Məhsulun təkmilləşdirilməsi prosesləri
Məhsul inkişaf etdirmə prosesləri əsas proseslərdən biridir. Müştərilərin qazanılması üçün birbaşa nəticələr yaradır. Normal olaraq bu cür proseslər, şirkətlərin digər şirkətlərə görə rəqabət səviyyəsini ortaya çıxaran, xüsusi proseslər olub, ümumiyyətlə şirkətlər tərəfindən gizli tutulur və xaricə məlumat verilmir. [9]
Nəticə və təkliflər
İntranet, müəssisə daxilində işçilərinə sənədlərin paylaşımı,firmanın fəaliyyətləri, aktivlərin idarəedilməsi, şəbəkə rəhbərliyi, fond və satış məlumatlarına giriş, insan kapitalı,təlim və orientasiya, işçi qrupları, ortaq iş proqramlarının istifadə edilməsi, istehsalın idarəedilməsi, müştəri əlaqələri,layihə təqdimatları, müəssisənin təşkilati strukturu, vəzifələr, yeni məlumat sistemləri,firmanın maliyyə məlumatları, virtual alış- veriş, xidmət və dəstək kimi imkanları təqdim edə bilməkdədir.
İntranet şəbəkəsinin müəssisələr üçün əsas üstünlükləri aşağıdakılardır:
• Sürətli məlumat mübadiləsi:Təşkilat daxilində iştirak edən şəxslər və bölmələr arasında səs, qrafik və video kimi vasitələrlə məlumat mübadiləsinin və ünsiyyətin sürətli bir şəkildə baş tutumasını təmin edər.
• Mövcud avadanlıqların və aparatların istifadəsi: İntranet yeni bir aparat təchizat(hardware) və ya yeni bir program tələb etməz buna görə bir müəssisəyə intranetə keçərkən böyük investisiyalar lazım deyil.
• Xərclərdə üstünlük: Bir müəssisə müxtəlif bölmələrin birləşməsindən ibarət olan bir şəbəkə üzərində qurulmuş e-poçt və informasiya sistemlərinə malikdirsə intranet həmin təşkilata məlumatların köçürülməsi və istifadə edilməsində xərclərin daha az olmasını təmin edir.
• Kağız istifadəsinin azaldılması: Bölmələr arası sənəd alış-verişində intranet sisteminin istifadə edilməsi ilə kağız istifadəsi ən minimum səviyyəyə düşəcəkdir.
• Məlumatların təhlükəsizliyi:Qapalı bir sistemə sahib olan intranet xaricdən gələ biləcək təhlükələrə qarşı daha etibarlıdır və təhlükəsizlik standartları daha yüksəkdir.
• Məlumat bazası və arxivləşmə:Sənədlər arxivləşdirilərək verilənlər bazası yaradıla və hər kəsin istifadəsinə təqdim edilə bilər. Məlumat bazası sayəsində şirkət işçilərinin məlumata çata bilmələrini və idarəçilərin qərarlarını daha sürətli almalarına imkan verir.
• Daha az yığıncaq,iclas,toplantılar səbəbindən daha az yer dəyişmə: Müəssisədə vəzifələrini icra edənüst səviyyədən tutmuş lap aşağı vəzifələrə qədər işçilər intranetin təmin etmiş olduğu imkanlardan faydalanaraq yerlərindən qalxmadan yığıncaqlarını, görüşmələrini və təlimlərini reallaşdıra bilərlər.Beləcə şəhərlərarası üz-üzə müzakirəsi lazım olan məsələlər belə heç bir xərc çəkilmədən baş tuta bilər.
• Qrup halında işləməyin asanlığı: Eyni layihədəki işçilərin intranetdə ortaq bir yerə sənəd yerləşdirməsi və bu ortaq yerdən istənildiyi zaman sənədlərə çata bilməsi qrup işini asanlaşdırır.
Dostları ilə paylaş: |