Multikulturalizmin mahiyyəti



Yüklə 61,27 Kb.
səhifə7/13
tarix19.05.2023
ölçüsü61,27 Kb.
#117135
1   2   3   4   5   6   7   8   9   10   ...   13
multikultruliz qisa

Azərbaycan multikulturalizminin siyasi banisi kimi Ümummilli lider Heydər Əliyev multikulturalizm siyasətinin həyata keçiril­mə­sin­də BMT, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təş­kilatı və digər nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığa xüsusi əhə­miyyət verirdi. Ulu öndər daima Azərbaycanın yuxarıda adları sada­lanan təşkilatlar tərəfindən qəbul edilən milli azlıqların hüquq və azad­lıqlarının müdafiəsi ilə bağlı konvensiyalara qoşulmasının vaci­­b­li­yini qeyd edirdi. Onun rəhbərliyi altında Azərbaycan hökuməti insan haq­ları, o cümlədənmilli azlıqların
Prezident İlham Əliyev müasir dövrdə Azərbaycan multikulturalizminin siyasi qarantıdır

Müasir dövrdə Azərbaycan Respublikasının multikulturalizm siya­sə­ti­nin uğurla həyata keçirilməsi Ulu öndərin layiqli davamçısı Azər­bay­can Respublikasının Prezidenti İlham Əliyevin adı ilə bağlıdır. O, müa­sir dövrdə Azərbaycan multikulturalizminin siyasi dayağı kimi olduq­ca əhəmiyyətli işlər həyata keçirir.


XXI əsrin əvvəllərində bir sıra Qərb ölkələri müəyyən obyektiv və subyektiv səbəblər üzündən cəmiyyətdəki etnik-mədəni müx­tə­li­f­lik­­lərin tənzimlənməsində ciddi problemlərlə üzləşdi. Akademik Ra­miz Mehdiyev qeyd etdiyi kimi, Avropanın aparıcı ölkələrinin (Böyük Bri­taniya, Fransa, Almaniya) başçıları multikulturalizmə inamlarını iti­rərək bəyan etdilər ki, bu layihə özünü doğrultmadı və uğursuzluğa dü­çar oldu. Onlar multikulturalizm siyasətinin müasir dövrdə sə­mə­rə­siz olması sə­bə­bin­dən iflasa uğradığını rəsmi olaraq bəyan etdilər. On­lar bu siyasətin sə­mərəsizliyini ölkələrində məskunlaşmış etnik və dini az­lıqların cə­miy­yətə inteqrasiya olunmaq istəmədikləri ilə əsas­lan­dı­rır­dılar. Bu döv­lətlərin ümumi mövqelərini 5 fevral 2011-ci ildə 47-ci Mün­xen Təh­lükəsizlik Konfransdakı çıxışında Böyük Britaniyanın sa­biq Baş na­ziri Devid Kameron belə ifadə etmişdir: “Dövlət multi­kul­tu­ralizmi”dok­trinası müxtəlif mədəniyyətləri öz adət-ənənələri ilə ya­şa­­ma­la­rı­na dəstək verməklə cəmiyyətdə inteqrasiya proseslərinin qar­şı­sını alır. Bunun nəticəsində müxtəlif icmalar, xüsusilə də, mü­səl­man ic­ma­sı cəmiyyətdəki liberal dəyərləri inkar edərək demokratik cə­miy­­yə­timizin dəyərlərinə zidd olan dəyərləri təbliğ edirlər. Bu, isə dini eks­tre­mizmin baş qaldırması üçün şərait yaradır.” Multikulturalizmə dair Qərb döv­lət­ləri başçılarının fikirləri elmi ədəbiyyatda da dəstək tap­­dı. Məsələn, bri­taniyalı tədqiqatçı Trevor Filips qeyd edir ki, multi­ku­l­turalizmin xoşa­gəlməz təsiri altında Britaniya yata-yata seq­re­qa­si­ya­ya(latın dilin­də – “ayrılma”) inteqrasiyaya əks proses) yu­var­la­nır.
Həqiqətən, Qərb dövlətlərində “Dövlət multikulturalizmi”dokt­ri­nasının aparılması cəmiyyətdə bəzi icmaların, xüsusən müsəlman ic­ma­sının özünə qapanması üçün şərait yaradır. Nəticədə müsəlman ic­ma­sının nümayəndələri öz adət-ənənələrinə, etnik-mədəni dəyərlərinə sığı­naraq yaşadıqları cəmiyyətə inteqrasiya olmurlar, buradakı liberal dəyər­lərə müqavimət göstərirlər. Hətta onlardan bəziləri ingilis dilini belə öyrənmirlər. Kameron baş nazir olduğu dövrdə ingilis dilinin miq­rantlar tərəfindən məcburi öyrənilməsi ilə bağlı kəskin şəkildə bir tə­ləb qoydu: “Britaniyada yaşadığı iki il yarım ərzində ingilis dilini öy­rən­məyən miqrant ölkədən deportasiya olunacaqdır” .
Yuxarıda qeyd etdiyimiz kimi, müasir dünyada multikulturalizm si­yasətinə ikili baxış, iki qütb formalaşmışdır – bədbin və nikbin. Bəd­bin qütbü Kameron, nikbin qütbü isə Azərbaycan Prezidenti İlham Əli­yev formalaşdırmışdır. Prezident İlham Əliyev Kameronun bədbin nə­ticəsinə qarşı duran optimist baxışı və siyasi iradəni nümayiş etdirir. O, Azərbaycan xalqının çoxəsrlik multikultural dəyərlərə malik olması ide­yasına arxalanaraq belə bir siyasi bəyanatla çıxış edir: “Bu gün multi­kulturalizmin dünyada alternativi yoxdur.”
Müasir dövrdə Qərb ölkələrində multikulturalizm siyasətinin if­la­sa uğraması və bununla yanaşı, Azərbaycanda bu siyasətin yaşaması han­sı səbəblərdən irəli gəlir?
Bizə belə gəlir ki, bunun həm obyektiv, həm də subyektiv sə­bəb­ləri var. Obyektiv səbəblər hansılardır?
Bəzi ölkələr tarixən ən qədim zamanlardan bəri hər hansı müx­tə­lifliklərlə üzləşmədən digər mədəniyyətlərlə təmas nöqtəsinə mo­no­et­nik bir birlik kimi gəlib çıxmışdır. Buradakı müxtəlif mə­də­niy­yət­li­li­yi sonrakı müxtəliflik kimi ayıra bilərik. Bəzi ölkələrdə isə müxtəliflik il­kin xarakterli olmuşdur. Birinci hal ilə bağlı real sosial nəticə odur ki,gəlmə multikultural dəyərlər dəyərləri formalaşmış ölkədə özünə asan­lıqla yer eləmir. Belə bir ölkədə yeni dəyərlərin calağı istər-istə­məz süni alınır. Onun üçün də bəzi Avropa ölkələrində bu modelin if­la­sa uğramasının obyektiv səbəbləri yox deyil. Bəzi ölkələrdə isə xal­qın tarixində müxtəliflik ilkin çağdan başlayır və müxtəlif xalqlar ən qə­dim zamanlardan etibarən bir-birini formalaşdıra-formalaşdıra müa­sir dövrə qədəm qoyurlar. “İlkin müxtəliflik” və “sonrakı müxtəlifliyi” bir-birindən ayırmasaq bu günkü dünyada hansısa ölkədə multi­kul­tu­ra­lizmin iflasının, hansında isə təntənəsinin sirrini öyrənə bilmərik.
Azərbaycan multikulturalizminin meydana gəlməsinin obyektiv və subyektiv səbəbləri.

Məlum olduğu kimi, müasir dövrdədünyanın bir sıra döv­lət­lə­rin­də etnik və dini zəmində münaqişələr baş verir. Bundan başqa Azər­baycan Respublikasının multikulturalizm siyasəti sahəsində əldə et­diyi nailiyyətlər onun beynəlxalq münasibətlər sistemində uğurlu xa­ri­ci siyasətfəaliyyətinin əsas səbəblərindən biridir. Azərbaycan Re­s­pub­likası multikulturalizm siyasəti sahəsində əldə etdiyi böyük nai­liy­yət­lərə görə dünyanın əsas multikulturalizm mərkəzlərindən birinə çev­rilmişdir. “Azərbaycan multikulturalizmi”,“multikulturalizmin Azər­­baycan modeli”terminləri siyasi leksikonda geniş istifadə olun­maq­dadır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, siyasi sahədə, beynəl­xalq münasibətlərin tənzimlənməsində, ölkədaxili proseslərin inkiş­afında, multikulturalizmlə bağlı bizim təcrübəmiz öyrənilir.


Sual olunur. Azərbaycan multikulturalizmi necə meydana gəl­miş­dir, onun formalaşması və inkişafı hansı səbəblərin təsiri altında baş verdi?
Azərbaycan multikulturalizminin meydana gəlməsinin obyektiv və subyektiv səbəbləri vardır. Onun obyektiv səbəbləri dedikdə ilk növ­bədə tarixi və coğrafi faktorlar nəzərdə tutulur.

Yüklə 61,27 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin