Tarixi faktor Tarixən Azərbaycan çoxmədəniyyətli bir dövlət olmuşdur. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “leksikonumuzda nisbətən yeni söz olan multikulturalizm ənənələri Azərbaycanda əsrlər boyu həmişə mövcud olub. Sadəcə, müxtəlif cür adlanıb, lakin mahiyyəti dəyişməyib” . Azərbaycanın tarixinin bütün mərhələlərində onun ərazisində müxtəlif xalqların nümayəndələri birgə əmin-amanlıq şəraitində yaşamışlar. Burada məskunlaşmış milli azlıqlar etnik, dini, irqi mənsubiyyətlərinə, etnik-mədəni dəyərlərinə görə əhalinin çoxluğunu təşkil edən (titul etnos olan) Azərbaycan türkləri tərəfindən təqib olunmamış və diskriminasiyaya məruz qalmamışlar. Beləliklə, tarixi faktor Azərbaycanda multikultural cəmiyyətin formalaşmasında əhəmiyyətli rol oynamışdır.
Coğrafi faktor Azərbaycan olduqca əlverişli bir coğrafi məkanda yerləşir. Bura müxtəlif mədəniyyətlərin və sivilizasiyaların qovuşduğu ərazidir. Müxtəlif xalqların tarixi təcrübəsinə əsasən, belə ərazilərdə yerləşən ölkələrin xalqları müxtəlif etnik, irqi, dini və mədəni qrupların nümayəndələri ilə qarşılaşaraq onlarla iqtisadi-ticarət və mədəni əlaqələrini inkişaf etdirmişlər. Bu isə öz növbəsində belə ərazilərdə multikultural mühitin formalaşması üçün əlverişli şərait yaratmışdır. Məlum olduğu kimi, ölkəmizin ərazisi müxtəlif sivilizasiyaların, mədəniyyətlərin və dinlərin kəsişməsində yerləşir. Buradan qədim İpək Yolu keçmiş, ölkəmizin bu əlverişli coğrafi yerləşməsi onun etnik-mədəni müxtəlifliyə malik olan bir cəmiyyət kimi formalaşmasında və inkişafında əhəmiyyətli rol oynamışdır.
Beləliklə, mahiyyətcə obyektiv xarakter daşıyan tarixi və coğrafi faktorlar Azərbaycan multikulturalizminin meydana gəlməsi və formalaşması prosesində həlledici rol oynamışlar. Lakin Azərbaycan multikulturalizminin meydana gəlməsində və formalaşmasında qeyd olunan obyektiv səbəblərləbərabər subyektiv səbəblər də mühüm rol oynamışdır. Azərbaycan multikulturalizminin meydana gəlməsinin və formalaşmasının subyektiv səbəbləri dedikdə ölkəni idarə edən dövlət xadimləri və Azərbaycan xalqı nəzərdə tutulur.
Azərbaycanın tarixinin müxtəlif mərhələrində ölkə başçıları cəmiyyətdəki etnik, irqi, dini və mədəni müxtəliflikləri elə tənzimləmişdilər ki, burada etnik və dini zəmində ciddi münaqişələr baş verməmişdir. Məhz bu səbəbdən, yuxarıda qeyd olunduğu kimi, tarixən Azərbaycanda məskunlaşmış
Multikulturalizmin Azərbaycan modeli identiklik işığında
Multikultural inkişafın parlaq nümunəsi müasir Azərbaycandır AzərbaycanrəhbərliyininmüasirmultikulturalcəmiyyətinformalaşdırılmasıiradəsinəsöykənənsiyasiqərarlarvəAzərbaycanxalqınınəsrlərindərinliklərinəgedibçıxantolerantlıqənənələrieləbirdurumyaratdıki, həmindurumda «multikulturalizminalternativiyoxdur». Doğrudanda, «multikulturalizminalternativiyoxdur», çünki, PrezidentİlhamƏliyevinsözləriilədesək, alternativ − «ksenofobiyadır, ayrı-seçkilikdir, irqçilikdir, islamofobiyadır, antisemitizmdir…», dəhşətlifəlakətlərəaparıbçıxaranvəmütərəqqibəşəriyyətüçünqəbuledilməzsayılan «olduqcatəhlükəlitəmayüllərdir». «Multikulturalizmindünyadaünvanlarıçoxdur, onlardanbiridəAzərbaycandır». Azərbaycanınmultikulturalinkişafınmərkəzinəçevrilməsi, Azərbaycanmultikulturalizmimodelininbirçoxmüasircəmiyyətlərüçünnümunəvimodelolmasıümumilikdəqəbuledilmişfaktdır.
AzərbaycanPrezidentiİlhamƏliyevAzərbaycanınmultikulturalizmmodelininolduqcadəqiqvəqısatərifiniverdi: «… hərbircəmiyyətingücüonundinivəmillimüxtəlifliyindədir…Əlbəttə, bunun üçün ənənələr lazımdır, eyni zamanda, dövlət siyasəti də lazımi səviyyədə aparılmalıdır. Azərbaycanda hər iki amil mövcuddur».
Həqiqətən, Azərbaycanınmultikulturalsiyasətindəikiamil – ölkərəhbərliyininmultikulturaltəhlükəsizlikləəsaslandırılmışsiyasiqərarlarıvəAzərbaycanxalqınınçoxəsrliktolerantənənələri– üzvişəkildəbirləşir. Azərbaycanınmultikulturalmodeliçərçivəsindəmədənimüxtəlifliyidəstəkləyəndövlətqərarlarıbuhaldamədənifraqmentləşməyəimkanvermirvəictimaiinteqrasiyanınuniversaldəyərlərinəzidddeyil. Kompromisənailolunur, çünkitərəflərinmaraqlarıbir-birinəzidddeyil və bu, sıfırnəticəlioyunyox, çoxtərəfliqarşılıqlıfəaliyyətinvəəməkdaşlığın, kooperasiyanınvəümumdövlətmaraqlarınınhamıyafaydaverdiyikoalisiyalı bir oyundur.
Azərbaycan xalqının multikultural ənənələrinə gəlincə isə, multikulturalizmin immiqrantların onları qəbul edən cəmiyyətə inteqrasiyasızərurətinin nəticəsi olduğu Qərbi Avropa ölkələrindən fərqli olaraq, Azərbaycanda multikulturalizm bu qədim torpağın bütün sakinlərinin tarixən dəstəklədikləri həyat tərzidir. Azərbaycan millətinərespublikamızda yaşayan bütün xalqlar daxildir və onların hamısı azərbaycanlıdır. Etnik tolerantlıq və dini dözümlülük həm keçmiş, həm də indiki sakinlərin inanclarının uzun müddət yanaşı mövcud olmalarının nəticəsidir. Minilliklər boyu Azərbaycan türkləri dövlət əmələ gətirən etnos, Azərbaycan dili isə yüz illər boyu etnoslararası ünsiyyət vasitəsi olmuşdur. Azərbaycan türklərinin özləri də etnik baxımdan üstünlük təşkil edən türk toplumu və ona qarışıq olan digər etnik toplumlar – Qafqaz və İran toplumları bazasında formalaşmışdır. Bu layların mədəni normalarını və dəyərlərini özünə hopdurmuş unikal bir etnik aləm yaranmış, yüzillər boyu indi multikulturalizm adlandırılan mədəni özünəməxsusluğun qorunmasının inteqrativ vəhdət kapitalı toplanmışdır. Bu, bizim həm sərvətimiz, həm də böyük üstünlüyümüzdür. Bir sözlə, ənənələr elə bir keçmişdir ki, onlarsız nə indi, nə də gələcək mümkün deyil. Azərbaycan xalqının belə ənənələrindən biri də Azərbaycanın dövlət siyasətinin diqqətində olan, məharətlə idarə olunan əzəli multikulturalizm ənənəsidir.