MüqaviLƏ layihə : heydəR Əliyev adina beynəlxalq aeroport müqaviLƏNİn nöVÜ



Yüklə 81,96 Kb.
səhifə36/47
tarix02.01.2022
ölçüsü81,96 Kb.
#44372
1   ...   32   33   34   35   36   37   38   39   ...   47
New Microsoft Word Document





Bu müqavilənin 10.1 bəndi ilə nəzərdə tutulan işlərdən irəli gələn bütün ödənişlər və xərclər SUBPODRATÇI tərəfindən aparılmalıdır və ödəniş sənədlərinin surətləri PODRATÇIYA təqdim edilməlidir. (Ölkə qanunvericiliyi ilə tələb olunan sığorta, vergi və digər bütün qanuni öhdəliklər daxil ).




    1. Əməyin Mühafizəsi və İşçilərin Sağlamlığı


      • SUBPODRATÇI, PODRATÇININ tətbiq etdiyi OHSAS 18001 Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnologiyasının İdarə Edilməsi Sisteminin tələblərinə uyğun olaraq işçilərini vacib olan muayinələrdən keçirtməlidir (eşitmə qabiliyyətinin itməsi testi, ağciyərin rengen şəkli, tetanoz peyvəndi və s.).

      • SUBPODRATÇI, öz vəzifələrini qüsursuz şəkildə yerinə yetirməlidir. işçilərin qeyri-sağlam və təhlükəli şəraitdə işləmələrinə yol verməməlidir, ətraf mühitin qorunmasına dair qanunlara tam şəkildə riayət etməlidir.




      • Görüləcək işin xarakteri ilə bağlı xüsusilə Texniki təhlükəsizliyi haqqında Azərbaycan Respublikası Qanunu (04.07.2004), İstehsalat qəzasıyla bağlı təlimat və qaydaları (2004-ci il tarixli), İş yerlərində havanın çirklənməsi ilə, səslə və titrəyişlə yaranan peşə risklərindən əməkçilərin müdafiyəsi haqqında konvensiya (2006-cı il tarixli), Müəssisədə işçilərin əməyinin mühafizəsi üzrə təlimi və biliklərin yoxlanılması haqqında nümunəvi Əsasnamə (26.08.1999-cı tarixli), Əmək Qanunvericiliyinin və Əmək Mühafizəsi Qaydalarının Pozulmasına görə Cərimənin Tədbiqi Haqqında Qərarın (forma N4 DƏM) forma və rekvizitləri və onlardan istifadə qaydaları (22.12.1999-cı il tarixli),Əmək Məcəlləsi, Maddə-207 Əməyin Mühafizəsi normaları, qaydaları və prinsipləri, Maddə 208 Əməyin mühafizəsi normaları və qaydaları tədbiq edilən iş yerləri, Maddə-209 Əməyin Mühafizəsinin əsas prinsipləri, Maddə-211 Əməyin mühafizəsinin normativ hüquqi tənzimlənməsi, Maddə-215 Əməyin Mühafizəsi sahəsində mülkiyyətçinin və podratçıların vəzifələri, Maddə-217 İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması qaydaları, Maddə-218 Müvafiq obyektlərin layihələşdirilməsi, tikintisi və istismarı zamanı əməyin mühafizəsi tələblərinin təmin edilməsi, Maddə-219 Əməyin Mühafizəsi üzrə mütəxəssislərin hazırlanması və işçilərin təlimi, Maddə-222 Sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraitinin təmin edilməsi, Maddə-223 Əməyin mühafizəsi xidmətləri, Maddə-224 Əmək müqaviləsi bağlanarkən işçinin əməyin mühafizəsi hüququna təminatları, Maddə-225 İşçilərin istehsalatda bədbəxt hadisələrdən və peşə xəstəliklərindən sosial sığortası və şəxsi sığortası, Maddə-227 Əməyin mühafizə şəraiti haqqında işçilərin məlumat almaq hüququ, Maddə-235 Əməyin mühafizəsi üzrə qaydalara və müxtəlif normativ hüquqi aktlara əməl edilməsinə dövlət nəzarəti, Maddə-238 Sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraitinintəmin edilməsinə görə PODRATÇILARIN məsuliyyəti başda olmaqla müvafiq qanunverijikdə əks olunan bütün qaydaları gördüyü işdə tətbiq etməlidir. SUBPODRATÇI, PODRATÇININ İşçilərin Sağlamlığı və Təhlükəsizlik Texnikası Nizamnaməsi, Səs-Küyə Nəzarətə Dair Əsasnamə və digər qanunvericilik aktları ilə müəyyən edilən məsuliyyətlərini tam şəkildə yerinə yetirməlidir.

      • SUBPODRATÇI iş yerində tikinti işlərindəki ümumi əsaslar çərçivəsində sağlamlıq və təhlükəsizlik kimi işçilərin iş şəraiti ilə bağlı cəhətləri göstərən afişa və elanları, iş yeri və köməkçi sahələrində işçilər tərəfindən asanlıqla görünə bilən yerlərdə, İnşaat Sahəsi işlərinin faktiki şəkildə başladığı tarixdən etibarən elan lövhələrinə asmaq yolu ilə işçilərin diqqətinə çatdırmalıdır.

      • SUBPODRATÇI, xüsusi göstərişlərə ehtiyac qalmadan lazım gələn bütün təhlükəsizlik tədbirlərini görməyə məcburdur. Bütün səki, keçid, kran, tros, kəndir ekskavator, loader, kompressor, kompaktor, qırıcı, dəlici, traktor, yük maşını və s. SUBPODRATÇI tərəfindən yoxlanılıb işlək vəziyyətdə olduğu yəqinləşdikdən sonra işçilər işə davam edəcəklər. Hündür və təhlükəli yerlərdə gedən işlərdə mütləq təhlükəsizlik kəmərlərindən istifadə edilməlidir və kəmərlərin bağları möhkəm yerə bərkidilməlidir.




      • Bu qayda ilə öhdəliyin yerinə yetirilməsində istər məsuliyyətsizlik, diqqətsizlik, səhlənkarlıq və istərsə də səlahiyyəti olmayan işçilərin əməyindən istifadə hallarından və ya başqa bir səbəbdən baş verə biləcək qəzalara görə qüsuru olmasa da tamamilə SUBPODRATÇI məsuliyyət daşıyır.




      • Gördüyü işin xarakterinə uyğun olaraq tələb edilən əməyin mühafizəsi ilə bağlı bütün avadanlıq (çəkmə, əlcək, plaş, təhlükəsizlik kəməri, beret və s.kimi fərdi qoruyucu vasitələr, iş gördüyü zaman istifadə etdiyi alət və avadanlıq, maşınların qoruyucuları və təhlükəsizlik cihazları) SUBPODRATÇI tərəfindən təmin edilməlidir. PODRATÇI bu vasitələri yuxarıda qeyd edilən qanunvericiliyə uyğun olaraq nöqsanlı hesab etdiyi təqdirdə və yeniləri ilə əvəz etdikdə bunların, dəyərini SUBPODRATÇININ muzdundan çıxmaq səlahiyyətinə malikdir.




      • SUBPODRATÇININ işlə təmin etdiyi işçilərlə əlaqədar olaraq müvafiq qanun və təlimatların tələblərini yerinə yetirmədikdə və ya SUBPODRATÇININ işçisinin iş qəzası nəticəsində ölməsi, şikəst qalması vəya hər hansı şəkildə olursa olsun dəyən zərərdən PODRATÇININ məsuliyyəti ortaya çıxdıqda, və bunlarla əlaqədar PODRATÇI tərəfindən ödənilən bütün kompensasiya və cərimələr SUBPODRATÇI tərəfində ödənilməlidir . Əks halda, PODRATÇI bu cərimə və kompensasiyaları SUBPODRATÇININ muzdundan, təminatından və ya digər alacaqlarından, kəsmək, bu da mümkün olmadıqda məhkəmə vasitəsi ilə almaq hüququna malikdir.



      • Eyni zamanda PODRATÇI tərəfindən təhvil verilən iş sahəsində iş qəzası baş verdikdə və ya nə şəkildə olursa-olsun 3-cü şəxslərə zərər toxunduğu təqdirdə istər DSMF, istər işçilərin varislərinin və istərsə də 3-cü şəxslərin PODRATÇININ əleyhinə irəli sürdüyü maddi və mənəvi təzminatla bağlı iddiaların nəticələnməsinə qədər SUBPODRATÇININ bu işlə əlaqədar 3-cü şəxslərə aid olan bütün alacaqları və təminatlarrla PODRATÇI tərəfindən saxlanılmalıdır. PODRATÇI iş qəzası səbəbi ilə kompensasiya ödəməyə məcbur olduğu təqdirdə, SUBPODRATÇI bu təzminatların məbləğlərini alacağı müzddan ödəyəcəyinin, muzdun məbləği kifayət etməz isə, təminatlarından, təminatları kifayət etmədiyi təqdirdə isə ona məxsus digər əmlakı hesabına ödəməyi qəbul edir və öhdəsinə götürür.

      • SUBPODRATÇI İşçilərinin Sağlamlığı və Əməyin Mühafizəsi Qaydalarına riayət etməməsi səbəbindən müvafiq dövlər idarələri tərəfindən təyin edilən inzibati cərimə və rüsumların ödənilməsi SUBPODRATÇININ öhdəsindədir. SUBPODRATÇI bu borclarını ödəmədiyi təqdirdə və ya istənilən bir səbəblə rəsmi idarələr PODRATÇIDAN ödəniş tələb etdikdə, PODRATÇI, borcu əlaqədar təşkilatlara ödəyib sonradan SUBPODRATÇININ muzdundan çıxmaq səlahiyyətinə malikdir.



  1. Yüklə 81,96 Kb.

    Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin