MüNDƏRİcat giriş fəsil Müasir marketinqdə istehlakçı davranışı və onun elmi – nəzəri əsasları



Yüklə 264,66 Kb.
səhifə32/38
tarix28.12.2021
ölçüsü264,66 Kb.
#15181
1   ...   28   29   30   31   32   33   34   35   ...   38
Öyrənmə. İnsanlar fəaliyyət göstərdikcə öyrənirlər. Öyrənmə təcrübədən irəli gələrək fərdin davranışında baş verən dəyişiklikləri izah edir. Bir çox nəzəriyyəçilər qeyd etmişlər ki, insan davranışının bir çox xüsusiyytələri artıq öyrənilmişdir. Öyrənmə həvəslər, stimullar, siqnallar, cavablar və güclü təhrikedici təsirlərin kombinasiyası vasitəsilə yaranır. Yuxarıdakı misalda biz gördük ki, Məmmədin özünü ifadəyə həvəsi vardır. Həvəs daxili hərəkətverici bir stimuldur. Onun həvəsi konkret bir stimul obyektinə (burada fotokameraya) istiqamətləndikdə hərəkətverici qüvvəyə çevrilir. Kameranın alınması ilə bağlı olan fikirlərə Məmmədin reaksiyası ətrafdakı siqnallardan asılıdır. Siqnallar fərdin nə vaxt, harada və necə cavab verməyini müəyyən edən kiçik stimullara deyilir. Mağazanın pəncərəsində kameranın görülməsi, xüsusi endirimli satış kompaniyası haqqında məlumatın yayılması və həyat yoldaşından kameranı almaq üçün verdiyi dəstək Məmmədin fotokameranı almağa olan marağına təsir göstərə bilər. Fərz edək ki, Məmməd “Nikon” alır. Əgər onun bu təcrübəsi uğurlu olarsa, o, kameranı daha çox istifadə edəcəkdir. Deməli, onun kameralara olan marağı güclənəcəkdir. Növbəti dəfə o, fotokamera, binokl və ya buna oxşar məhsulu aldıqda, onda “Nikon” məhsullarını almaq ehtimalı daha yüksək olacaqdır. Öyrənmə nəzəriyyəsinin marketoloqlar üçün zəruriliyi ondan ibarətdir ki, onlar hər hansı bir məhsula güclü həvəs oyatmaqla, motivləşdirici siqnallardan və müsbət güclü həyəcanlandırıcı təsirlərdən istifadə etməklə tələbat yarada bilərlər.


Yüklə 264,66 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin