Ə D Ə B İ Y Y A T
1. Мамедов А. Древнетjuркскаja ак-
cентуаcиja и некоторyе вопросy развитиja фо-
нолоgиčескиh систем тjuркскиh jaзyков // Сов.
тjuрколоgиja. 1970. № 5.
2. On že. Ассимилjacиja в свете взаимо-
отноšениja фонетики и gрамматики // Сов.
тjuрколоgиja. 1972. № 4.
3. Yenə onun. Azərbaycan dilinin er-
kən tarixinə dair materiallar. Şumer-türk
leksik paralelləri // Azərbaycan filologiyası
məsələləri. Bakı: Elm, 1983.
4. On že. Теоретиčеские проблемy вос-
становлениja первиčнyh корнеj в тjuркскиh ja-
зyкаh // Вопросy aзербайдžанскоj филолоgии.
Баку: Ёлм, 1984. Vyп. 2.
5. On že. Тjuркские соgласнyе: анлаут и
комбинаторика. Баку: Ёлм, 1985.
BABA MAGERRAMLY
THE PROBLEM OF ROOT WORDS
IN THE WORKS OF AYDIN MAMMADOV
S u m m a r y
The article examines the linguistic views of outstanding Azerbaijani turkologist Aydin
Mammadov. His original linguistic beliefs are interpreted and the place of the scientist in the
history of Azerbaijani linguistics is defined herein. The reconstruction of the ancient Turkic word
roots, etymology’s theoretical problems of the Turkic languages
occupied an important place
in
the works of turkologist. In this article the views of the scientist on morphonology of Turkic
languages, sound alternations are also analyzed. It was determined that A.Mammadov for the first
time in the history of Azerbaijani linguistics touched upon the problems of Nostratic, Sumerian-
Turkic language relations.
Key words: Aydin Mammadov, Turk, etymology, linguistics, the root of the word, the problem
AYDIN MƏMMƏDOVUN YARADICILIĞINDA KÖK SÖZLƏRİ PROBLEMİ
11
БАБА МАГЕРРАМЛИ
ПРОБЛЕМА КОРНЕВЫХ СЛОВ
В ТВОРЧЕСТВЕ АЙДЫНА МАМЕДОВА
Р е з ю м е
В статье анализируются оригинальные лингвистические воззрения известного азер-
байджанского тюрколога Айдына Мамедова и определяется его место в азербайджанском
языкознании. Отмечается, что в творчестве А.Мамедова важное место отводилось не
только реконструкции древнетюркских корней слов, но и теоретическим вопросам этимо-
логии тюркских языков. Рассматриваются также взгляды учёного относительно морфо-
нологии тюркских языков и звуковых чередований. Подчёркивается, что именно Айдын
Мамедов первым из азербайджанских языковедов затронул проблемы ностратики и шу-
меро-тюркских языковых связей.
Ключевые слова: Айдын Мамедов, тюркский, этимология, языкознание, корень
слова, проблема
Ünvan: AZ1143. Bakı-143, Hüseyn Cavid pr., 115. Nəsimi adına Dilçilik İnstitutu – baş elmi
işçi, fil.ü.f.d.
e-mail: baba_magerramli@mail.ru
Çapa təqdim edən
Solmaz Süleymanova –
«Türkologiya» jurnalının
baş redaktorun müavini
Məqalənin redaksiyaya
daxil olma tarixi
20.II.2015
Təkrar işlənməyə
göndərilmə tarixi
22.IV.2015
Çapa göndərilmə tarixi
18.V.2015
________
T Ü R K O L O G İ Y A
№ 2
2015
QURBAN BAYRAMOV
AYDIN MƏMMƏDOV – YENİ TƏNQİDÇİ TİPİ KİMİ,
YAXUD GERÇƏYİN NAĞILI…
X ü l a s ə . Məqalədə Azərbaycan ədəbi-mədəni, elmi və ictimai-siyasi mühitində parlaq
sima kimi tanınan Aydın Məmmədovun ədəbi tənqid sahəsindəki fəaliyyəti araşdırılır.
Keçən əsrin 70-ci illərində ədəbi tənqidə gələn A.Məmmədovun ədəbi prosesə dünya ədə-
biyyatı və elmi-nəzəri fikri səviyyəsində nüfuzu tədqiq-təhlil predmeti olur, tənqidçi üslubunun
orijinallığı və dominant cəhətləri ön plana çəkilir.
