Multikulturalizmə giriş


Azərbaycanda dini qurumun sabitliyinin qorunması



Yüklə 338,66 Kb.
səhifə13/35
tarix04.05.2023
ölçüsü338,66 Kb.
#107242
1   ...   9   10   11   12   13   14   15   16   ...   35
Multikulturalizmə giriş cavabları

17.Azərbaycanda dini qurumun sabitliyinin qorunması
İstiqamətində keçirilən tədbirlər.
Müasir dövrdə Azərbaycan hakimiyyəti dini vəziyyətin sabitliyinin
Qorunmasını,dini dözümlülük ənənələrinin qorunub saxlanılması
İstiqamətində ardıcıl tədbirlər həyata keçirir.Hazırkı dövrdə narahatlıq
Doğuran məsələlərdən biri müəyyən qüvvələrin bəzi ölkələrdə və
Azərbaycanda dindən siyasi məqsədlər və insanlar arasında
Qarşıdurma yaratmaq məqsədilə istifadə çalışmasıdır.Həmin qüvvələr
Dindar insanlari siyasi proseslərə və münaqişələrə cəlb edərək
Onlardan hakimiyyətə qarşı istifadə etməyə ,dini məsələləri
Siyasiləşdirməyə çalışırlar.Siyasi mübarizədə dini amildən
Bəhrələnmək məqsədilə təşkilatlar, birliklər yaradır və əhalinin dindar
Təbəqəsini siyasi proseslərdə fəal iştiraka çağırırlar.Siyasi fikirlərini
əsaslandırmaq üçün Quran ayələrinə və peyğəmbər hədislərinə istinad
edirlər.Hər hansı din və ya mənsəb haqqında həqiqətə uyğun olmayan
, şişirdilmiş , qarşıdurma yaradabiləcək məlumatlar yayılır.Son illər bir
Sıra müsəlman dövlətlərində baş verən hadisələr dindən siyasi
Məqsədlər və qarşıdurma yaratmaq məqsədilə istifadənin ölkədə
Sabitliyin pozulması vətəndaş müharibəsinin baş verməsi ilə
Nəticələndiyini göstərir.Müasir dövrdə bir çox müsəlman ölkələrində
Baş verən münaqişələrin əsas yaranma səbəblərindən biri dini
Maarifləndirmənin zəif aparılması ,dini şüur səviyyəsinin aşağı
Olmasıdır.Bu məsələ biz də ciddi surətdə düşündürməlidir.Bu
Baxımdan dini durumun sabitliyinin qorunması məqsədilə dini vəziyyət
Daim nəzarətdə saxlanılmalı, qarşıdurma meyillərinin qarşısı alınmalı
Və sağlam dini maarifləndirmənin aparılması istiqamətində səylər daha
Da gücləndirməlidir.

18.:Etnik-milli müxtəliflik və multikultularizim.

Multikulturalizm siyasətinin doğru anlaşılması üçün, birinci növbədə


Bu siyasi düşüncənin yaranma səbəblərini, ortaya çıxdığı tarixi
Konteksti və insan hüquqları konsepsiyasının inkişaf mərhələlərini
Təhlil etməkdən başlamaq lazımdır. Belə ki, dünya ölkələrinin əhali
tərkibinə nəzərdən keçirdikdə görürük ki, bunların böyük əksəriyyəti
Çoxmillətli və ya polietnik bir tərkibə malikdir. Milli-etnik və dini
Müxtəliflik, demək olar ki, tarixinin bütün dövrlərində mövcud
Olmuşdur. ABŞ, Rusiya, Avropa ölkələri və s. İmmigrantlardan təşkil
Olunmuş çoxmillətli cəmiyyətlər və ya Böyük Britaniya kimi böyük
Dövlətlər tərəfindən yerli xalqların yaşadığı ərazilərin birləşdirilməsi,
Habelə qitələrarası kütləvi immiqrasiya prosesinin yaşanması milli etnik
Müxtəlifliyi meydana gətirən obyektiv səbəblərdir. Multikulturalizm
Siyasəti də, məhz bu milli-etnik və dini müxtəlifliyin qorunub
Saxlanması və inkişaf etdirilməsini təmin edən demokratik bir
Siyasətdir. Buna multikulturalizmə milli görə də, və etnik azlıqların
Hüquqlarınım tənzimlənmə siyasəti kimi baxa bilərik.Multikulturalizm,
Siyasi nəzəriyyə olaraq yaxın tarixlərdə ortaya çıxmasına baxmayaraq,
Qısa zaman ərzində çox populyar termin halına gəlmişdir. “Çox
Mədəniyyətçilik” kimi dilimizə tərcümə edilən multikulturalizm,
Mütərəqqi demokratik quruluşların milli və etnik azlıqlara qarşı
Yürütdükləri yeni bir siyasi konsepsiyanı ifadə edir. Amma milli, etnik
Və dini cəhətdən rəngarang, kosmopolit cəmiyyətlər daha öncə də,
Söylədiyimiz kimi, həmişə mövcud olmuşdur. Yəni multikulturalizmi,
Sadəcə demoqrafik (milli, etnik, dini) müxtəliflik olaraq anlamaq doğru
Deyil, əksinə multikulturalizm siyasi quruluşun bu müxtəlifliyə verdiyi
Müəyyən növdə bir cavabdan ibarətdir. Bu yeni yanaşmaya, etnik
Müxtəlifliyi dəstəklədiyi üçün “fərqlilik siyasəti”, xüsusi mədəni
Kimlikləri inkişaf etdirməyə zəmin hazırladığı üçün “kimlik siyasəti” və
Ya milli və etnik azlıqlara rəsmi statuslar verdiyi üçün “tanınma
Siyasəti” də deyilməkdədir. Multikulturalist siyasi nəzəriyyə
Liberlizmdən ilham almaqla yanaşı, onun zəifliklərini kompensasiya
Etməyə çalışır. Burada artıq azlıq hüquqları təmin edilir, onlara təmsil
Haqqı və bəzi hallarda özünü idarə etmə haqqı tanınır. Tarixi prosesdə
Millət-dövlətlər tərəfindən mədəni müxtəlifliyə bir-birindən fərqli
Mövqe və ya siyasi proqram tətbiq edilmişdir. Bunlardan ilki
Assimilyasiya siyasətidir. Bu yanaşmaya görə, etnik-mədəni və dini
Müxtəlifliklər yox olmağa məhkum olan, modern öncəsi zamanların
Qalıqlarından ibarətdir. Elə isə dövlət müxtəlifliyi deyil, inteqrasiyanı
Təşviq etməlidir. Assimilyasiya sİyasətində nəzərdə tutulan inteqrasiya,
bütün etnik-mədəni mənsubiyyətlərin fövqündə, müştərək dil və
Mədəniyyət çərçivəsində “millətləşmə” kimi başa düşülür. Burada milli
Və etnik azlıqlarin mədəni və dil hüquqları tamamilə gözardı edilir.
Nəticədə, milli və etnik azlıqlar ölkənin hakim xalqının mədəniyyəti,
Dili və milli kimliyi içərisində əriyərək assimilyasiyaya uğrayır. Buna
Fransa Cümhuriyyətini misal göstərə bilərik. XVIII əsrin sonu, XIX
əsrin əvvəllərində Fransada Cumhuriyyət elan edildikdə, əhalinin tərkib
hissəsi etnik və dini cəhətdən olduqca rəngarəng olmuşdur. Fransada
hakim fransız mədəniyyəti və dilindən bəhs etmək mümkün deyildi.
Amma uzun illər davam edən assimilyasiya vahid Fransa xalqının
Formalaşmasına zəmin hazırladı. ABŞ-da isə milli və etnik müxtəlifliyə
Münasibət fərqli olmuşdur. 1960-ci illərə qədər ABŞ-da “əritmə
Qazanı”na (melting pot) bənzədilən assimilyasiya modeli tətbiq
Edilmişdir. “Ətirmə qazanı” modelində əsas hədəf, müxtəlif xalqların
Birləşərək, vahid bir Amerika xalqi içərisində inteqrasiyasına nail
Olmaqdır. Amma Amerika xalqı dedikdə, tamamilə anglo-sakson
Mədəniyyətinin hakim olduğu millətləşmə nəzərdə tutulurdu. Afrika
Mənşəli amerikalıların isə, ümumiyyətlə burada yeri yox id.i Belə ki,
1960-cı illərə qədər irqi ayrı-seçkiliklə əlaqəli bir çox qanunlar
Qaradərililəri ikinci dərəcəli vətəndaş hesab edirdi. 1955-1968-ci illər
Amerikada əsasən, Afrika mənşəli olanların
Amerikada əsasən, Afrika mənşəli olanların hayata keçirdikləri sivil
Haqlar hərəkatları ilə yadda qalmışdır. Sivil haqlar hərəkatı irqçiliyə
Qarşı çixan və cəmiyyətdə hər kəsə (qara dərili, kişi-qadın, cinsi
Oriyentasiyasına görə, immiqrantlara) bərabərlik və ədalət tələb edən
Genişmiqyashi ictimai hərəkat olmuşdur. Bu tarixdən etibarən ABŞ-da
Milli-etnik müxtəliflik tanınmağa başlandı və azlıqların mədəni və ana
Dillə əlaqəli tələbləri müsbət qarşılandı. Mədəni müxtəlifliyin müsbət
Qiymətləndirilməsi təbii ki, multikulturalizm siyasətinin başlanğıc
Mərhələsi idi.


Yüklə 338,66 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin