Mühasibat və maliyyə prosesləri İntranet'lerin mühasibat və maliyyə proseslərlə əlaqədar çox potensial tətbiqetmələri ola bilər. Hər mühasibat bölməsinin özünə xas siyasəti və prosedurları mövcuddur. Bunlar, intranetdə yerləşdirilə bilər. Ödənilməli və yaxud alınmalı məbləğlər, mühasibat uçotu, vergi və hesabların idarəedilməsi bu cür əməliyyatlara daxildir. Həmçinin, xərclərlə bağlı hesabatlar və satışla bağlı təlabat da intranetdə yerləşdirilə bilər. Xərcləmə və tələbatla bağlı blanklar intranet üzərindən doldurularaq, muhasibatlığın əlaqədar sektoruna istiqamətləndirilə bilər.
• Maliyyə hesabatları – İntranetlər, həm hər kəsin (ictimai) daxil olmasına açıq olan, həm də gizli maliyyə hesabatları üçün gözəl bir baza vəzifəsi görər. Xalqa açıq şirkətlər maliyyə hesabatlarını mətbuata və maliyyə analistlərinə təqdim edərlər. Əgər bunlar daxili web-ə yerləşdirilib, əlaqədar şəxslərə giriş icazəsi verilsə, bu vəziyyətdə bu məlumatlar İnternetdən də görülə bilər. Gizli olan sənədlərə giriş isə, parol və ya başqa bir yolla təhlükəsizləşdirilə bilər. Bu şəkildə, rəhbərliyə ən aktual məlumatlar təqdim edilmiş olar
• Aktivlərin idarə edilməsi-Şirkətin sabit qiymətli kağızlarının vəziyyəti ilə bağlı sənədləri intranetə yerləşdirərək, idarəçilərin təşkilatın bu tip məsələlər haqqında məlumat ala bilməsi mümkün olur. İdarəçilər, mühasibatlıq ilə təmasa keçmədən, bu kağızların ötürülməsini reallaşdıra bilərlər. Köhnə üsullar istifadə ediləndə isə, idarəçilər ilk əvvəl mühasibatlıqla bu barədə əlaqə saxlamalı idilər. Bu proses bir neçə gün davam edə bilərdi.[24]
Qanuni (hüquqi) proseslər Şirkətin strukturunda mövcud olan qanuni mövzularla əlaqədar bir çox sənəd, əlkitabçası(handbook) və bənzəri materialları mövcuddur. Bunlar, intranetə yerləşdirilmək üçün çox əhəmiyyətlidirlər. Bundan başqa, internetdə olan qanunlarla əlaqədar kitabxanaların məcmusu da intranetə yerləşdirilərək, bu sənədlərin daha sürətli əldə etmə imkanını yaradacaqdır. Kontraktların yazılması və təsdiqini asanlaşdırmaq üçün, kontrakt eskizləri də intranetdə yerləşdirilə bilər.[9]
Digər proseslər Buraya şirkətdən şirkətə, təşkilatdan təşkilata dəyişə bilən xüsusi proseslər daxildir. Məsələn, infrastruktur və ya potensialın inkişaf prosesləri kimi nümunələri göstərmək olar. Bu cür proseslər, şirkətin şöbə və filiallarını, distribütorlarını, mağazalarını və iş üçün zəruri olan digər strukturlarını quran və ya təmin edən proseslərdir. Məsələn bu bölmə, bir yerdə inşa edilməkdə olan bir mağazanın başlanğıcından bitişinə qədər ki dövrü şəkillərlə intranetə yerləşdirə bilər. Bu şəkildə, oraya gedilmədən də, inşaatın necə keçdiyi haqqında fikir sahibi oluna bilər. Bu cür imkanlar, xüsusilə geniş bir coğrafiyaya dağılmış beynəlxalq təşkilatlar üçün vacibdir.[