A.Məmmədov tənqidi təfəkkürünün universallığı və 70–80-ci illərin ədəbi təsərrüfatının bü-
tün sahələrində «yeni söz» demək imkanı aşkarlanır.
Ədəbi prosesə obyektiv və prinsipial müdaxilələri ilə seçilən tənqidçinin 60–80-ci illərin
poeziyası və nəsri ilə bağlı yazdığı orijinal məqalələri, esseləri, görkəmli yazıçılarla dialoqları
əhatəli təhlil edilir.
Bu təhlillər A.Məmmədovun tənqidçi obrazını formalaşdırır, yeni tənqidçi tipi kimi şəxsiy-
yətini təqdim edir, onu ədəbi prosesdəki durğunluğu, proqressiv və reqressiv cəhətləri görə, duya
bilən, buna görə də ədəbi prosesə tam halda qiymət və təhlil verməyi bacaran, meydana çıxan hər
bir əsəri yeni nəzəri fikir kontekstində dəyərləndirən tənqidçi xarakterini təsəvvür etməyə imkan
yaradır.
Açar sözlər: ədəbi tənqid, ədəbi proses, ənənə, novatorluq, Aydın Məmmədov, tənqidçi
Akademik, müasir dövrün kamil, tanın-
mış dilçi-alimi, türkoloqu, tənqidçi Tofiq Ha-
cıyev məqalələrinin birini belə başlayır: «Ger-
çək gerçəklikdir, nağıl da nağıldır. Gerçəkliyin
gerçəkliyinə söz yoxdur, o, gözəldir. Əslində
nağılın da nağıllığına söz yox. Hər xalqın əc-
dadının mif təfəkkürünün məhsulu olmaqla o
da gözəldir...» [1].
Ustadımızın fikrini ümumiləşdirərək pe-
rifraz etsək, deməli, həyat gercəklərdən və na-
ğıllardan ibarətdir. Hər bir insan gerçək bir
ömür yaşayır, istedadlı insanlar isə gerçək
ömürləri ilə bahəm, bir nağıl ömrü də yaşayır-
lar. Aydın Məmmədov da bir istedad sahibi
kimi belələrindən idi...
Biz Aydınla ədəbiyyata eyni dövrdə gəl-
mişik, belə desək, eyni tənqidçilər nəslindənik.
Bir-birimizi yaxşı tanıyırdıq, bir mərtəbədə
yerləşən institutlarımız qonşudur, çox hallarda
elmi tədbirlərimiz bir yerdə keçirilərdi, hələ
AYDIN MƏMMƏDOV – YENİ TƏNQİDÇİ TİPİ KİMİ, YAXUD GERÇƏYİN NAĞILI…
13
«koridor konfranslarını», «koridorda aparılan
diskussiyaları» demirəm!.. Bu «koridor söhbət-
ləri» deyəsən, həm elmi səviyyəsinə, həm də sə-
mimiyyətinə görə daha səmərəli idi... 80-ci illə-
rin sonlarından isə eyni binada yaşadıq, mənzil
qonşusu olduq, indinin özündə də, oğlu Araz-
la, istedadlı nəvələrilə Aydınla, Ümidlə qon-
şuyuq! Nəvələrimiz bir ali məktəbdə təhsil
alırlar! Qan qohumluğumuz olmasa da, mənəvi
qohumluğumuz həmişə olub...
Aydın əslən şəkili idi, M.F.Axundzadə-
nin, Şəkili Ələsgərin, Xalq şairi, akad. Bəx-
tiyar Vahabzadənin, görkəmli tənqidçi, akade-
miyanın müxbir üzvü Yaşar Qarayevin, tanın-
mış ədəbiyyatşünas Nadir Məmmədovun həm-
yerlisi idi və onun da imzası bu imzalar sıra-
sında durmağa layiqdir. Oxucularıma Aydın
Məmmədovun ömürlüyündən qısa bir arayış-
açıqlama təqdim edirəm ki, aydınlıq hasil
olsun.
Arayış: «Aydın Məmmədov 1944-cü ildə
Şəkidə anadan olmuşdur. Bütün ömrünü doğma
Azərbaycanın tərəqqisinə, xalqının elmi, mədəni
və siyasi dirçəlişinə həsr etmişdir. Orta məktəb-
də müəllim fəaliyyətinə başlayan A.Məmmədov
elmi işçi kimi böyüdü, ictimai xadim kimi ərsə-
yə çatdı, görkəmli siyasət adamı kimi həyatdan
getdi. Azərbaycan türklərinin bu torpaqda era-
mızdan çox öncə yaşaması fikrini elmi gerçək-
liyə çevirməyi bacaran alim Aydın Məmmədov
istər «Sovetskaya türkologiya» jurnalının baş
redaktorun birinci müavini, istərsə də Bədii Tər-
cümə Mərkəzinin rəhbəri kimi SSRİ-nin və bü-
tövlükdə bütün dünya türklərinin bir-birini daha
yaxından tanıması, onların doğmalaşması üçün
ölçüyəgəlməz işlər görmüşdür.
