istehlakçı davranışına təsir edən amillər Bildiyimiz kimi, istehlakçı davranışına bir çox amillər təsir edir. Marketinqin əsas suallarından biri belədir: alıcılar müəssisələrin müxtəlif marketinq tədbirlərinə necə münasibət göstərirlər?! Bu münasibəti öyrənməyə cəhd edən və bunu bacaran hər hansı bir firma təbii ki, rəqibləri qarşısında üstünlük əldə edəcəkdir. Bunun başlanğıc punktu isə “istehlakçının davranış modeli”nin (şəkil 4) qurulması və təhlilidir.