XX əsrin əvvəllərindəAzərbaycan multikulturalizminin inkişafına erməni millətçilərinin törətdiyi cinayətlər – terror və soyqırımı sipər çəkilmiş, multikulturalizm qarşısında başlıca qanlı maneə kimi durmuşdu. Belə ki, Birinci dünya müharibəsi illərində, Dördlər İttifaqının (Almaniya, Avstriya-Macarıstan, Türkiyə və Bolqarıstan) aparıcı qüvvəsi olan – Kayzer Almaniyasının apardığı dağıdıcı anti-Rusiya siyasəti Romanovlar sülaləsinin devrilməsi ilə nəticələnir və 1917-ci ilin payızında Rusiyada baş alıb gedən siyasi-iqtisadi-sosial böhran hakimiyyətin bolşeviklər tərəfindən zəbt edilməsi ilə sonuclanır. Bu zaman Şərqi Anadoluda “Böyük Ermənistan”ideyasını reallaşdıra bilməyən erməni separatçıları, “erməni məsələsi” ni Azərbaycan torpaqları hesabına həll etməyə qərar verirlər. Öz mənfur məqsədlərinə nail olmaq üçün ermənimillətçiləri Birinci dünya müharibəsi gedişatında, 1917-ci ilin sonlarında, Azərbaycan torpaqlarında qırğınlar törədir, təkcə Qarabağda 157 kəndi qismən dağıdaraq, ümumən Şimali Azərbaycan ərazisində 60 yaşayış məntəqəsini yerlə-yeksan edirlər. Cəzasızlıqdan ruhlanan ermənilik öz mahiyyətini – separatçılığı, yırtıcılığını gizlətməyərək, ona tarixən yad olan torpaqlarda “Böyük Ermənistan”ideyasını reallaşdırmaq üçün Azərbaycan torpaqlarında “etnik təmizləmə”siyasətinə önəm verirlər. Belə ki, 1918-ci ilin əvvəllərində erməniliyin mahiyyətini bolşevizmideologiyası ilə pərdələyən Stepan Şaumyan və onun quldur dəstələri Bakı quberniyasında on minlərlə dinc türk-müsəlman əhalisini məhv edir və daşnakların qarsıya qoyulan məqsədi –“etnik təmizləmə”istiqamətində hərəkət edir.Lakin Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) elan olunması, gənctürklərinvə milli hərbi qüvvələrin Bakı istiqamətində hərəkət etməsiŞaumyan və onun quldur dəstələrinin məkrli planlarını pozduğundan ermənilik nəzər-diqqətini Qarabağ torpaqlarına yönəldir, Azərbaycan tarixinə “Qarabağ məsələsi” ni gətirir, tarixi torpaqlarımıza qarşı əsassız iddialarla çıxış edirlər. Tarixən, özünə yad torpaqlarda “vətən”axtaran, Azərbaycanın tarixi torpaqları – İrəvan bölgəsində qondarma qurumunu yaradan ermənilik sakitləşə bilmir, Qarabağın füsunkar guşələrindən olan Şuşa qəzasınagözünü dikir. «Daşnaksutyün» partiyasının göstərişi ilə hərəkət edən Şuşa şəhərinin erməni icması «Millətlərin öz müqəddəratının təyin etməsi hüququ» prinsipinə istinad edərək, 1918-ci ilin yayında «Dağlıq Qarabağın öz müqəddəratını təyin etmək» şüarını irəli sürür və erməni separatçılığının mahiyyətini, Azərbaycan torpaqlarına qərəzli iddialarını nümayiş etdirir. Beləliklə, tarixə təhrif olunmuş bir məfhum daxil olur – Dağlıq Qarabağ. Bu dövrdə Azərbaycan xalqına qarşı soyqırımı siyasətini davam etdirən erməni millətçiləri 1918-ci ilin payızında bölgədə cərəyan edən sosial-siyasi proseslər və ilk növbədə1918-ci il oktyabrın 30-da bağlanmış Mudros sazışının şərtlərindən ruhlanırlar. Türk-müsəlman dünyasına öz genetik nifrətini gizlətməyənAndranik Qarabağın tarixi torpaqları olan Zəngəzurda qırğınlar törədir və bu mahalın Tat kəndinin əhalisini fiziki cəhətdən məhv edir.
1897-ci il siyahıyaalınmaya görə Zənqəzur qəzasında 314 müsəlman kəndi qeydə alınmışdır. 1918-ci ilin payızında burada erməni yaraqlıları 115 müsəlman kəndini dağıdır, 10.068 nəfər azərbaycanlınıöldürübvə ya şikəst edirlər. Zəngəzur qırğınları 1918-ci il dekabrın 20-də keçirilmiş AXC-nin fövqəladə iclasında müzakirə olunmuş və hökumət üzvləri bu qırğının erməni separatçılarının bölgədə apardıqları anneksiya siyasətinin davamı olduğunu vurğulayaraq qeyd etmişdilər ki, “Andranikin planı – Zəngəzuru və Şuşanı müsəlman əhalisindən “təmizləmək”və bu parçanı Azərbaycandan ayırmaqdır”. İclasda iştirak edən hökumət üzvləri yaranmış sosial-siyasi vəziyyətin təhlükəli olduğunu bildirmiş və Azərbaycan torpaqlarında azərbaycanlılara qarşı aparılan soyqırımın erməniliyin apardığı məqsədyönlü antitürk siyasətinin nəticəsi olduğunu göstərmişlər. Onlar belə bir acı həqiqəti diqqətə çatdırmışdılar ki, 1917-ci ilin dekabrından 1918-ci ilin iyununa qədər İrəvan quberniyasının 200-dən çox müsəlman kəndi erməni yaraqlıları tərəfindən dağıdılaraq yandırılmışdı. Öz məkrli siyasətindən əl çəkmək istəməyən erməni millətçiləri Qarabağ torpaqlarındaözünün ənənəvi vasitələrinə – silaha, hərbi zora əl atır, unudurdular ki, onlar Azərbaycan torpaqlarında, Qarabağda gəlmə elementdirlər.