4.Multikulturalizm giriş inteqrativ bir fənn kimi.
Multikulturalizmə giriş inteqrativ bir fəndir. O, fəlsəfə, politologiya,
Tarix,sosiologiya, kulturologiya və bu kimi bir sıra ictimai elmlərin
Müddəalarından istifadə edir. Bu fənnin böyük idraki, praktiki, siyasi,
İdeoloji, mənəvi-tərbiyəvi əhəmiyyəti vardır. Həmin elmlərin
“Multikulturalizmə giriş”fənni ilə əlaqəsini nəzərdən keçirək.
Fəlsəfə “Multikulturalizmə giriş” fənninin nəzəri-metodoloji
əsasını təşkil edir.
Politologiya elmi dünya ölkələrində multikulturalizmin meydana
Gəlməsi və inkişafını şərtləndirən amilləri müəyyən edir. Bu,
Müasir dövrdə multikulturalizm siyasətinin müəyyən ölkələrdə
Uğurla həyata keçirilməsinin, digər ölkələrdə isə çətinliklərlə
Üzləşməsinin səbəblərini anlamağa kömək edir.
Tarix elmi müxtəlif ölkələrdə etnik,dini, irqi və mədəni
Müxtəlifliklərin tənzimlənməsi təcrübəsi bu fənnin bir sıra
Mühüm müddəalarının əsaslandırılması üçün mühüm rol oynayır.
Sosiologiya ilə “ Multikulturalizmə giriş “fənninin münasibətinə
Gəldikdə qeyd etmək lazımdır ki, sosiologiya elmi
Multikulturalizmə bir sosial hadisə kimi yanaşaraq onun
Mahiyyətini müəyyən edilməsi istiqamətində mühüm rol oynayır.
Kulturologiya dünya xalqlarının mədəniyyətində, ədəbiyyatında
İncəsənətində əks olunan etnik, dini və mədəni dəyərləri bu elmə
Töhfə olaraq bəxş edir.
5.Azərbaycanda dini-etnik təlimlərdə tolerantlıq və Multikulturalizm ideyaları.
Əlverişli iqlimə, münbit torpaqlara və gözəl təbiətə malik
Azərbaycan bütün dövrlərdə cəlbedici və diqqət
Mərkəzində olub. Şübhəsiz ki, Azərbaycan ərazilərində
Müxtəlif tarixi dövrlərdə çoxsaylı etnik və dini qrupların
Məskunlaşmasında bu amil böyük rol oynayıb. Amma
İnkaredilməz faktdır ki, bu məsələdə coğrafi şərait yeganə
Amil deyil. Müxtəlif xalqlara və dinlərə mənsub insanların
Azərbaycana pənah gətirməsinin əsas səbəbi bu ölkədə
Yaşayan insanların mədəniyyəti və onların xarakterik
Keyfiyyətinə çevrilmiş tolerantlıq xüsusiyyətidir. Bu,elə
Bir sərvətdir ki ,min illər boyu heç bir qüvvə onu
Azərbaycan xalqından ala bilməyib, əksinə, əsrlər
Keçdikcə daha da zənginləşib və möhkəmlənib. Səmavi
Dinlərə qədər Azərbaycan ərazilərində bütpərəstlik hökm
Sürmüşdür. Amma bu dövrdə bəzi inanclara, xüsusilə,
Oda,suya, ağaca və səma cisimlərinə inam daha güclü
Olmuşdur. Min illər keçməsinə baxmayaraq, bu inamın
əlamətləri insanların yaddaşında qalmış və bu gün də
onların həyat tərzində özünü büruzə verir. Məsələn, ilk
insandan üzü bəri oda bütün dövrlərdə qoruyucu,
müqəddəs təmizləyici qüvvə kimi baxılmışdır. Odun hər
cür çirkinliyi yox etdiyinə və insanlara təmizlik gətirdiyinə
inam bəslənmişdir. Ümumiyyətlə, həyatın mövcudluğunu
şərtləndirən əsas komponentlər kimi od, su,torpaq və hava
İslamın yayılmasına qədər Azərbaycan ərazilərində
Yaşayan insanların etiqadında önəmli yer tutmuşdur.
Atəşpərəstlik də bu təsəvvürlərlə bağlı inanclar zəminində
Meydana çıxmışdır. Azərbaycan ərazisində məskunlaşan
əhalinin böyük bir qismi odu müqəddəsləşdirmiş ,ona
sitayiş etmişdir. Novruz bayramı ilə günümüzədək gəlib
çatan od ayin və mərasimləri Azərbaycanda atəşpərəstliyin
güclü ənənələri olduğunu göstərir. İslamın Azərbaycana
gəlişi ilə atəşpərəstlik tədricən əhəmiyyətini itirmiş və
aradan qalxmışdır.
Dostları ilə paylaş: |