SUBPODRATÇI, Texniki Personalın siyahısını təqdim etmədiyi təqdirdə, qiymətin müəyyən edilməsi davam edən işlərə başlamadığında, Müqavilənin əhatə dairəsinə aid olan öhdəliklərini yerinə yetirmədiyi hallarda görülən işlərin qəbul aktlarına əsasən ödənişlər PODRATÇI tərəfindən dayandırıla bilər və ya ödənişin bir qismi əlavə təminat olaraq tutula bilər.
PODRATÇI tərəfindən təyin olunan tarixdə mallar SUBPODRATÇI tərəfindən ALICI`ya təhvil verilməməsinə görə gecikilən hər gün üçün Müqavilə dəyərinin % ...'i (...) nisbətində gecikmə cəriməsi,
Malların tikinti sahəsinə çatdırılmasından 15 (on beş) gün müddətində quraşdırmağa başlanmazsa gecikilən hər gün üçün Müqavilə dəyərinin % ...'i (...) nisbətində gecikmə cəriməsi,
İşə Başlama əmrinin verilməsindən etibarən 3 (üç) gün ərzində İş yerində bu müqavilə ilə nəzərdə tutulan İşlərə başlamadıqda gecikən hər gün üçün Müqavilə dəyərinin % ...'i (...) nisbətində Gec Başlama Cəriməsi,
SUBPODRATÇI İş yerində olmadıqda və ya onun səlahiyyətli Nümayəndəsinin İş yerində olmadığı hər gün üçün Müqavilə dəyərinin % ...'i (...) nisbətində İşyerini nəzarətsiz qoyma cəriməsi,
Mərhələli müddətlərə uyğun işləmədikdə hər bir mərhələ müddətinə riayət olunmaması nəticəsində hər geciktirilən gün üçün Müqavilə dəyərinin % ...'i (...) nisbətində Gecikmə Cəriməsi,
Tamamlama Tarixində İşləri bitirmədikdə gecikdirilən hər gün üçün Müqavilə Dəyərinin % ...'i (...) nisbətində Gecikmə Cəriməsi,
SUBPODRATÇININ yerinə yetirdiyi işlərdən, avadanlıq və təmin etdiyi mal/materialların qüsur və nöqsanlardan PODRATÇI və/vəya ALICI tərəfindən edilən şifahi və ya yazılı xəbərdarlığa baxmayaraq .... (........) gün müddətində qüsur və nöqsanları aradan qaldırmadığı təqdirdə Müqavilə dəyərinin .... % -i (........ faiz) nisbətində qüsur və nöqsanların aradan qaldırılmaması cəriməsi,
Müvəqqəti Qəbul nöqsanlarının verilən müddət ərzində aradan qaldırmadığı təqdirdə geciktirilən hər gün üçün Müqavilə Dəyərinin % ...'i (...) nisbəti məbləğində Müvəqqəti Qəbul Nöqsanlarının aradan qaldırılmaması Cəriməsi,
İşin sonunda İş yerini boş və təmiz şəkildə təhvil vermədiyinə görə Müqavilə Dəyərinin ... % -i (...faiz) nisbətində Müvəqqəti Qəbul Komissiyası tərəfindən təyin edilən miqdarda təmizlik cəriməsi heç bir xəbərdarlığa və ya məhkəmə qərarına ehtiyac olmadan PODRATÇI və/və ya ALICI tərəfindən SUBPODRATÇInın görülən işlərin qəbul aktlarına əsasən aparılan ödənişlərdən, digər alacaqlarından və ya təminatlarından kəsilə bilər.
Tamamlama Tarixində işlər SUBPODRATÇI tərəfindən bitirilmədiyi təqdirdə və cərimə müddəti 30 (otuz) gündən artıq olduqda, PODRATÇI Gecikmə Cəriməsini kəsərək SUBPODRATÇININ İşlərini davam etdirmək və ya Müqaviləni ləğv etmək hüququna malikdir.
SUBPODRATÇI 30 (otuz) gün müddətində Müvəqqəti Qəbul nöqsanlarını düzəltmədiyi təqdirdə PODRATÇI bu müddəti uzatmaq vəya nöqsanlı işlərin dəyərinin 5 (beş) mislini kəsərək Müvəqqəti Qəbulu keçirmək səlahiyyətinə malikdir.
Tikinti meydançasındakı SUBPODRATÇININ işçi briqadası tərəfindən Əməyin Təhlükəsizliyi Qaydarına riayət edilmədikdə, (PODRATÇININ qərarından aslı olaraq) SUBPODRATÇI nümayəndəsinə bildirilmək şərti ilə SUBPODRATÇIDAN müvafiq cərimələr alına bilər vəya SUBPODRATÇI müvəqqəti vəya tamamən işlərdən uzaqlaşdırıla bilər. Cərimələr, SUBPODRATÇININ Görülmüş işlərin qəbul aktlarına əsaən aparılan ödənişlərdən vəya digər vəsaitlərindən kəsilə bilər.