məqsədi ilə Alban kilsələrini qriqoryanlaşdırmaq
fikrindən uzaq olardı) islam ənənələrini inkişaf etdirməyə daha çox
meylli idilərsə, kapitalist Bakısının Azərbaycan xeyriyyəçiləri, islam
dəyərlərini qorumuş və paralel olaraq, Qərb mədəniyyətini köhnə
Bakıya aşılayaraq, Qərb-Şərq mədəniyyətinin sintezini apararaq, bəşər
Tarixinə təkraredilməz bir multikultural mədəniyyət gətirmiş və 1907-ci
İldə H.Z.Tağıyevin tikdirdiyi “Jon Mironosets” kilsəsi buna bariz
Nümunədir. Ümumən Azərbaycan xeyriyyəçilərinin fəaliyyəti
Azərbaycan sosial-mədəni həyatında özünəməxsus bir toleyrantlıq
Ansamblı yaratmış, multikulturalzmin inkişafına xidmətlər
Göstərmişlər.


Yüklə 338,66 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin