PAYLANMASI (MAKSVEL PAYLANMASI) Biz, müəyyən kütləli qazda sürətlərinin toplananları υx ilə υx + dυx ,υy ilə υy + dυyυz ilə υz + dυz intervallarında olan molekulların sayını müəyyənləşdirən düstur çıxardıq. Lakin, göründüyü kimi, bu düsturda həm molekulun hərəkət istiqamətlərinə, həm də sürətlərinin qiymətinə müəyyən məhdudiyyət qoyulmuşdur. Bunu daha açıq şəkildə izah etmək üçün sürətkoordinat sistemi deyilən yeni bir koordinat sistemindən (şəkil. 1) istifadə edək. Sürət koordinat sistemində koordinat oxları sürətin x, y və z oxları üzərindəki müvafiq toplananları olan υx ,υy ,υz qəbul edilir. Belə olduqda,sürət koordinat sistemindəki hər bir nöqtə bir sürəti (onun qiymət və istiqa-mətini) ifadəedir. Sürətlərinin toplananları υxilə υx+ dυx,υyilə
υy+ dυy υzilə υz+ dυzintervallarında yerləşən molekulların hamısınıfikrən koordinat başlanğıcına toplayaraq özbaşına buraxdıqdan 1 saniyə sonra onlar koordinat başlanğıcından υ məsafədə yerləşən və tillərinin uzunluq-ları dυx ,dυy , dυz olan düzbucaqlı prizmanın içinə dolacaqdır. (şək. 1).Bununla əlaqədar qarşımıza bir sual çıxır: sürətlərinin qiyməti υ ilə υ + dυ arasında yerləşən, istiqamətləri isə istənilən yöndə olan molekulları fikrən koordinat başlanğıcı na toplayaraq özbaşına buraxdıqdan 1 saniyə sonra onlar harada olacaq?