3.2 İntranetin ana səhifəsi və onun strukturu İntranetlərin istifadə sahələri tədqiq edilərkən,iki fərqli yanaşmadan biri seçilir:
1. Texniki - Bu yanaşmada, vasitələrin necə işlədiyinə, xüsusiyyətlərinə və bu vasitələrin müəyyən istifadəyə nə dərəcədə tabe olduğuna baxılar.
2. Proses - Bu yanaşmada, iş prosesləri əsas götürülərək, vasitələr və proseslərə dəyər qatan istifadələr və bunların digər proseslərə təsirləri müəyyən edilir.[10]
Burada, mövzuya strategiyalar baxımından nəzər yetirsək, intranetlərin proseslər baxımından istifadələri araşdırılacaq. Proseslərin əsl məqsədi, istənilən müştəriyə dəyər qatmaqdır. Bir prosesin bütün addımları, müştərilərin ehtiyac və ya istəklərinin təmin edilməsinə istiqamətli olmalıdır. Bu mənada düşünüldüyündə, əgər bir proses müştəriyə birbaşa təsir etmirsə, ona"dəstək prosesi"adını verək.Məsələn, insan kapitalı,informasiya sistemləri və texnologiyaları, maliyyə,mühasibat uçotu və qanunlarla əlaqədar bütün proseslər, bir dəstək mərhələli proseslərdir. Bu proseslər, müştərilərlə bağlı birbaşa nəticələr yaradan məsələn məhsulun təkmilləşdirilməsi və müştəri dəstəyi kimi digər prosesləri dəstəkləyir.
Normal olaraq proseslərin, təşkilati intranet ana səhifəsində (home page) əksi görülür.Buna görə ilk araşdırma nöqtəmiz, təşkilat daxili intranet ana səhifəsi olacaq.
Təşkilat daxili intranet ana səhifəsi Hər müəssisənin intranet ana səhifəsi, öz içində olduğu sektor və xarakterini əks etdirəcək. Məsələn, mühəndisliklə bağlı bir şirkət düşünək.Ümumiyyətlə mühəndis kəslər, sürətli, effektiv çalışan və funksional web saytlarını bəyənirlər. Mühəndislər, həqiqətlərə əasalanmağı seçərlər və çox söz və şərhlərdən xoşlanmazlar. Bu şəxslərin hazırladığı web saytlarında, ən az sayda qrafiki obyektlər və rənglər olacaq. Bu şəkildə hazırlanan web səhifələr daha sürətli yüklənir.Web səhifələrində, gərəyindən çox rəng istifadə edilməməsi məsləhətdir.Lakin, diqqət çəkilmək istənən yerlərdə, fərqli rənglər seçilməsində fayda vardır. Diqqət çəkmək məqsədiylə, ayrıca, əlvan rəngli yazılar və animasiyalardan istifadə etmək tövsiyə olunur. Lakin bütün bu variantlar, Web səhifələrinin yüklənməsini yavaşladacaq.[13]
Aşağıdakı bəndlərdə, bir intranet ana səhifəsində yer ala biləcək şeylər (düymələr, linklər) sıralanmışdır: