MüNDƏRİcat giriş fəsil Müasir marketinqdə istehlakçı davranışı və onun elmi – nəzəri əsasları



Yüklə 264,66 Kb.
səhifə14/38
tarix28.12.2021
ölçüsü264,66 Kb.
#15181
1   ...   10   11   12   13   14   15   16   17   ...   38
Eksperiment metodu – bir növ testləşdirmənin əksi kimi qəbul edilə bilər. Əgər testləşdirmə zamanı istehlakçıların məhsulun hansısa parametrlərinin dəyişməsinə reaksiyası öyrənilirsə, eksperiment metodu vasitəsilə bütün istehlakçıların bir parametrə reaksiyası araşdırılır. Bu zaman ölçülən və fiksə ediləndən başqa, bütün digər amillərin təsiri diqqət mərkəzindən kənarda qalır, yəni dəyişməz kəmiyyətlər kimi qəbul edilir.

Bu metodun tətbiqi zamanı informasiya ayrı – ayrı regionlar üzrə daha da yığıla bilər. Eksperiment üçün ilkin olaraq daha tipik rayon və şəhərlər seçilir. Sonra öyrənilən regionların hər birində konkret mağazalar müəyyənləşdirilir. Eksperiment aparılmazdan əvvəl və sonrakı kəmiyyətlər müqayisə edilir. Əldə olunmuş nəticələr hansı marketinq tədbirinin effektiv, hansının qeyri – effektiv olduğunu aşkar etməyə imkan verir. Qeyd edək ki, müşahidələrin aparılma vaxtı nə qədər uzanarsa, eksperimentin “təmizliyi” də eyni dərəcədə şübhə doğurur.

Müəssisə rəhbərliyi istehlakçının “qara qutu”sunu öyrənməyə başlamazdan əvvəl bütün bunları nəzərə almalı və öz potensial istehlakçılarının davranış tərzinin öyrənilməsi üçün “fərdi alətlər dəsti”ni müəyyən etməlidirlər.



  1. Yüklə 264,66 Kb.

    Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin