24
vә güclü bir heyәt yollamışlardır.
Vahidiyә görә, hicrәtin 9–cu ilindә hәyata keçәn bu ziyarәtә
60 nәfәr qatılmışdır. Bunların 14-ü liderlәrdәn ibarәt idi. İçlәrindәn
3 nәfәri tәmsilçi seçilmiş vә Allah Rәsulu ilә müzakirәlәri
aparmışlar.
Allah Rәsulu ilә Necran heyәtinin liderlәri arasında Hz. İsa ilә
әlaqәli müzakirә olmuş, teslis
12
şirkini tәsdiq edәn Necranlılara
qarşı Allah Rәsulu İsanın (ә) doğuluşundakı möcüzәni anlatmış vә
düşünmәyә vadar edәn suallarla әqidәlәrinin yanlış olduğunu
birbaşa özlәrinә isbatlamışdır.
Belә bir әhatәdә mövzumuzu tәşkil edәn ayәlәr nazil ol-
muşdur.
Şübhәsiz nüzul sәbәblәri Quranı anlamaqda insana yardım
edir. Lakin enmә sәbәblәrinә bundan artıq bir vәzifә yüklәyәnin
vәziyyәti uydurma xәbәrlәrdәn әldә etdiyi dәlillә Quran ayәsini
tәkzib etmәyә çalışanın vәziyyәti ilә eynidir. Nüzul sәbәbinin
Quranı anlamağı asanlaşdırmaqdan başqa bir vәzifәsi olduğunu,
hәlә üstәlik Quranı tәfsir etmәk kimi bir vәzifәsi olduğunu iddia
etmәk üsul elminә vә Quranın ruhuna ziddir. Qaldı ki, Qurandakı
hәr ayәnin mütlәq nüzul sәbәbi olamalıdır deyә bir şey yoxdur. Bir
çox ayәnin nüzul sәbәbi yoxdur, olanlardan da bizә gәlib çatanların
bir qismi zәif, bir qismi ixtilaflı, bir qisminin isә hökmü
qaldırılmışdır.
Bu halda eniş sәbәblәrini Quranın anlaşıqlığını sәrhәdlәn-
dirmәk vә daraltmaq üçün istifadә edәn şәxs әgәr qәsdli bir
xәyanәt içindә deyilsә, üsul elminә görә xәta vә cәhalәt içindәdir.
Biz Quranın mesajını zaman vә mәkanlarla sәrhәdlәndiril-
mәyәcәyi gerçәyindәn çıxış edәrәk deyirik ki; nüzul sәbәbi olsa da,
olmasa da Quranda anladılanların müxәtәbi yalnız müәyyәn zaman
kәsiyindә yaşayan müәyyәn bir bölgәnin insanı deyil, bütün
zamanların, bütün mәkanların, bütün toplumların insanıdır. Quran
insanın әbәdi xoşbәxtliyini tәmin edә bilәcәk tәk ilahi reseptdir:
«Bu misallar… onları düşünsünlәr deyә bildirilir» (59/21)
12
Üçlük; Xiristiyanların Tanrı üçdür vә ya üç ünsürdәn ibarәtdir (Ata, oğul, müqәddәs
ruh) şәkilindә qәbul etdiklәri yanlış inanc.
ADAYIŞ RİSALӘSİ
25
QURANİ ÇӘRÇİVӘ
«Allah Adәmi, Nuhu, İbrahim vә İmran ailәsini alәmlәr
üzәrindә seçilmiş etdi»
«Onlar biri digәrindәn törәmiş bir nәsil idilәr. Allah
eşidәndir, bilәndir!»
«İmranın Zövcәsinin «Ey Rәbbim, bәtnimdәkini tamamilә
azad birisi olaraq yalnızca Sәnә nәzir edirәm. Mәndәn qәbul et!
Әlbәttә, Sәn eşidәnsәn, bilәnsәn!» - dediyini xatırla!»
«Onu doğduğu zaman: «Ey Rәbbim! Mәn qız doğdum», -
söylәdi. Halbuki, Allah onun nә doğduğunu vә oğlanın qız kimi
olmadığını yaxşı bilirdi. «Mәn onun adını Mәryәm qoydum, onu vә
onun nәslini mәlun Şeytandan Sәnә tapşırıram».
«Belә olduqda, Rәbbi (Mәryәmi) yaxşı qәbul etdi, onu gözәl
bir fidan kimi böyütdü vә Zәkәriyyaya tapşırdı. Zәkәriyya hәr dәfә
(Mәryәmin) ibadәt etdiyi mehraba girdikdә, onun yanında bir ruzi
olduğunu görәrdi. «Ya Mәryәm, bunlar sәnin üçün haradandır? –
dedikdә, o: «Allah tәrәfindәndir!» - deyә cavab verәrdi. Hәqiqәtәn,
Allah istәdiyi şәxsә hәdsiz ruzi verәr!»
«Zәkәriyya Rәbbinә dua edәrәk dedi: «Ey Rәbbim! Mәnә dә
Öz tәrәfindәn pak bir övlad bәxş et! Sәn, hәqiqәtәn, duaları
eşidәnsәn!»
«(Zәkәriyya) mehrabda ayaq üstә durub namaz qılarkәn
mәlәklәr ona müraciәt edib dedilәr: «Allah sәnә Özü tәrәfindәn
gәlәn kәlmәni tәsdiq edәn, ağa, nәfsinә hakim vә әmәlisalehlәr
zümrәsindәn bir peyğәmbәr olacaq Yәhyanın xәbәrini müjdә
verir».
«Ey Rәbbim, üzәrimә qocalıq çökdüyü vә zövcәm qısır olduğu
halda, mәnim necә oğlum ola bilәr?» - söylәdi. Dediyin kimidir,
Allah nә istәsә, onu da edәr», deyә buyurdu»
«Ey Rәbbim! Mәnә bir nişanә göstәr» - dedikdә, «Sәnin
nişanәn üç gün әrzindә adamlarla yalnız işarә ilә danışmaq
olacaqdır. O vәziyyәtdә belә Rәbbini çox yada sal vә sәhәr –
axşam şәninә tәriflәr deyib şükür et!» buyurdu.
«Xatırla ki, bir zamanlar mәlәklәr belә demişdirlәr: «Ya
Mәryәm, hәqiqәtәn, Allah sәni seçmiş, tәmizlәmiş, alәmlәrin
ADAYIŞ RİSALӘSİ
26
qadınlarından üsün tutmuşdur»
«Ya Mәryәm, öz Rәbbinә itaәt et, sәcdәyә qapan vә rüku
edәnlәrlә birlikdә rüku et!»
«Bunlar qeyb xәbәrlәrdәndir ki, vәhy ilә sәnә bildiririk.
Onlar: «Mәyrәmi kim öz himayәsinә alacaq?» - deyә, qәlәmlәrini
atdılar vә bir – birilә mübahisә etdiklәri zaman sәn ki, onların
yanında deyildin»
«Mәlәklәr dedilәr: «Ya Mәryәm! Hәqiqәtәn, Allah Öz
tәrәfindәn bir kәlmә ilә sәnә müjdә verir. Onun adı Mәryәm oğlu
İsa әl-Mәsihdir ki, dünyada vә axirәtdә şanı uca vә yaxın
olanlardandır» Ali - İmran 33-45
ADAYIŞ RİSALӘSİ
27
TARİXİ ÇӘRÇİVӘ
Tarixlәr miladın әvvәllәrinin son hissәsini göstәrir. Bölgә
bütün sәmavi dinlәrin doğum yeri olan Orta Şәrq. Mәkan Fәlәstin.
İmran İbn Masan özünü elmә vә ibadәtә vermiş bir alim.
(Mәraği) Matta İncilindә atasının adı «Yaşahim» olaraq keçir (1:1-
16) Mühitindә hörmәt doğuran biridir. Bu hörmәt onun elmi vә
әxlaqi kamilliyi ilә bәrabәr hәm dә Harun әleyhissәlamın
nәvәlәrindәn olmasından qaynaqlanmaqdadır. Ona İmran adının
verilmәsi dә tәsadüfi deyildir. Özündәn tәxminәn 18 әsr әvvәl
yaşamış Musa vә Harun peyğәmbәrin atalarının adı da İmrandır.
Bu ad Kitabi Müqәddәsdә «Әmrәn» olaraq göstәrilir. Bütün bu
sәbәblәrә görә bu adın hörmәtә layiq bir mәqamı var (Bәqavi).
Yәni İmran toplumun nәzәrindә bir «seyiddir». Yalnız Hz.
Harunun soyundan gәlәnlәrin ibadәt etdiklәri mәbәddәki alimlәrin
dә öndәrlәrindәndir.
Tәqvası, ixlası vә elmi barәdә qaynaqların ittifaq halında
olduğu İmran, Fakuzun qızı Hannә ilә evlәnmiş, bu evlilikdәn
uzun müddәt uşaqları olmamışdır.
İmran kimi zövcәsi Hannә dә qulluğunun tәfәkküründә olan
bir möminәdir. Doğura bilmәk üçün hәm özünün, hәm yoldaşının
vәziyyәtinin uyğun olmamasına baxmayaraq, günlәrin birindә bir
ağac altında dincәlәrkәn bir quşun yavrusunu bәslәdiyinin şahidi
olur vә Allahın yaradılışdakı yerli–yerindәliyi düşünür vә daxilindә
titrәyәn duyğusuna qarşı çıxmadan Ondan özünә bir övlad
vermәsini dilәyir. (Razi)
Sәmimi istәyi Rәbbi qatında qarşılıq tapır. Hannә yaşının
ötmәsinә, artıq uşaq doğma yaşında olmamasına rәğmәn hamilә
qalır, duasının «eşidәn vә bilәn Rәbbi» tәrәfindәn qәbul
oldunduğuna şahid olunca tәşәkkür etmәk növbәsinin özünә
gәldiyinә inanaraq illәr sonra qeyri - adi bir lütflә әldә etdiyi
yeganә ciyәrparәsini Rәbbinә nәzir verir (adayır):
«Ey Rәbbim, bәtnimdәkini tamamilә azad birisi olaraq
yalnızca Sәnә nәzir edirәm. Mәndәn qәbul buyur»
ADAYIŞ RİSALӘSİ
28
Bütün bunlar baş verәrkәn әri İmran hәyatdadır vә imamlıq
vәzifәsini yerinә yetirmәkdәdir. Hannә ona hәlә dünyaya gәlmәmiş
körpәsini Allaha nәzir dediyini xәbәr verincә İmran bәnizi ağarmış
halda Hannәyә:
«Heyf sәnә, sәn nә etdiyindәn xәbәrdarsanmı? Hәlә doğlul-
mamış uşağın kim (cinsinin) olacağını bilirsәnmi ki, onu Allaha
nәzir deyirsәn? Birdәn uşaq qız doğulsa nә edәcәyimizi düşün-
dünmü?» (Begavi)
İmrana görә tәlaşlanmasında haqlı idi. O günә qәdәr Allah
üçün nәzir olunanlar yalnız oğlan uşaqları idi. Mövcud әnәnәvi din
anlayışında qadının adanmasından söz edilә bilmәzdi.
İmranın yaşlılığına üzüntüsü dә әlavә olununca ölümü tezlәşir.
Hannә hamilә vәziyyәtindә dul, doğulmamış körpәsi isә yetim
qalır.
Belә şәrtlәr altında Hannә yükünü yerә qoyur. Bәli, әri
qayğısında haqlı idi, uşaq oğlan deyil, qız doğulmuşdu. Bu hal
İmranı üzdüyü qәdәr olmasa da, Hannәyә dә qayğı ilә birlikdә
üzüntüyә sәbәb olur.
«Dedi ki, Rәbbim onu qız doğdum, halbuki, erkәk qız kimi
deyil...»
Hannә sözündәn dönmәdәn nәzirini nәzir etdiyi qapıya tәslim
edir:
«Onu vә soyunu qovulmuş şeytanın şәrindәn Sәnә
tapşırıram»
Hannә övladını doğduqdan sonra mәlum duasını etdir. Onu
köynәyinә bükәrәk müqәddәs evә aparıb oradakı xidmәtçilәrә
(Ahbar
13
) «bu mәnim nәzirim» deyәrәk tәslim edir. Budan sonra
Hannә çox yaşamadan vәfat edir. (Tәbәri) Zatәn yetim doğulan
«nәzir» indi dә kimsәsiz qalır.
İmamlarının qızı olması sәbәbilә xidmәtçilәr bu istisna halı
qәbul etmәk, hәtta sevәrәk qәbul etmәk mәcburiyyәtindә qalldılar.
Çünki, onun fövqәladә doğumunu hamı kimi onlar da yaxşı bilir,
fәrqli körpә vә «xüsüsi» bir nәzir olduğuna inanırdılar.
Bu dәfә isә aralarında onun qayğısına kimin qalacağı
mübahisәsi başladı. Bu xüsusi nәzirin qayğısına qalmaq şәrәfinә
13
Din adamları, Yahudi alimlәri.
ADAYIŞ RİSALӘSİ
29
hәr kәs nail olmaq istәyirdi. Mәbәd ülәmaları arasında hörmәti
olan Zәkәriyya (ә) dedi: «ona baxmaq hamıdan çox mәnә düşәr.
Verin mәn baxım»
Zәkәriyya (ә) haqlı idi. Çünki, arvadı Eyşa, Hannәnin bacısı,
nәzir olunmuş Mәryәmin dә xalası idi. (Zemahşәri)
Fәqәt başqa xidmәtçilәr bu qohumluğu Mәryәmә baxmaq
üçün yetәrli hesab etmәdilәr. Bu fürsәti heç kәs әldәn qaçırmaq
istәmirdi. Zәkәriyyaya (ә) dedilәr: «Anası bu hәqiqәti bilmirdimi?
Әgәr istәsydi o uşağa sәnin baxmağını söylәyәrdi. Amma o heç nә
demәdi»
Mübahisәlәrdәn bir nәticә çıxmayınca Mәryәmi tәkәffüll
14
edәcәk ailәnin seçimi üçün püşk atmağa qәrar verdilәr. Mәsәlәnin
bu cür hәlli hәr kәsi qane edirdi. Birlikdә Ürdün çayına getdilәr.
Keçmişdәn bu yana etdiklәri bir püşk üsulunu tәtbiq edәrәk
qәlәmlәrini suya atdılar. Zәkәriyyanın qәlәmi – Allahın izni ilә
hamısını keçmişdi. Quran hadisәnin bu xırdalığını belә xәbәr verir:
«(Ey Muhәmmәd) bunlar sәnә vәhy etdiyimiz görünmәz
vә bilinmәz alәmin xәbәrlәrindәndir. Mәryәmә kim baxacaq
deyә mübahisә edib qәlәmlәrini atdıqda sәn yanlarında
deyildin; mübahisә etdiklәri zaman da sәn yanlarında
deyildin»
Zәkәriyya körpә Mәryәmi evinә apardı. Xanımı Eyşaya tәslim
etdi. Zatәn övladsız olan xala Eyşa bacısı qızı Mәryәmi bağrına
basdı, ona bir ana qayğısı göstәrdi. Bacısının yadigarı vә Allahın
әmanәti olan bu «nәziri» gәnclik çağına çatıncaya qәdәr böyütdü.
Zәkәriyya (ә) nәziri әsl sahibinә qaytarmaq vaxtının gәldiyini
bildirәn işarәni alınca mәbәddә ona xüsusi bir mәkan düzәldәrәk
oraya yerlәşdirdi. Mәryәmin qız olması sәbәbilә başına bir şey gәlә
bilәcәyi narahatlığı ilә Zәkәriyya (ә) onu davamlı nәzarәtdә
saxlayırdı.
İbn İshaqın nәql etdiyinә görә bölgә xalqı bu illәrdә quraqlıqla
birlikdә gәlәn vә vә hәr şeyi mәhv edәn qıtlıqdan әzab çәkirdi. Әn
zәngin ailәlәr belә, bir qarın doydurmaq dәrdinә düşmüşdülәr. Bu
illәr Zәkәriyya (ә) artıq çox yaşlanmışdı, üzәrinә götürdüyü
vәzifәni icra etmәkdә xeyli çәtinlik çәkirdi. Fәqәt heç bir
14
Zamin olma, öhdәyә almaq, boynuna çәkmәk, qәyyumluq etmәk.
ADAYIŞ RİSALӘSİ
30
fәdakarlıqdan da çәkinmirdi. Bu hal onu tәşvişә salmışdı.
Tәşvişinin qaynağı ölümündәn sonra Mәryәmә kimin baxacağı,
belә bir şәraitdә onun xidmәtini üzәrinә götürәcәk birinin olub-
olmayacağı idi.
Qövmünün baş bilәnlәrini yığaraq onlara müraciәt etdi:
«Gördüyünüz kimi mәn artıq yaşlanmışam. Bu sәbәbdәn dә
Allahın әmanәti Mәryәmә dә lazımı qayğını göstәrә bilmirәm.
Mәndәn sonra ona kim baxacaqsa, içinizdәn çıxsın vә mәnә
yardımçı olsun. Mәryәmә baxmaq üçün әvvәllәr onunla mübahisә
edәn insanlar vәziyyәtin çәtinliyini bәhanә edәrәk bu işә yaxın
durmadılar. Sonunda İmranın qardaşı oğlu vә Mәryәmin әmisi
oğlu olan Yusif bu vәzifәni boynuna götürdü.
Yusif qövmünü mәhv edәn qıtlığın tәsiri ilә üzәrinә götürdüyü
bu vәzifәni icra edә bilmәk üçün heç bir fәdakarlıqdan çәkinmir,
lakin yenә dә bacarmadığını düşünәrәk narahatçılıq keçirәrәk
üzülürdü. Mәryәm ondakı bu narahatlığı hiss edәrkәn dedi: «Ey
Yusif,
Allaha
hüsnüzәnn
et.
Şübhәsiz
Allah
bizi
ruzilәndirәcәk» Daha sonra onun duası hörmәtinә Yusif kifayәt
qәdәr ruzi qazanmağa başladı. Qazandığını hәr gün ona gәtirirdi.
Onun gәtirdiyini dә Allah bәrәkәtlәndirirdi.
Zәkәriyya (ә) ziyarәtә gәlincә Yusifin gәtirdiklәrindәn daha
fәrqli yeyәcәklәr tapır vә «Bunlar hardandır?» deyә soruşurdu.
Bu fövqәladә halı görәn Zәkәriyyanın (ә) dә qәlbinә bir övlad
hәsrәti düşdü. Әvvәllәr dә Mәryәmin halını görür vә onun kimi
saleh bir övladın böyük lütf olduğunu düşünür, onun
valideynlәrinә qibtә edirdi. Allahın Mәryәmә olan fövqәladә
münasibәtinә dә şahid olunca öz yaşına vә zövcәsinin qısırlığına
baxmayaraq Allahdan övlad istәdi vә duası qәbul olunaraq Yәhya
(ә) verildi. Sonralar özü dә, övladı Yәhya da azğın qövmü
tәrәfindәn qoç kimi boğazlanacaq, nәzirin bağbanı da, adayış
prosesinin bir mübarәk meyvәsi olan Yәhya da Onun qapısının
qurbanı olacaqdırlar.
Hadisәlәrin «tarixi çәrçivәsi» ana xәtlәri ilә belәdir. Bu
mövzuda mötәbәr tarixlәr vә ilk tәfsirlәrdә dә xeyli xırdalıqları ilә
kifayәt qәdәr rәvayәtlәr mövcuddursa da, biz hamısını bu kitabda
qeyd etmәyә ehtiyac görmәdik, qısa şәkildә tәqdim etmәklә
kifayәtlәndik.
ADAYIŞ RİSALӘSİ
31
Çünki bizi әsl maraqlandıran hadisәlәrin tarixi ölçüsü vә
xırdalıqlarla dolu rәvayәti deyil, daşıdığı mesajdır. Şübhәsiz Quran
bu hadisәni dәrs almağımız, ibrәt almağımız, әn әsası «örnәk»
almağımız üçün nәql etmişdi. Biz dә birlikdә ayәlәrin aydınlığında
hadisәlәrin zamana, fәrdә, topluma daşıdığı mesajı axtarıb
tapmağa, sirrindәn agah olmağa vә hikmәtini kәşf etmәyә çalışaq.
Şübhәsiz Allah daha yaxşı bilәndir.
ADAYIŞ RİSALӘSİ
32
İKİNCİ BÖLÜM
AYӘLӘRİN İŞIĞINDA
ÜÇ NӘSİLDӘ ADAYIŞ
PROSESİ
ADAYIŞ RİSALӘSİ
33
ÖNDӘRLİK PROBLEMİNİN HӘLLİ VӘ
ADAYIŞ QİSSӘSİ
Toplumların müsbәt vә mәnfi mәnada dәyişdiyi bir gerçәkdir.
Әslindә insan hәm ontoloji, hәm dә antropoloji (zürriyyәt)
baxımdan tәmiz vә duru bir qaynağa sahibdir. İnsanın ontoloji
qaynağı tәmiz fitrәtidir ki, hәr insan o pak fitrәti ilә doğular.
İnsanın antropoloji qaynağı isә yenә fitrәt qәdәr tәmiz bir insandır
ki, o da Adәm peyğәmbәrdir.
Bu halda әsas olan insan vә onun nәslinin pozulması deyil,
pozulmamasıdır. İnsan vә nәsli bu ilk iki tәmiz qaynaqdan (fitrәt
vә Adәm) uzaqlaşdığı an pozulmuş, bu iki qaynağa yaxınlaşdığı
dәrәcәdә düzәlmişdir. Bütün İlahi mesajların vә dәvәtçilәrin
dәyişmәz hәdәfi insanı bu tәmiz qaynaqlara yenidәn dönmәyә
çağırmaq olmuşdur.
Xәlifә olaraq yaratdığı insana mәrhәmәtli olan vә bağışlayan
Allah, hәr zaman vә hәr mәqamda itirdiyi yolu tapa bilmәsini
asanlaşdıracaq imkanlarla onu zәnginlәşdirmişdir. Bu imkanların
daxildә olanları ağıl, vicdan, ruh, fәrasәt, bәsirәt kimi mәnәvi
xüsusiyyәtlәr, zahirdә olanlar isә vәhy vә onun daşıyıcılarıdır.
Vәhyin daşıyıcıları vә fitrәt dәvәtçilәri ilk insandan bu günә
qәdәr var olmuşlar. Son insana qәdәr dә var olmaqda davam
edәcәklәr. Bu dәvәtçilәr içәrisindә insan soyunun vә ağlının
sünnәtullah sәrhәdindә cәrәyan edәn tәkamülü çәrçivәsindә
vәzifәsi - yenilәşdirmәk (tәcdit) olan «rәsullar» ilә, vәzifәsi -
әqidәni pozan xәstәliklәrdәn tәmizlәmәk vә bulanan suyu
durultmaq (islah) olan «nәbilәr» yer almışdır. Bu iki zümrә digәr
dәvәtçilәrin faydalandığı bütün insani vә rәhmani qaynaqlarla
bәrәbәr, xüsusi olaraq Allahdan vasitәsiz ya da vasitәli vәhy
almaqla da dәstәklәnmişlәr.
Bu bir gerçәkdir ki, son nәbi Hz. Muhәmmәd (s) ilә İlahi
mesajın bu şәkildә enmәsi bitmişdir. Lakin peyğәmbәrlik
vәzifәsinin sona çatması Allahın kәlam sifәtinin tәtili vә İlahi
mesajın sona çatması mәnasına gәlmir.
ADAYIŞ RİSALӘSİ
34
Başda, Allahın alәmlәrә mesajı olan vә son peyğәmbәrlә
göndәrilәn Quran, insanlığın dәyişmәz dәyәrlәrinin hәr birini
tamlığı ilә ehtiva etdiyi üçün, insanın var olduğu hәr zaman vә
mәkanda keçәrliliyini vә canlılığını qoruyacaqdır. Quranın varlığı
sәbәbdir ki, insanlığın yeni bir peyğәmbәrә, vәhy alan yeni bir
nәbiyә ehtiyacı olmayacaqdır. Fәqәt, Allahın Kitabdakı ayәlәr
xaricindә hәlә dә göndәrilmәyә davam edәn vә Onun Kәlam,
İradә, Qüdrәt, Hadi, Rәhman, Rahim, Qahhar, Muiz, Muzill kimi
bir sıra sifәt vә isimlәrinin tәcәllisi olan mesajı kainatda, әşyada,
hadisәlәrdә vә birbaşa insanın öz nәfsindә ortaya çıxmağa davam
etmәkdәdir.
«Mütlәq olaraq inananlar üçün yer üzündә necә ayәlәr
var; Öz nәfslәrinizdә dә elәcә, görmürsünüz? » (51/20-21)
Әlbәttә, görәn gözü, inanan qәlbi olanlar üçün Allah mesajını
endirmәyә davam etmәkdәdir. Әşyada, hadisәlәrdә vә insanın öz
nәfsindә olan bu ayәlәri oxuyub anlamaq vә anlatmaq da risalәtin
әbәdi mirasını çiyinlәrindә daşıyan insanların boynuna düşür. Bu
mesajı idrak etmәk iqtidarında olanları Allah daha başqa şeylәrlә
dә dәstәklәyәcәkdir. Allahın dәstәklәyәcәyi bu şeylәr arasında olan
vә Allah Rәsulunun dili ilә nübuvәtdәn bir parça sayılan «salih
röya» faktını inkar etmәk mümkün deyildir. Hәlә Allah Rәsulunun
bu hәdisini Buxari, İbn Hanbel vә Әbu Davud sәhih bir sәnәdlә
bizә qәdәr rәvayәt etdikdәn sonra:
«Rәsulallah buyurdu: Peyğәmbәrlik mәnimlә bitәr, ancaq
mübeşşirat qalar: Mübeşşirat nәdir? Deyә soruşdular. Buyurdu ki,
Salih röyadır».
Әlbәttә, insanlığın nәbi vә rәsul anlamında vәhy alan bir
peyğәmbәrә ehtiyacı olmadığı nә qәdәr gerçәkdirsә, Allahın
Kitabında yazılmış ayәlәrlә hadisә, әşya vә nәfslәrdә ortaya çıxan
ayәlәri doğru-düzgün qavrayıb әbәdi risalәtin mirası ilә Kitabı
hәyata hakim etmәk vәzifәsini çiyinlәrindә daşıyan vә insanlara
hidayәt yollarını göstәrәn dәvәt öndәrlәrinә insanlığın sonuna
qәdәr ehtiyac olacağı da eyni dәrәcәdә bir gerçәkdir. Bu gerçәk
sosial hәyatın qaçılmaz bir ünsürü olan insan toplumlarının
quruluşu vә fәrd - toplum әlaqәlәrinin intizamını tәmin edәn bir
idarә mexanizminә duyulan ehtiyacla da sosial bir mәcburiyyәtә vә
dini bir borca çevrilmәkdәdir.
ADAYIŞ RİSALӘSİ
35
Quran bu gerçәyә belә diqqәt çәkir:
«Hәr toplumun bir yol göstәrәni var» (13/7).
Allah Rәsulu da bir hәdisindә hәr dövrdә zәmanәnin vә adәt-
әnәnәlәrin tәhrif vә tәğyir
15
etdiyi dini yenilәcәyәk öndәrlәrin
(mücәddid
16
) gәlәcәyini xәbәr vermişdir. Bu gerçәk yalnızca
öndәrlik planında deyil, öndәr toxum kadrlar planında da
keçәrlidir.
«İçinizdә xeyrә çağıran, yaxşılığı әmr edib pisliyi qadağan
edәn bir camaat olsun. Mәhz onlar qurtuluşa çatanlardır»
(3/104)
Cәmiyyәtә xas gerçәklәrdәn biri olan vә yuxarıdakı ayәlәrin
dә diqqәt çәkdiyi sözügedәn öndәrlik mәqamına, dәvәtçi seçilmiş
topluluğun, hidayәt mәşәllәri olan islah edәnlәrin (mühlis
17
),
yenilәyәnlәrin (mücәddid) vә yol göstәrәnlәrin (mehdilәr)
seçiminә, tәrbiyәsinә, müvәffәqiyyәtinә seçәn (Muhtar
18
), tәrbiyә
edәn (Rәbb) vә yardım edәn (Nasır) Allah mәgәr heç qarışmır vә
yaxud qarışmayacaq?
Rәbbimizin müdaxilәsi olmayan saxta vә yalançı öndәrlik-
lәrdәn ya da lәyaqәtsiz öndәrciklәrdәn zavallı ümmәtin çәkdiklәri
vә bundan sonra da çәkәcәklәrini düşündükdә öndәrliyin seçiminin
nә qәdәr önәmli olduğu üzә çıxır. Elә bu nöqtәdә ayәni bir daha
xatırlatmaqda fayda var.
«Allah Adәmi, Nuhu, İbrahim ailәsini vә İmran ailәsini
seçib alәmlәrdәn üstün etdi»
Adayış prosesinin ilk pillәsi olan bu ayәdә Allahın seçimindәn
(istifa) söz edilir. Bu seçimә müxәtib olan dörd isim bildirilir.
Bunlardan Adәm vә Nuh (ә) xüsusi ismlәr. Ali-İmran vә Ali
İbrahim ailә isimlәri. Bunların seçilmәsinin özü kimilәri arasından
edildiyi vurğulanmaqla ayә sona çatır.
Bu nöqtәdә iki suala cavab axtarmağımız lazım olacaq:
1. İlahi seçimin mahiyyәti vә hikmәti nәdir?
2. Bu seçimin әhatәsi nәdir?
15
Başqalaşdırmaq, pozmaq, xarab etmәk, dәyişdirmәk
16
Yenilәşdirәn, bәrpa edәn, İslam dini qüvvәtlәndirәn, bidәtlәri, yәni İslam dininә
soxulmaq istәyәn reformaları, xürafәtlәri söküb atan vә sünnәtlәri ortaya çıxaran alim
17
İxlas sahibi, niyyәtini vә ixlasını düzәltmәyә çalışan biri.
18
Sәrbәst, söz vә hәrәkәtlәrdә sәrbәst olan.
ADAYIŞ RİSALӘSİ
Dostları ilə paylaş: |