70
demәzlәrmi? Hannә dә Rәbbinә qarşı tәrbiyәsizlik etmәdi. Bu
mәnaya gәlәr - deyә narahat olaraq, bәlkә dә әn tәbii haqqı olan bir
şeyi, körpәyә Zәkәriyya ailәsinin baxmasını belә tәlәb etmәdi vә
әmәlindә nә qәdәr sәmimi olduğunu belәcә bir daha isbatlamış
oldu. Çünki niyyәti mәşru idi.
Üçüncüsü, üsulu mәşru idi. Hәyatının sonlarına yaxın sahib
olduğu yeganә övladını nәzir vermәnin haqlı qürurunu vә sevincini
yaşamaq yerinә, daha nәzir verәr vermәz, boynunu büküb, böyük
bir tәvazökarlıq vә acizliklә «Rәbbim, mәndәn qәbul buyur…» -
demiş, qarşılıq gözlәmәmiş, bunu heç düşünmәmişdi dә. Uşaq
doğulduqdan sonra da eyni tәvazökarlıq vә çarәsizliklә özünü
günahkar bilәrәk üzr istәyәcәk bir әda ilә «Ya Rәbbim, onu qız
doğdum. (Amma bilirәm) Oğlan qız kimi deyil» - deyәrәk
Rәbbindәn ona aid olmayan bir mәsәlәdә üzr istәmişdi. Yәni
üsulu mәşru idi.
Әqidә mәşru, niyyәt mәşru, üsul mәşru olunca Allah onun
әmәlini «fasiq» ya da «fasit» әmәllәr sinfinә deyil «saleh әmәllәr»
sinfinә aid etmiş, «gözәl bir qәbul ilә qәbul etmiş»dir.
Başqa sözlә: BİR GÖZӘLİN, ӘN GÖZӘLӘ, GÖZӘL BİR
ŞӘKİLDӘ TӘQDİM ETDİYİ GÖZӘL NӘZİR, GÖZӘLCӘ
QӘBUL EDİLMİŞDİR.
Artıq nәzirin tәsәrrufu nәzir edildiyi qapıya aiddir.
Burada ağla bir sual gәlir: Yaxşı bәs, gözәllәr gözәli Allah, bir
gözәlin (Hannә) әn gözәlә (Rәbb), gözәl bir şәkildә (mәşru)
tәqdim etdiyi gözәl nәziri (Mәryәm) gözәl bir şәkildә qәbul edәrsә
necә rәftar edәr?
ADAYIŞ RİSALӘSİ
71
YEDDİNCİ MӘRHӘLӘ
BİR ÇİÇӘK KİMİ YETİŞDİRİLMӘ
«Elә» çiçәyә «belә» bağban
Allah gözәlcә vә üsuluna uyğun nәzir verilmiş bir nәziri qәbul
edәrsә necә rәftar edәr, - deyә soruşmuşduq. Cavabı özündәn alaq:
«Rәbbi Mәryәmi gözәl bir biçimdә qәbul etdi vә onu bir çiçәk
kimi yetişdirdi…»
Allah tәrәfindәn qәbul edilmә, üstәlik normal bir qәbulla
deyil, gözәl bir biçimdә qәbul edilmә. Bunların tәbii bir nәticәsi
olaraq da «bir çiçәk kimi» yetişdirilmә.
Bir çiçәk su istәr, günәş istәr, gübrә istәr. Mәkan istәr, hәr
çiçәk hәr mәkanda yetişmәz, yetişә bilәcәyi bir mühit, uyğun bir
iqlim istәr. Hәr çiçәk hәr torpaqda yetişmәz, özünә uyğun torpaq
istәr…
Çiçәklәr gündәlik qulluq istәr, qulluq olunmazsa, boynunu
bükәr, solar vә quruyub gedәr…
Bütün bunları edәn bir BAĞBAN istәr, onun xidmәtini
boynuna götürüb, qarşısına çıxacaq daxili vә xarici hәşәratlardan
onu qoruyacaq bir qәyyum istәr…
Әn әsası bu çiçәyin soyu cins bir soy olmalı, toxumu cins bir
toxum olmalıdır ki, o da İmran vә zövcәsi Hannәdir. Bu çiçәyin
torpağı Quranın seçdiyi İmran ailәsidir. Mәkan Allahın tәmiz
evidir. Günәşi mәhәbbәt vә xilqәt, gübrә vә suyu tәharәt vә
ibadәtdir. Bu çiçәyin gündәlik baxımına tәhkim edilәn bağbansa
Zәkәriyya(ә)dır:
«Vә Zәkәriyyanı da o(nun bağbanlığı)na tәhkim etdi»
Elә nәzirә belә peyğәmbәrdәn bir bağbanı tәhkim etmәk ancaq
Allahın işidir.
Kimdir bu bağban?
Beytül-Müqәddәsdә mәsul dәvәtçilәrdәn biri. Harunun
ADAYIŞ RİSALӘSİ
72
soyundan. Zatәn Beytül-Müqәddәsin xidmәti lap qәdimlәrdәn bu
peyğәmbәrin övladları tәrәfindәn icra edilmiş, nәsildәn–nәsilә bu
şәkildә keçmişdir. Zәkәriyya (ә) da bu silsilәdәn saleh bir quldur.
Mövzumuz olan Ayәti-Kәrimin «Zәkәriyyanı da o(nun
bağbanlığı)na tәhkim etdi» bölümü bir başqa qiraәtdә «Zәkәriyya
onu(n bağbanlığını) boynuna götürdü» mәnasına gәlir. Bu iki
fәrziyyә arasındakı fәrq; birincisindә onu bu işlә Allah
vәzifәlәndirdiyi halda, ikincisindә özü bu vәzifәni hәqiqәtәn
boynuna götürmüş olur ki, nәticәdә ikisi dә eyni mәnanı verir. Bu
qiraәt fәrqi mövzunun mahiyyәti ilә әlaqәdar deyil.
Mәryәm kimi «xüsusi» bir nәzirin bağbanlığını әldәn vermәk
istәmәyәn dini tәşkilatın bütün işçilәri, Zәkәriyyanın haqlı bir
sәbәbә söykәnәn istәyini qәbul etmәdilәr. O demişdi ki: «O mәnim
qohumumdur. Zövcәm onun xalasıdır. Bu sәbәbdәn dә ona
baxmaq hәr kәsdәn çox mәnim haqqımdır» Tәbii ki, qәbul
edilmәyәn bu tәlәb mübahisәlәrә sәbәb olmuş, nәticәdә «nәzirә»
baxacaq ailәnin tәyin edilmәsi üçün püşk atmağa qәrar verilmişdi.
Kitab-i Müqәddәsi yazdıqları qәlәmlәrini Ürdün Nehrinә ataraq,
adәtlәrinә uyğun әnәnәvi püşklә seçim nәticәsindә Allahın qeyb
yardımı yetişmiş, nәhrin suları Zәkәriyyanın qәlәmini әn önә
keçirmişdir. (Tәbәri)
Bütün qaynaq tәfsirlәrin xırdalıqları ilә aydınlaşdırdığı, bәzәn
isә bir neçә kiçik fәrqlәrlә araşdırdıqları bu hadisәnin detallarla
izahına ehtiyac görmürük. Ancaq ayәdә dә bildirildiyi kimi (3/44)
belә bir hadisә olmuş vә Allah çәkilәn püşkdә Zәkәriyyanın önә
çıxması üçün әmri altındakı әsgәrlәrdәn şüursuz vә qeyri mükәllәf
bir әsgәri olan irmağı sәfәrbәr etmişdir:
«(Ey Muhәmmәd) Bunlar sәnә vәhy etdiyimiz görünmәz
vә bilinmәz qeybin xәbәrlәrindәndir. Mәryәmә kim qәyyum
olacaq deyә, qәlәmlәrini atarkәn sәn onların yanlarında
deyildin. Mübahisә etdiklәri zaman da sәn yanlarında
deyildin»
Ancaq burada bu işin hekayәsindәn daha çox önәmli olan vә
mütlәq bilmәyimiz vacib olan bir hәqiqәt var: «Onun bağbanlığına
Zәkәriyyanı tәhkim edәn» Allahın bu iradәsinin necә
gerçәklәşdirmiş olması. Daha doğrusu, Allahın Ona nәzir edilmiş
birinә yardım etmәsindәki üsul…
ADAYIŞ RİSALӘSİ
73
«Allahın әsgәrlәri»
Sәbәblәr alәmindә yaşayırıq. Vә insan ağlı bütün olanları
qavramaqda aciz qalsa da hadisәlәr İlahi qaynaqlı alәmşümul bir
plan vә proqram daxilindә cәrәyan edir. Hәr şeyin gücünü әlindә
tutan Allah, yardımını da, әzabını da ilahi plan – proqram
çәrçivәsindә gerçәklәşdirir. Bu plan – proqramın gerçәklәşmәsindә
Allahın mütlәq iradәsinә ram olmuş bir sıra varlıq vasitәçilik edir.
Bünların hamısına Qurani Kәrim «Allahın әsgәrlәri» deyir vә biz
onların xüsusiyyәtlәri vә keyfiyyәtlәri haqqında çox az biliyә
sahibik:
«Yerlәrin vә göylәrin әsgәrlәri Allahındır» (48/7)
«Rәbbinin әsgәrlәrini Ondan başqa kimsә tanımaz»
(74/31)
«Ey insanlar, Allahın sizә olan nemәtini xatırlayın. Bir
zaman sizin üzәrinizә ordular gәlmişdi vә biz dә onların
üzәrinә bir rüzgar vә sizin görmәdiyiniz ordular
göndәrmişdik. Allah nә etdiklәrinizi görür» (33/9)
Kainatdakı mәlum olan vә mәlum olmayan hәr bir şey;
mikrobdan qallaktikalara, atomdan ulduzlara, hüceyrәdәn or-
qanizmә, damladan okeana, canlıdan cansıza, şüurludan şüursuza,
cisimdәn cisimsizә qәdәr hәr sinif vә cins varlıq, alәmşümul plan
içәrisindә var olma hikmәtlәrini icra edәrkәn müstәsna hallarda da
Allahın әsgәrlәri olaraq «fövqәladә» vәzifәlәri icra edirlәr.
Bir çox nümunәlәrdәn gördüyümüz kimi ilk insandan bu günә
qәdәr vә bundan sonra da lazım olan yerdә vә zamanlarda bu
әsgәrlәr öhdәlәrinә düşәn vәzifәlәri yerinә yetirәcәklәr. Diqqәtә
layiq belә nümunәlәrdәn Qurani-Kәrimdә kifayәt qәdәr zikr
edilәrәk bu müdhiş imkan cahanşümul İslami hәrәkatın sadiq
üzvlәrinә xatırladılmaqdadır.
Bu elә bir imkandır ki, yer üzündә başqa heç bir hәrәkat bu
imkana sahib olmamış vә ola bilmәyәcәk. Buludların, suyun,
çayın, rüzgarın, atәşin, sәsin, torpağın, daşın, günәşin vә daha saya
bilmәdiyimiz bir çox şeyin yardımı yalnız İslami hәrәkatın sadiq
isimlәri üçün keçәrlidir. Nuh, Lut, Saleh, İbrahim, Musa, Ashabi –
Uhud, Ashabi – Kәhf, Ashabi – Bәdr kimi toplum vә adların da
yuxarıda xatırlatdığımız Zәkәriyyanın yardımına bәnzәr yardımlar
ADAYIŞ RİSALӘSİ
74
gördüklәrini, Quranın bizә anlatdığı qissәlәrdәn öyrәnirik.
Rәbbimiz şüurlu әsgәrlәri darda qaldığı zaman onların
yardımına şüursuz әsgәrlәrini necә göndәrirsә; şeytan da boş
dayanmır, o dә öz әsgәrlәrinә vә dostlarına yardım edir. Lakin
Allahın yardımı qarşısında onun dostlarına yardımı hökmsüz qalır,
Allahın yardım etdiyi tәrәfin mütlәq qәlәbә çalacağını bildiyindәn
belә hallarda ümüdsizliyә qapılıb öz başının dәrdinә qalır. Bütün
mötәbәr siyәr qaynaqlarında verilәn bir nümunә:
Bәdr savaşında İblis, dostları olan müşriklәrin qorxusunu
azaldıb onlara yardım etmәk üçün Süraka ibn Malikin qılığına
girmişdi. Sürakanın qәbilәsi Kinaneoğulları adından danışaraq Әbu
Cәhllә müttәfiqlik müqavilәsi imzalamışdı. Әslindә mәqsәdi
müşriklәrin o qәdәr dә yüksәk olmayan әhvalların qaldırmaq,
onlarda özlәrinә qarşı inamı artırmaq idi. İki tәrәf arasında
müharibә başlandı. Elә bu zaman İblis müsәlmanlar tәrәfdә olan
mәlәklәrin müşriklәri qırıb–tökdyünü görәrәk qaçmağa başladı.
Әbu Cәhlin qardaşı Haris ibn Hişam onu Süraka zәnn edәrәk
dayandırmağa çalışdı. Fәqәt o, Harisi sinәsindәn itәlәyәrәk
qaçmağa başladı. Müşriklәr bağırdılar: «Ey Süraka! Hara qaçırsan?
Sәn bizә «biz sizin müttәfiqinizik, aramızda fәrq yoxdur» deyib,
yardıma söz vermәmişdinmi?» İblis qaça–qaça onlara söz atdı:
«Sizin nәdәn xәbәriniz var? Mәn sizin görmәdiyinizi görür vә
Allahdan qorxuram. Allahın sizә göndәrdiyi bәla çox şiddәtlidir»
Quran bu maraqlı hadisәyә toxunaraq Allah Tәalanın sözünü
belә çatdırır:
«O zaman şeytan onların etdiklәri işlәri süslә(yib gözәl
göstәr)miş: «Bu gün insanlardan heç kәs sizә qalib gәlә bilmәz.
Mәn sizin yanınızdayam! demişdi. Fәqәt iki dәstә bir-birini
gördükdә geri çәkilib: «Mәn sizdәn uzağam, çünki Allah şiddәtli
cәza verәndir» (8/48)
&
Hannә nәzir demiş vә dediyi nәziri dә qapının qoruyuculuğuna
ismarlayaraq hәyata vәda etmişdi.
Nәzir verilәn qapı da nәziri qәbul etdiyini elan etmişdi. Bu
elan etmә sadәcә sözdә qalmamışdı: - çünki, Hannәnin tәşәkkürü
ADAYIŞ RİSALӘSİ
75
sadәcә söz ilә deyildi – bu qәbulun ardından sözügedәn çiçәyin
böyümәsi üçün Allahın Zәkәriyya kimi şüurlu, irmaq kimi şüursuz
әsgәrlәri sәfәrbәr edilmişdir.
Bu da böyük hәqiqәtdir ki, bundan sonra da eyni sәdaqәti
göstәrib, yardıma layiq olan hәr möminә gәrәkdiyindә bu vә ya
digәr yolla, amma mütlәq yardım edilәcәk. Bu Allahın zamanlar vә
mәkanlarüstü vәdidir:
«Allah inananları müdafiә edir»(22/38)
«İnananlara yardım etmәk üzәrimizdә bir borcdur»
(30/47)
Vә o da mütlәq hәqiqәtdir ki, O, sözündәn dönmәz:
«Bil ki, Allahın vәdi gerçәkdir, fәqәt çoxları bilmirlәr»
(10/55)
Hikmәtlәr…. Hikmәtlәr…
Allah Zәkәriyyanı körpә Mәryәmә qәyyum etmişdi. Sövdә-
lәşmәdәn yalnızca Allahın tәsәrrufuna verilәn bir nәzirә göstәrilәn
ilk yardım - onun xidmәt vә tәrbiyәsini Hz. Zәkәriyya kimi birinә
verilmәsindәdir.
Allah Tәala tәrәfindәn Zәkәriyyanın bu vәzifәyә mәsul
edilmәsinin üzәrindә düşünüldüyündә, hәr birinin bir–biri ilә
әlaqәli saysız hikmәtlәrlә dolu olduğu görülәcәk.
Allah qәbul edәrsә nә edәr? O tәrbiyә edәrsә necә edәr?
Körpәlәr bir çiçәk kimi necә yetişdirilir? Vә bu çiçәyin bütün
çiçәklәrdәn seçilib alәmlәrә nümunә edilmәsi necә baş verәr? Bu
vә buna bәnzәr bütün sualların cavabı sözügedәn hikmәtlәrin
qavranılmasına bağlıdır.
Hadisәlәri әvvәlcә iki nöqteyi nәzәrdәn araşdıraq:
1. Çiçәk (Mәryәm) nәzәrindәn.
2. Bağban (Zәkәriyya) nәzәrindәn.
Hz.Zәkәriyyanin seçilmәsinin körpә Mәryәm nәzәrindәn nә
mәnaya gәldiyini bilmәk üçün Mәryәmin vәziyyәtini bir daha
xatırlamaq lazımdır.
Tarixi mәlumatlara görә bu seçim aparılarkәn Mәryәm
әtrafında nәlәrin baş verdiyini anlayacaq yaşda deyildi.
Üstәlik bu körpә yetimdir, atasını heç görmәmişdir.
ADAYIŞ RİSALӘSİ
76
Bu körpә öksüzdür, onu dünyaya gәtirәn o, nәcib qadını heç
tanımadan, bir dәfә dә olsun «ana» deyә bilmәdәn itirmişdi.
Belә olan halda onun bir deyil, bir neçә şeyә ehtiyacı var idi.
Bu ehtiyacların ilki onun var ola bilmәsi vә yemәk, içmәk,
tәmizlik, xidmәt kimi hәyati ehtiyaclarını tәmin etmәsi üçün
fәdakar, «of» belә demәyәn, bir gün, üç gün, beş gün deyil, artıq
ehtiyac qalmayana qәdәr ona baxacaq birinin olmasıdır. Bunlardan
daha da önәmlisi - nәzirin şәfqәtә vә sevgiyә ehtiyacı var idi. Necә
deyәrlәr insan çörәklә doyar, әmәklә böyüyәr, sevgiylә yaşayar…
Suyu sevgi, günәşi şәfqәt, gübrәsi qida olan bu çiçәyә elә bir
bağban lazım idi ki, bunların hәr üçünü birdәn verә bilsin.
Elә bu nöqtәdә İlahi seçimdәki hikmәtin böyüklüyü göz
qamaşdırır. İlahi tәrbiyәdәki qoşa meyar Allahın tәrbiyәsindәki
mükәmmәlliyә şahidlik edir.
Allah Tәala tәrbiyә etdiyinin, eynәn Rәsulu Muhәmmәd
әleyhissәlama da etdiyi kimi, әvvәlcә әtrafını boşaldır. Öncә ata,
ardından ana... Tәrbiyә edilәcәk olanın Ondan başqa dayağı,
әlindәn tutanı, sığınacağı, güvәnәcәyi bir kimsәsi saxlanılmır. Onu
dünyaya, onu hәyata, onu әşyaya bağlayan bütün bağlar qırılır.
Rәsulallah nümunәsindә görüldüyü kimi atası Abdullanı hәlә
doğulmamışdan, anası Әminәni kiçik yaşlarından itirir. Babası
Әbdulmütәllibә güvәnir. Ardından Allah onu da aparır. Eyni aqibәt
daha sonra güvәndiyi vә himayәsindә olduğu Әbu Talibin dә
başına gәlir. Sıxıldıqca sığındığı qalası olan Xәdicәsini dә Allah
әlindәn alır.
Artıq söykәnәcәk kimsә yox. Söykәnmәk istәyәn dә yox artıq.
Bütün yaşadıqlarından sonra o, bir dә söykәnәrmi yıxılan şeylәrә?!
Әlbәttә, söykәnmәz. Çünki söykәndiyi gedir, Rәbbi onun mәcazi
dә olsa, Özündәn başqasına güvәnmәsini istәmir vә sevdiyi qulunu
Rububiyyәtiylә tәrbiyә edirdi. Allahın tәrbiyәsindәn keçmiş bu
«Alәmlәrә Rәhmәt» dә sonunda öyrәndi kimsәyә söykәnmәmәyi.
Öyrәnmiş vә bir gün sadiq vәsfli Әbu Bәkirә demişdi ki:
«Ey Әbu Bәkir, әgәr yer әhlindәn birini dost seçәcәk olsay-
dım, sәni seçәrdim. (Amma seçmәrәm, artıq Ondan başqa dost
seçә bilmәrәm)»
Belәliklә, «Alәmlәrә Rәhmәt»ә göstәrilәn münasibәtin bir
bәnzәri dә Mәryәmә göstәrilәrәk ana vә atası әlindәn alınmışdı.
ADAYIŞ RİSALӘSİ
77
Bununla insan ilk tәrbiyәçilәri olan ana vә atanın tәsiri
altından çıxarılırdı. Әvvәlcә «nәziri» әtrafa bağlayan tәbii zәncirlәr
qırılır, arxasından ona yeni bir mühit seçilir vә bu mühitin әllәrinә
әmanәt olaraq verilirdi. Anası Hannәnin bu qәdәr ixlasına
baxmayaraq, qalıqlarını tәrk edә bilmәdiyi adәt - әnәnәnin vә
cәmiyyәtә xas mәdәniyyәtin mәnfi tәsirindәn heç bir iz
daşımaması üçün boşaldırdı Mәryәmin әtrafını. Bәli, Zәkәriyya
ailәsinә yalnız әmanәt olaraq verilmişdir. Әmanәt olaraq, çünki,
onun tәsәrrufu hәqiqәtәn Allaha aid idi. O, istәyirdi ki, İlahi
tәsәrrufun önünә kimsә keçmәsin, bu tәsәrrufun açıq görüntüsünә
kimsә kölgә salmasın. Nәzirin tәrbiyәsi saf olsun. Xüsusilә, ona
Ondan başqa kimsә dayaq olmamalı, o, da Ondan başqasına
güvәnmәmәli idi.
Çiçәyin inkişaf etmәsinә әngәl olan sәbәblәr aradan götürülür,
mühiti tәmizlәnincә nәzir, tamam fәrqli bir dibçәkdә әkilәrәk fәrqli
bir mühitә köçürülürdü. Yәni, bütün nәbilәrin, siddiqlәrin,
salehlәrin, şәhidlәrin sünnәtini o hәlә körpә ikәn yerinә yetirib
«hicrәt» edirdi.
Bu işlәrin ardından elә bir seçim edilmәliydi ki, bununla hәm
onun üzәrindәki tәsәrrufa müdaxilәnin qarşısı alınsın, hәm dә
ehtiyac duyduğu sevgi, şәfqәt kimi başqasının verә bilmәyәcәyi
şeylәr verilmiş olsun. Belәliklә, bu nöqtәdә İlahi seçim daşı
kәmәndinә yerlәşdirir. Çünki öksüz vә yetim Mәryәm öz xalasının
sevgisinә vә şәfqәtinә әmanәt edilmişdi. Bu nöqtәdә insan Allah
Rәsulunun o gözәl tәsbitlәrini xatırlayır:
«Xala ana kimidir» (Әbu Davud)
Daha ilk baxışda Mәryәm üçün itirilmiş kimi görünәn şeylәr
qazanca çevrilmişdir. Fәqәt bu İlahi ssenari sırf çiçәyin
ehtiyaclarını deyil, hәm dә sözügedәn bağbanın da ehtiyaclarını
mükәmmәlcәsinә ödәmişdir.
Bağbanın (Zәkәriyya vә ailәsi) nәzәrindәn hadisәyә baxdıqda
bunları görәrik: bu çiçәyin bir bağbana olan ehtiyacı nә qәdәrdirsә,
bir o qәdәr dә bağbanın çiçәyә ehtiyacı var. Hz.Zәkәriyya zövcәsi
Eyşanın qısır olduğu halda, çox dilәdiyi saleh bir övlada sahib ola
bilmәdәn yaşlanmışdır. Allah bu qәlbi qırıq ailәnin uşaq hәsrәtinә
Mәryәmlә son qoymuşdu.
Zәkәriyyanın (ә) xanımı Eyşa baxımından hadisә daha
ADAYIŞ RİSALӘSİ
78
fәrqlidir. Şübhәsiz, o bacısının öksüz vә yetim qalmış tәk
yadigarına baxmağı hamıdan çox istәyirdi. Әslindә bәlkә dә hәr
kәsdәn çox onun haqqı var idi. Çünki, özgә biri bir başqasının
körpәsinә baxsa belә, nә qәdәr baxa bilәrdi ki? Amma o yad
deyildi, bәlkә dә Hannәnin boşalmış yerini doldura bilәrdi,
körpәnin ehtiyacı olan sevgini vә şәfqәti ona verәrәk anasızlığını
hiss etdirmәzdi.
Hәm dә Mәryәm oğlan deyil qız uşağı idi. Onun gәlәcәyi
baxımından da bu seçim bir çox maneәlәri aradan qaldıra bilәrdi.
Eyşa, nәzirin sadәcә qarnını deyil, sevgi vә şәfqәtlә qәlbini dә
doydurarkәn, artıq inkişaf edib böyüyәn bu «xüsusi» әmanәti
tәrbiyә edib, sağlam düşüncәlәrlә doydurmaq işi dә
Hz.Zәkәriyyanın üzәrinә düşәn bir vәzifә idi. O, zahirәn nәzir
verildiyi Mәbәdә tәslimә hazırlanırdı. Hәqiqәtdә isә özünün dә
tәxmin edә bilmәyәcәyi çox ağır vә uca bir tәsәrrufun gerçәklәş-
mәsi üçün yetişdirilirdi.
Vaxtı gәldikdә Hz.Zәkәriyya onu nәzir olunduğu Mәbәdә
yerlәşdirmiş, oranı onun üçün arxayın vә güvәnilәn bir mәkan
etmiş vә vәzifәsini müvәffәqiyyәtlә tamamlamışdı. Yaşlı olması
sәbәbi ilә ölümünü düşünür vә Mәbәddәn heç kәnara çıxmayan
Mәryәmin şәxsi ehtyaclarını ondan sonra kimin yüklәnәcәyinin
qayğısını çәkirdi. Uzun narahatçılıqdan sonra nәhayәt ki, bu
problem dә hәll olunurdu. İndi Mәryәmin bütün ehtiyaclarını әmisi
oğlu dülgәr Yusif ödәyәcәkdir.
Artıq Hz.Zәkәriyya vәzifәsini yerinә yetirmәnin rahatlığı
içәrisindә idi. Bütün bunlara baxmayaraq, o, davamlı olaraq daima
Mәryәmi ziyarәtә gedir, Yusifin vәzifәsini necә icra etdiyinә
nәzarәt edirdi.
Çünki, bölgәdә
yandırıb–yaxan quraqlıq vә bunun nәticәsi
olaraq da şiddәtli bir qıtlıq yaşanırdı. İnsanların aclıqdan öldüyü
xәbәrlәri gәldikcә onlar özlәrini unudub «çiçәyi» düşünmәyә
başlamışdılar. Bütün sәylәrini çiçәyin solmaması üçün sәfәrbәy
etmişdilәr.
Fәqәt onu düşünәn, onu qoruyan bir başqası da vardı. O,
qulunun gücü tükәnincәyә qәdәr müdaxilә etmәmiş, qulun gücü
bitdiyi yerdә Onun yardımı başlamışdı. Onun bu yardımları Zatını
yaxşı bilәn vә tanıyan bir Nәbini (Zәkәriyya) belә
ADAYIŞ RİSALӘSİ
79
tәәccüblәndirәcәkdi.
ADAYIŞ RİSALӘSİ
80
SӘKKİZİNCİ MӘRHӘLӘ
İLAHİ YARDIM
«...Zәkәriyya hәr dәfә Mәryәm İbadәt etdiyi mehraba
girdikdә onun yanında ruzi olduğunu görәrdi. «Ya Mәryәm
bunlar sәnin üçün hardandır? – dedikdә o: «Allah
tәrәfindәndir!» deyә, cavab verәrdi. Allah istәdiyinә hesabsız
ruzi verәr» (Ali – İmran 37)
Mәyrәm Mәbәddә yerlәşdirildikdәn sonra onun xarici
ehtiyaclarını ödәmәyә çalışan Yusif quraqlıq, qıtlıq vә yoxsulluğun
tәsiriylә vәzifәsini icra etmәkdә çox çәtinlik çәkirdi. Әslindә
Mәryәmin ehtiyacı çox deyildi. Amma, belә qıtlıqda bir nәfәrә
xidmәt çox böyük problem yaradırdı. Yusif әlindәn gәldiyi qәdәr
vәziyyәti ona bildirmәmәyә çalışsa da, Mәryәm әngin fәrasәti ilә
vәziyyәti görür vә Yusifә belә tәsәlli verirdi:
«Ey Yusif, Allaha hüsnü zәnn et. Şübhәsiz, Allah bizi ruzi-
lәndirәcәkdir» (İbn İshaq)
Bәli, Mәryәmin bu tәslimiyyatı «iman» hadisәsi idi. O, elә bir
Allaha, belә iman etmişdi. O, inanırdı ki, bu vә ya digәr yolla,
amma mütlәq, Allah onları ruzisiz buraxmayacaq. Lakin
Mәryәmin inamının gerçәklәşmәsi üçün әlindәki bütün imkan-
larının tükәnmәsi lazım idi.
Elә dә oldu. Vәziyyәtin vәhmini bilәn vә Mәryәmin yükünü
çiyinlәrindә hiss edәn, lakin yaşlılıq sәbәbiylә dua vә qayğıdan
başqa әlindәn bir şey gәlmәyәn Hz.Zәkәriyya (ә) adәti üzrә
Mәryәmin mәkanına ziyarәt üçün gәldiyindә fövqәladә bir
möcüzәylә qarşılaşardı:
«...Zәkәriyya hәr dәfә Mәryәm ibadәt etdiyi mehraba
girdikdә onun yanında ruzi olduğunu görәrdi. «Ya Mәryәm
bunlar sәnin üçün hardandır? – deyә soruşardı…»
Bu «ruzinin» nә olduğunu, haradan gәldiyini, necә gәldiyini
nә Quran, nә dә ki, sәhih sünnәt açıqlamır. Bununla birlikdә fәrqli
qaynaqlar fәrqli fәrziyәlәr vermişlәr.
Mәsәlәn, Zәmahşәri bu ayәni tәfsir edәrkәn: «Onun ruzisi
ADAYIŞ RİSALӘSİ
Dostları ilə paylaş: |