Kontaktlar, telefon dəftərçələri, təşkilat cədvəlləri Daxili Weblər çox məşhurdurlar, insanlar və təşkilatlar arasında ünsiyyət yollarını artırmaq məqsədilə istifadə edilir. Bu hissəyə yerləşdirilə bilinən "Təşkilat cədvəli"səhifəsi ilə, kimin hansı ünvanda və hansı sektorda çalışdığı, telefon nömrəsi, e-poçt ünvanları, vs. kimi məlumatlara çatıla bilər. Bu səhifədə, ada, təşkilata, vs. görə axtarışlar aparıla bilinməlidir.Bəzi intranetlərdə, insanların şəkilləri belə görülə bilər. Digər bəzi şirkətlərdə isə, şəxslərin öz xüsusi Web səhifələrinə linklər də yerləşdirilə bilər. Bəzi təşkilatlarda, hər bölüm, qrup və təşkilat öz məlumatlarını daxili Webə yerləşdirməkdə özləri məsul tutulurken, digər bəzi şirkətlərdə isə, bu iş məsələn insan kapitalı sektorunun məsuliyyətinə buraxılar. Hər iki yanaşmanın da öz müsbət və mənfi cəhətləri var.
Məsələn bir adam işə yeni başlamışdırsa və ya yeni bir proyektdə fərqli qrup insanlarla işə başlarsa, özü üçün yad olan adam və təşkilatlar haqqında məlumatı, intranet üzərindəki təşkilat cədvəllərindən əldə edə bilər. Işçilərin yaradıcıqlarını dəstəkləmək üçün, işçilərin özlərinə xas fərdi web səhifələrini yaratmağa imkan vermək və təşviq etmək faydalı ola bilər.Ayrıca, bu şəkildə davranmaqla, təşkilati faydalı məlumat bazasında da məlumatlar artar. İşçilərə belə bir təşəbbüs tanımaq, onların aktiv olaraq intranet işlərində iştirak etmələrini təmin etmək baxımından da faydalıdır. Bəzi təşkilatlarda isə, fərdi web səhifələr, fərdi məhsuldarlığı azaldan bir ünsür olaraq görülməkdədir. Bu iki zidd görüş arasında incə bir tarazlıq olduğu görülməlidir. Problemin fərdi səmərəsizliyə çevrilməsinə maneə törədə bilmək üçün, iki əhəmiyyətli faktor vardır. Birincisi, işə uyğun şəxsləri götürmək; ikincisi də, şirkət mədəniyyətini,xarakterini səmərəsizliyə maneə törədəcək şəkildə tənzimləmək.[15]
Şirkətin tarixi və missiyası İntranetlərə şirkətin keçmişi və missiyası ilə əlaqədar məlumatların yerləşdirilməsi tez-tez rast gəlinən bir şeydir. Bu hissədə, əgər mövcuddursa, şirkətin əvvəllər yerləşdiyi məkanlar, keçmişdə aldığı mükafatlar, şirkətə xidməti keçmiş insanlara aid məlumatlar tapılar. Şirkətin missiyası, birbaşa intranet ana səhifəsində də yerləşdirilə bilər. Bu şəkildə çalışanlar, missiya cümləsini davamlı olaraq görər və heç bir zaman unutmaz.[18]
Xidmətlər Bu hissədə, şirkətdə göstərilən xidmətlər və əhəmiyyətli hadisə və tədbirlər mövcuddur. Həmin bəzi xidmətlər bunlardır:
• Obyektlər və məkan haqqında məlumat – xəritələr, kontakt informasiyaları, konfrans otağı rezervasyonları və digər inzibati detallar.
• Xüsusi tədbirlər- Bu tipli tədbirlərin elanı.
• Yeməkxana(Cafeteria) - Gündəlik yemək menyuları, özəl tədbirlərə görə sifariş edilən tort,keks, pizza kimi ərzaqların necə sifariş ediləcəyilə bağlı detallar və sair.
• Kredit əməliyyatları / mühasibatlıqdan avans alma əməliyyatları - əməliyyatın detalları, xidmətin hansı saatlarda verildiyi və bu kimi məlumatlar verilir.
• Səhiyyə xidmətləri - Şirkətin sağlamlıq bağlı xidmətləri,özəl sağlamlıq sığortaları haqqında məlumatlar, şirkət həkiminin gəliş - gediş saatları, faydalı bəzi sağlamlıq məlumatları.
• İdman tədbirləri - şirkətdəki davam etdirilən idman tədbirləri və idman ilə əlaqədar faydalı məlumatlar daxildir.
Normalda, səhiyyə, idman kimi bəzi mövzular, intranetdə bu mövzularda maraqlı olan işçilər, könüllü olaraq, faydalı məlumatlarla təmin olunurlar.