Biliklərin, bacarıqların və mənəvi keyfiyyətlərin əsasən qavranmasına xidmət edən üsullar
Müşahidə, göstəriş, tələb, nümunə və müsahibə bilik və bacarıqların, habelə mənəvi keyfiyyətlərin əsasən qavranmasına xidmət edən üsullardandır.
Müşahidə. Müşahidə təbiət və cəmiyyət hadisələri ilə əlaqədar öyrənilməsi zəruri olan faktları, bilikləri, keyfiyyətləri qavramağa imkan verir.
Ayrı-ayrı fənlərin tədrisi və ya sırf tərbiyə zamanı tələbələrin əvvəlcə müşahidəsi təşkil edilir. Müəllimin (tərbiyəçinin) göstərişi ilə tələbələr, məsələn, müxtəlif təbii şəraitdə bitkilərin, böcəklərin, heyvanların yaşayış xüsusiyyətlərini, yaxud laboratoriya şəraitində kimyəvi reaksiyaları, kompüterlə iş xüsusiyyətlərini, bu və ya digər əxlaqi keyfiyyətin adamlarda təzahür xüsusiyyətlərini müşahidə edirlər.
Müşahidələr qısamüddətli və uzunmüddətli ola bilir.
Dostları ilə paylaş: |