Azərbaycan ədəbiyyatı Azərbaycan multikulturalizminin əsas qaynaqlarından biridir. Qədim dövrlərdən bəri yaşayıb yaratmış görkəmli Azərbaycan şairlərinin və yazıçılarının əsərlərində irqi, etnik, dini və mədəni müxtəlifliklərin qorunmasını, ümumiyyətlə birgəyaşayışı və tolerantlığı təbliğ edən bədii nümunələrin öyrənilməsiAzərbaycan multikulturalizm modelinin dərin köklərə malik olmasını göstərir.
Multikulturalizm Azərbaycan xalqına xas olan, xalqımızın psixologiyasını, milli mentalitetini səciyyələndirən bir dəyərdir. Psixologiya fənni qeyd olunan müddəaların elmi cəhətdən əsaslandırılmasına kömək edir.
Azərbaycan tarixi fənni ölkəmizin ərazisində müxtəlif xalqların və dini konfessiyaların nümayəndələrinin əsrlər boyu sülh və əmin-amanlıq şəraitində yaşamaları haqqında bilgilər verir. Bu, “Azərbaycan multikulturalizmi”fənnində təqdim olunan müddəaları daha da əsaslı edir.
Kulturologiya fənni Azərbaycan xalqının mədəniyyətində, ədəbiyyatında, incəsənətində əks olunan onun etnik-mədəni dəyərlərinin əhəmiyyətini araşdıraraq “Azərbaycan multikulturalizmi”fənninin müəyyən müddəalarının əsaslandırılması üçün empirik material təqdim edir. Məsələn, ölkəmizdə yaşayan milli azlıqların etnik-mədəni dəyərlərinə münasibətdə xalqımızın mədəniyyətində, ədəbiyyatında və incəsənətində müşahidə olunan hörmət ölkəmizin ərazisində qədim dövrlərdən bəri müxtəlif xalqların nümayəndələrinin əmin-amanlıq şəraitində yaşadıqlarından xəbər verir.
Hüquq elmi etnik, irqi, dini və mədəni azlıqların hüquqlarının müdafiə olunması və onların etnik-mədəni dəyərlərinin qorunması sahəsində dövlətimizin həyata keçirdiyi layihələrdən bəhs edir. Bundan başqa bu elmAzərbaycanın üzv olduğu beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş hüquqi-normativ sənədlərin məzmununu və əhəmiyyətini araşdıraraq ölkəmizdə bu sahədə görülən işlər haqqında məlumat verir.
Politologiya elmixarici ölkələrdə, xüsusilə də multikulturalizm siyasətinin meydana gəldiyi Qərb ölkələrındə mövcud olan multikulturalizm modellərini ayrılıqda hərtərəfli təhlil edir. Təhlil nəticəsində əldə olunan bilik Qərb ölkələrindəki multikulturalizm modelləri ilə multikulturalizmin Azərbaycan modeli arasında müqayisənin aparılmasına imkan verir. Müqayisəli təhlil Azərbaycan multikulturalizmkulturalizminin xüsusiyyətlərinin, o cümlədən, onun üstünlüklərinin dərk olunmasına kömək edir.