MünaqiŞƏLƏr və BÖhranli idarəetməDƏ ƏMƏkdaşliq mövzunun planı


§12.3. Münaqişələrin prosessual xarakteri



Yüklə 38,23 Kb.
səhifə3/6
tarix09.06.2023
ölçüsü38,23 Kb.
#127728
1   2   3   4   5   6
12. Münaqişələr və böhranlı idarəetmədə əməkdaşlıq

§12.3. Münaqişələrin prosessual xarakteri


Məssisədə antiböhranlı idarəetməni həyata keçirməyə çalışan rəhbər başa düşməlidir ki, münaqişə birdən-birə baş verən toqquşma olmayıb, bütöv bir prosesdir. Bu prosesin kökləri vardır ki, onun üzərində böhran inkişaf edir. Bu inkişaf müəyyən zaman və yerlə (mühitlə) əlaqədardır. Bu prosesin müxtəlif məqsədləri, maraqları, düşüncələri və əks nöqtəyi- nəzərə malik iştirakçıları vardır. Münaqişə prosesinin anlaşılması, onu düşünülmüş şəkildə idarəetməyə imkan verir. Münaqişə prosesi dörd mərhələdən ibarətdir:
1. Münaqişə vəziyyətinin yaranması mərhələsi. Bu mərhələdə tərəflərin maraqları arasında ziddiyyətlər yaransa da, hələlik açıq toqquşma baş vermir. Münaqişə vəziyyəti tərəflərin istəyindən asılı olmadan, obyektiv səbəblərdən yarana bilər, həmçinin tərəflərdən biri və ya hər ikisi tərəfindən qəsdən törədilə bilər. Bu vəziyyətin əsas xüsusiyyəti, tərəfləri bir-biri ilə mübarizəyə qaldıran ziddiyyətin, yəni münaqişənin yaranmağa başlamısıdır.
2. İnsidentin (səbəbin) yaranması mərhələsi. Bu zaman elə bir hadisə baş verir ki, onun nəticəsində gərgin vəziyyətdə “partlayış baş verir” və münaqişə tərəfləri toqquşurlar. Münaqişənin səbəbi məqsədyönlü və ya təsadüfən yarana bilərək.Obyektiv və ya subyektiv olmaqla, daha doğrusu münaqişə edən tərəflərin şəxsi düşüncələrindən yarana bilər.
3. Münasibətlərdə böhran həddi. Səbəbdən yaranan münaqişə vəziyyəti genişlənərək münaqişəyə çevrilir. Bunun nəticəsində münasibətlərdə qapalı və açıq formada baş verən böhran vəziyyəti yaranır.
Açıq münaqişə zamanı, tərəflər arasında mübarizə, inciklik və digər xoşagəlməz hərəkətlər nəticəsində açıq toqquşma baş verir. Bu halda tərəflər arasında münasibətlər kəsilir.
Qapalı münaqişə zamanı, ziddiyyətlərin açıq halda görünməməsi ilə xarakterikdir. Bu halda mübarizə edən tərəflər üzdə normal münasibətləri saxlayaraq, mübarizə üçün gizlin üsullar seçirlər (söz-söhbət, qeybət, özgə əlilə vurmaq və s.)
4. Münaqişənin başa çatması (sonu). Münaqişə barışıq, tərəflərdən birinin münaqişədən əl çəkməsi və ya üçüncü tərəfin müdaxiləsi kimi müxtəlif səbəblərdən başa çata bilər.
Digər xoşagəlməz hal ondan ibarətdir ki, münaqişə uzun müddətli hal ala bilər. Bu isə çoxlu xoşagəlməz nəticələrin, o cümlədən yeni münaqişə vəziyyətlərinin yaranmasına gətirib çıxarır.
Hər bir mərhələdə münaqişə normal və ya pozucu (dağıdıcı) istiqamətdə inkişaf edə bilər. Rəhbərliyin və münaqişə tərəflərinin məqbul davranışları nəticəsində münaqişə bütün mərhələləri keçərək sonda ümumi işin xeyrinə istifadə edilə bilər.
İdarəetmə prosesində münaqişələrin tənzimlənməsi hər bir mərhələdə mümkündür. Prosesə müdaxilə vaxtının və üsullarının seçilməsi isə bir çox amillərdən asılıdır:
- Münaqişənin səbəblərindən;
- Münaqişə subyektləri və onların şəxsi psixoloji keyfiyyətlərindən;
- Münaqişələrin proqnozlaşdırılan nəticələrindən;
- Münasibətlərin tənzimlənməsində rəhbərin istəyi, bacarığı və s.
Bununla yanaşı təcrübələr göstərir ki, əgər menecer münaqişəyə başlanğıc mərhələdə qarışırsa, münaqişənin həlli imkanları 90% faizə çatır. Yox, əgər münaqişəni münasibətlərin böhran vəziyyətində həll etməyə çalışırlarsa, bu zaman müsbət nəticələrin əldə edilməsi ehtimalı 5% faizə enir.
Münaqişənin həlli sözün əsl mənasında, münaqişəni yaradan problemlərin tam aradan qaldırılması və insanlar arasında normal münasibətlərin bərpası deməkdir.

Yüklə 38,23 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin