MüNDƏRİcat giriş fəsil Müasir marketinqdə istehlakçı davranışı və onun elmi – nəzəri əsasları



Yüklə 264,66 Kb.
səhifə22/38
tarix28.12.2021
ölçüsü264,66 Kb.
#15181
1   ...   18   19   20   21   22   23   24   25   ...   38
Yaş və həyat mərhələsi – İnsanlar həyatları ərzində aldıqları məhsul və xidmətləri dəyişirlər. Yeməkdə, geyimdə, istirahətdə zövqlər çox vaxt yaşa bağlı olur. Eyni zamanda alış – veriş ailənin həyat dövrü mərhələsində dəyişikliyə məruz qalır. Ənənəvi ailənin həyat dövrü mərhələləri gənclikdə subaylıqdan və uşağı olan evlilik dövründən ibarətdir. Lakin indi marketoloqlar sayı artan alternativ cütlərə, qeyri-ənənəvi mərhələlərə, o cümlədən, evli olmayan cütlərə, gec evlənənlərə, uşaqsız cütlərə, eyni-cinsli cütlərə, tək valideynlərə, böyük ailələrə və s. xidmət göstərməyə çalışırlar. Misal üçün getdikcə daha çox şirkət indi boşananların artan kütləsinə yol tapıb onlara xidmət göstərirlər. Təkcə 2000-ci ildə ABŞ-da boşananların sayı 20 milyona çatmışdır. Başqa bir maraqlı fikirlə isə “Divorce Magazine” (Boşanma jurnalı) redaktoru Den Kouvret çıxış edərək bilidirir ki, “gələn il ABŞ və Kanadada boşanacaq 2,4 milyon nəfərin ən azı yarısı yeni çarpayı alacaqdır. Bundan daha böyük rəqəmi tapa bilməzsiniz”.

Məşğuliyyət – İnsanların məşğuliyyətinin də malların və xidmətlərin alınmasında böyük rolu vardır. Məsələn, iş adamları əsasən biznes kostyumları, sənətçilər dəbli paltarlar, ziyalılar cidi geyim stilinə üstünlük verirlər. Hətta şirkət konkret vəzifə qrupu üçün tələb olunan məhsulların istehsalında ixtisaslaşa da bilər. Beləliklə, proqram təminatı istehsalçıları brend menecerləri, mühasiblər, mühəndislər, hüquqşünaslar və həkimlər üçün fərqli məhsullar hazırlaya bilərlər.


Yüklə 264,66 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin