Multikulturalizmin mahiyyəti



Yüklə 61,27 Kb.
səhifə2/13
tarix19.05.2023
ölçüsü61,27 Kb.
#117135
1   2   3   4   5   6   7   8   9   ...   13
multikultruliz qisa

Eyni ərazidə uzun illərdən bəri müxtəlif xalqların birgə ya­şa­ma­ları. Məsələn, Azərbaycanda müşahidə olunan çox­mə­də­niy­yətlilik üçün bu səbəb səciyyəvidir. Məlum olduğu kimi, ölkə­mizin ərazisində qədim dövrlərdən bəri müxtəlif xalq­la­rın nümayəndələri birgə əmin-amanlıq şəraitində yaşayırlar;

  • Ölkənin coğrafi mövqeyi. Söhbət müxtəlif mədəniyyətlərin və sivilizasiyaların qovuşduğu ərazilərdən gedir. Belə əra­zi­lər­də yerləşən ölkələrin xalqları müxtəlif etnik, irqi, dini və mə­dəni qrupların nümayəndələri ilə qarşılaşaraq onlarla iqti­sa­di-ticarət və mədəni əlaqələrini inkişaf etdirmişlər. Bu isə öz növbəsində belə ərazilərdə multikultural mühitin for­ma­laş­ması üçün əlverişli şərait yaratmışdır. Coğrafi faktor da Azər­baycanda müşahidə olunan çoxmədəniyyətlilik üçün səciy­yəvidir. Məlum olduğu kimi, Azərbaycanın ərazisi müx­təlif sivilizasiyaların, mədəniyyətlərin və dinlərin kəsiş­mə­sində yerləşir. Buradan qədim İpək Yolu keçmiş, ölkə­mi­zin bu əlverişli coğrafi mövqeyi onun etnik-mədəni müx­tə­lif­li­yə malik olan bir cəmiyyət kimi formalaşmasında və in­ki­şa­fın­da müsbət rol oynamışdır;

  • Sosial və iqtisadi səbəblərdən iqtisadi cəhətdən inkişaf etmiş öl­kələrə xalqların axını. Müasir dövrdə Qərb dövlətlərində mü­şahidə olunan çoxmədəniyyətliliyin əsas səbəbi iqtisadi miq­rasiya hesab olunur. Lakin son dövrdə bu axının xarak­te­ri əhəmiyyətli dərəcədə dəyişmişdir. Belə ki, Suriya, İraq, Əf­qanıstan və digər Yaxın Şərq və Afrika ölkələrini bürümüş hərbi münaqişə bu ölkələrdən inkişaf etmiş Avropa ölkə­lə­ri­nə insan axınını kütləvi və idarəolunmaz edərək onu siyasi miq­rasiyaya çevirmişdir;

  • İmpe­riyalar tərəfindən həyata keçirilən xalqların köçü­rül­mə­si siyasəti. Ermənilərin rus imperiyası tərəfindən Yaxın Şərq­dən Cənubi Qafqaza köçürülməsi bu siyasətin bariz nümu­nə­si­dir;

  • Hərbi münaqişələr nəticəsində xalqların yaşadıqları ölkələri tərk edərək başqa ölkələrə köçmələri. Müasir dövrdə bir sıra Ya­xın və Orta Şərq ölkələrində (Suriya, İraq, Əfqanıstan) da­vam edən hərbi münaqişələr burada yaşayan müxtəlif etnik və dini qrupların nümayəndələrinin Avropanın bir sıra öl­kə­lə­rində sığınacaq axtarmalarına səbəb olmuşdur. Bu isə öz növ­bəsində qaçqınların pənah gətirdikləri dövlətlərdə etnik-mə­dəni müxtəlifliyin artması ilə müşayiət olunur.

  • Assimilyasiya, İzolyasiya və Multikulturalizm

  • Yuxarıda qeyd olunan faktorlar nəticəsində formalaşan mul­ti­kul­tural cəmiyyət daha sonra dövlət tərəfindən idarə olunmalıdır. Daha konkret desək, qeyd olunan faktorlar nəticəsində yaranan etnik-mə­dəni müxtəlifliklər tənzimlənməlidir. Belə ki, bu müxtəlifliklər döv­lət tərəfindən düzgün tənzimlənmədikdə cəmiyyətin inkişafının müx­təlif sahələrində ciddi problemlər, hətta münaqişələr yaranır. Buna görə də bu müxtəlifliklərin düzgün tənzimlənməsi hər bir çox­mə­dəniyyətli dövlət üçün böyük praktiki əhəmiyyət kəsb edən bir məsələdir.

  • Qeyd etdiyimiz kimi, multikulturalizmetnik, irqi, dini və mə­də­ni müxtəlifliklərlə bağlı dövlətin üzləşdiyi problemlərin həll edil­mə­si­nin mümkün siyasət modellərindən biridir. Bir siyasət modeli kimi mul­tikulturalizm ötən əsrin 60-cı illərində Kanadada meydana gəl­miş­dir. Multikulturalizm siyasətinin meydana gəlməsindən əvvəl etnik, irqi, dini və mədəni müxtəlifliklərlə üzləşən dövlətlər bu müx­tə­lif­lik­lə­ri əsasən iki siyasət modeli, assimilyasiya və ya izolyasiya vasitəsilə tən­zimləməyə çalışıblar:

    Azərbaycan multikulturalizmi”


    fənninin predmeti

    Müasir dövrdə dünya dövlətlərinin əksəriyyətində tarixi prosesin in­ki­şafının nəticəsi olan və buna görə də obyektiv xarakter daşıyan etnik, irqi, dini və mədəni müxtəlifliklər mövcuddur. Bu son dərəcə təbii bir haldır. Hazırda bu müxtəlifliklərin qorunması üçün əlverişli ta­rixi və coğrafi şəraiti olan dövlət çoxdur. Lakin təəssüf ki, bu mü­x­tə­lif­liklərin qorunmasını dövlət siyasətinin başlıca vəzifələrindən biri kimi qəbul edən dövlət olduqca azdır. Azərbaycan Respublikası mul­ti­kul­turalizmi dövlət siyasəti kimi qəbul edən nadir dövlətlərdəndir. Azər­baycan Respublikasının Prezidenti İlham Əliyev bir çox çıxış­la­rın­da multikulturalizmin dövlət siyasəti olmasını dəfələrlə qeyd et­miş­dir. Belə çıxışlarının birində cənab Prezident bunları söyləmişdir: “Multi­­kulturalizmin alternativi yoxdur. Əlbəttə, bizə məlumdur ki, bu­nunla bağlı müxtəlif fikir və baxışlar var. Bəziləri mult­i­kul­tu­ra­liz­min iflasa uğ­radığını iddia edirlər, ancaq müsbət nümunələr var. Bi­zim üçün multikulturalizm dövlət siyasətidir və bizim həyat tərzi­miz­dir” .


    Bu gün dünyada multikulturalizm siyasətinə ikili baxış for­ma­laş­mışdır desək, səhv etmərik. Qabaqcıl Avropa ölkələrindəki multi­kul­tural mühit son zamanlar dövlət siyasətindən kənarda, stixiyanın öh­dəsinə buraxılmışdır. Buna əsas səbəb kimi Böyük Britaniyada, Fran­sada, Almaniyada və başqa inkişaf etmiş Avropa ölkələrində get-gedə dərinləşən mənəvi böhranı göstərə bilərik. Başqasına, özündən olma­yana acımamaq “öz və özgə”qarşıdurmasının kəskinləşməsinə gə­tirib çıxarır. Artıq bu ölkələrdə multikulturalizmin gələcəyinə inan­mır­lar. Böyük Britaniyanın sabiq Baş naziri Devid Kameron (2010-2016) bu vəziyyəti ümidsiz qiymətləndirir və qeyd edir ki, onun öl­kə­sin­də mul­ti­kul­turalizm siyasəti iflasa uğramış sayıla bilər. Bu yanaş­ma­nı bütöv­lük­də multikulturalizm siyasətinin bədbin qütbü adlandıra bilə­rik.
    İkinci qütb isə Azərbaycan Prezidenti İlham Əliyevin for­ma­laş­dır­dığı nikbin qütbdür. Azərbaycan – multikulturalizmin təntənəsini ya­şadan ölkə, multikulturalizm isə Azərbaycanda məhz dövlət siya­sə­ti­dir.
    Tarixən Azərbaycanın multikultural və tolerant bir ölkə olması, burada multikulturalizmin xalqın həyat tərzi səviyyəsinə yüksəlməsi, həmçinin dövlət tərəfindən cəmiyyətdəki etnik-mədəni müxtəliflik­lərin qorunması istiqamətində böyük layihələrin həyata keçirilməsi Azərbaycanın dünyada multikulturalizm mərkəzlərindən birinə çevril­məsinə səbəb olmuşdur. Leksikona “multikulturalizmin Azərbaycan mo­deli”,“Azərbaycan multikulturalizmi”kimi terminlər daxil olmuş­dur.Azərbaycanın multikulturalizm sahəsində əldə etdiyi mütərəqqi təc­rübəyə dünyada maraq artmaqdadır. Bunun bariz göstəricisi son dövr­də bir sıra Azərbaycanvə xarici ölkə ali məktəblərində “Azər­bay­can multikulturalizmi”adlı fənnin tədris olunmasıdır.
    Bu fənnin predmeti nədir? O, nəyi öyrədir?
    “Azərbaycan multikulturalizmi”fənni əsrlər boyu multikul­tu­ra­liz­min Azərbaycanda meydana gəlməsinin səbəblərini, onun m­a­hiy­yə­ti­ni, nəzəri-ideoloji, hüquqi-normativ əsaslarını, fərqli cəhətlərini, o cüm­l­ədən üstünlüklərini, müasir durumunu və inkişaf perspektivlərini öyrə­dir.
    Fənnin qeyd olunan predmetinə uyğun olaraq onun əsas məq­sə­di tələbələrə Azərbaycan Respublikasının multikulturalizm siyasətinin ma­hiyyətini, onun xüsusiyyətlərini və bu siyasətin ölkədə uğurla həya­ta keçirilməsinin səbəblərini izah etməkdir.
    Eyni zamanda “Azərbaycan multikulturalizmi”fənnini öyrənən tə­ləbə Azərbaycan tarixinin, ədəbiyyatının, mədəniyyətinin, dilinin, psi­xo­logiyasının, etnoqrafiyasının, siyasətinin, sosiologiyasının da əsas ya­ra­nış və inkişaf istiqamətlərini öyrənmiş olur. Buradan isə bir­ba­şa yaxın yol areala (Qafqaza), bir qədər uzaq yol isə bütün Şərqə apa­rır.

    Azərbaycan multikulturalizmi”


    fənninin metodları

    Azərbaycan multikulturalizmi”bir interdissiplinar fənn kimi ümum­mən­tiqi metodları və ya elmi idrakın ümumi metodlarını tətbiq edir. Bu­rada istifadə olunan əsas ümumməntiqi metodlar aşağıdakılardır: müş­ahidə, müqayisə, ölçü, eksperiment, induksiya və deduksiya, analiz və sintez, abstraktlaşma, ümumiləşdirmə.
    Müşahidənin iki növü vardır:

    1. Xarici və ya kənardan aparılan müşahidə. Xarici mü­şa­hi­dədə müşahidəçı kənardan baş verən prosesi izləyir;

    2. Da­xili müşahidə. Burada müşahidəçı baş verən prosesin fəal iştirakçısı kimi çıxış edir.

    Müqayisə – obyektlər arasında oxşar və fərqli cəhətləri müəy­yən etmək məqsədilə onların tutuşdurulmasına yönələn metoddur.
    Ölçü – xüsusi texniki vasitələrdən və ölçü vahidlərindən istifadə et­məklə obyektin kəmiyyət tərəflərinin müəyyən edilməsi metodur
    Eksperiment (lat. experimentum –“təcrübə) – empirik tədqiqatın elə bir metodudur ki, o, bu və ya digər müddəanın həqiqiliyini yox­la­maq məqsədilə müşahidə situasiyasını yaradaraq nəzarət və idarə olu­nan şəraitdə əşya və hadisələri tədqiq edir.
    İnduksiya (lat. Induksio – “yönəltmək”) – bir tədqiqat metodu kimi biliyin konkret faktlardan ümumi müddəalara hərəkətini ifadə edir. İnduktiv metod vasitəsilə konkret faktlar toplanır və ümu­mi­ləş­di­ri­lir.

    Yüklə 61,27 Kb.

    Dostları ilə paylaş:
  • 1   2   3   4   5   6   7   8   9   ...   13




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin