Nəticə və təkliflər
Ümumi nəticədən də gördüyümüz kimi məhz istehlakçılar müəyyən
edirlər ki, hansı müəssisələr çiçəklənəcək, hansılar isə bu marafonu sonuncu başa vuracaq. Onlar seçim etməklə öz “səs”lərini hiper rəqabətli bazarda qalmağa layiq bildikləri “namizəd”ə verirlər. Belə ki, biz bu mövzuda marketinqdə istehlakçı davranışının mahiyyəti, onun öyrənilməsinin prinsip və metodları, İD-yə təsir edən amillər, istehlakçıların tipologiyası, psixologiyası və GRM haqqında məlumat verdik. Ümumi mövzuya dair nəticə və təkliflər isə aşağıdakılardır:
-
İstehlakçıların davranışına göründüyü kimi çoxlu sayda amillər təsir
edir. Bütün bu amillər dinamik xarakterə malik olmaqla hər an dəyişə də bilərlər. Bu dəyişiklikləri proqnazlaşdırmağı və istehlakçılara onların istədiklərini onlardan qabaq müəyyən edib “təqdim etmək” lazımdır.
-
Dünya qloballaşmağa doğru gedir. İstehlakçıların davranış və zövqləri
çox tez təsirə və dəyişikliklərə məruz qalır. Marketer yenilikçi olmalı, həm yeri gəldikdə siyasi gedişləri analiz qabiliyyətinə malik olmalı və gəldiyi nəticələri davranış modellərinin tədqiqində uğurla istifad edə bilməlidir.
-
Marketinq yeni – “Qarşılıqlı münasibətlər marketinqi” dövrünü
yaşamaqdadır. Uğurlu qurulmuş münasibət firmaya ömürboyu sadiq müştərilər qazandıra bilər. İstənilən istehsalçıya və ya satıcıya daimi müştərilər, alıcılar “qazanmaq” vacibdir. İstehlakçının cəlb edilməsi, yeni satış bazarlarının yaradılması və realizasiya həcminin artırılmasının ən yaxşı üsullarından biri təklif edilən məhsul və ya xidmət üçün onu istehlak edənlərdə “məmnunluq” hissini yaratmağı bacarmaqdadır.
-
Azərbaycanda istehlakçı davranışını tədqiq edən xüsusi institutlar,
agentliklər demək olar ki, yox dərəcəsindədir. Gələcək tərəqqi üçün bu tip tədqiqat labaratoriyaları yaradılmalıdır.
-
Энджел Д.Ф, Блэкуэлл Р.Д., Миниард П.У - Поведение потребителей. — СПб.: Питер Ком, 1999
-
Ильин В.И. http://www.marheting.spb.ru/read/m7/8.htm
-
Loudon D., Bitta A.J., Della. Consumer Behavior. Concepts and Applications. Third edition. New york et al.: McGraw-Hill Book Company, 1988.
-
G.Armstrong/F.Kotler – Marketinq: İlk addım. Bakı 2006
-
Фоксол Г, Голдсмит Р. – Психология потребителя в маркетинге… «Питер» 2001
-
Жан – Жак Ламбен – Менеджмент, ориентированный на рынок.
«Питер» 2007
-
Mansur Vəliyev - «Customer Relationship Management» üzrə seminar
-
Aslan Məmmədov – Marketinq mühazirə mətnləri
-
Ali Can KAVAS, Tüketici Davranışları, A. Ö. Y. No: 468, s. 2.
-
Özcan KILIÇ, Tüketicinin Tatmini ve Şikayet Davranışı II, Pazarlama Dünyası Dergisi, Sayı 42, Yıl 7, Paret Pazarlama Reklam Turizm Danışma Ticaret A. Ş., İstanbul 1993, s. 23.
-
Джеффри Дж. Фокс – Как Стать Суперзвездой Маркетинга. «Альпина Бизнес букс» Москва 2004
-
http:// www.consumerpsychologist.com
-
“Marketinq” jurnalı 3-cü sayı (sentyabr 2006)
Dostları ilə paylaş: |