Ömrünün təxminən son onilliyini bütünlük-
lə ictimai-siyasi hadisələrə həsr edən A.Məmmə-
dov 1988-ci ilin fevralından başlayan Azərbay-
can xalq hərəkatının ön sıralarında ilk günlər-
dən dayanmışdır. Onu həmişə tətil edən fəhlə-
lərin, yerli ağalara etiraz edən kəndlilərin, tələ-
bələrin, ziyalıların arasında, özü də ən narahat,
ən ağrılı anlarda görmək mümkün idi. Ayıq si-
yasətçi və ardıcıl demokrat olan Aydının hadi-
sələrə öz şəxsi münasibəti və onları öz şəxsi
yozum üslubu vardı.
Güclü məntiqə malik, alovlu natiq Aydın
Məmmədov yüzlərlə insan kütləsini arxasınca
aparmağı bacarırdı. Xalqın sevgisini qazanmış
A.Məmmədov millət vəkili seçilmişdi. Bu
vəzifədə o, milli birlik yaratmaq, azadlıq və
demokratiya uğrunda hərəkatımızı düz yolla
aparmaq üçün ciddi işlər görürdü.
Respublika Ali Sovetinin millətlərarası
münasibətlər üzrə daimi komissiyasının sədri
idi. Qarabağa Xalq Yardımı Komitəsinin sədr
müavini olmuşdur. Azərbaycan Yazıçılar Bir-
liyi katibliyi heyətinə seçilmişdi.
1991-ci il aprel ayının 19-da avtomobil
qəzasında faciəli şəkildə həlak olmuş (Dilarə
Əliyeva ilə birgə), Şəkidə, öz doğma Kiş kən-
dində dəfn edilmişdir» [2].
A.Məmmədov fikirlərini elmi gerçəkliyə
çevirməyi bacaran alim idi. Siyasətdə demo-
krat olduğu kimi, ədəbi tənqiddə də azadfikirli
idi. Aydın Məmmədovun ədəbi mühitə öz mü-
nasibəti və təhlillərində öz şəxsi yozum üslubu
vardı. Güclü məntiqə, orijinal nəzəri fikrə ma-
lik tənqidçi idi. Ədəbiyyatın taleyi ilə bağlı
önəmli məsələlərdə sözü eşidiləcək, mövqeyi
qəbul ediləcək, prinsipiallığı ilə haqsız tərəfi
güzəştə getməyə məcbur edəcək tənqidçi tipi
idi Aydın! Olduqca geniş elmi potensiala, vir-
tuoz istedada, dərin ümumiləşdirmə qabiliyyə-
tinə malik Aydın Məmmədov ədəbi tənqidə
yeni yanaşma üsulu gətirə bilmişdi. O, Azər-
baycanın ədəbi və siyasi həyatında, yeni icti-
mai şüurun formalaşmasında önəmli rol oyna-
mışdır. Aydın elmi, ədəbi, ictimai fəaliyyətin-
də bir çox «ilk»lərə imza qoyub. Dilçilikdə ilk
miqyaslı fonemoloq, tənqiddə ilk cəsarət sahi-
bi, ilk dilçi-ictimaiyyətşünas, ilk tərcümə mər-
kəzi yaradan və s. Amma bütün bu «ilk»lərlə
bərabər Aydın Məmmədov yaradıcı şəxsiyyət
QURBAN BAYRAMOV
14
olmuş və yazıb-yaratmaq, düşünüb-düşündür-
mək missiyası Allahın ona verdiyi vergi idi...
Və belə bir vergidən uca nə ola bilərdi!?
O harda olursa-olsun, simvola çevrilmə-
yi bacarırdı. Bu fikri mən müdrik dilşünas-fi-
loloqumuz Kamil Vəlinin bir məqaləsindən al-
mışam. O yazır: «Mən 1965-ci ildə Bakı Döv-
lət Universitetinin filologiya fakültəsinə daxil
olanda Sabir Rüstəmxanlı III kursda oxuyurdu.
III kursun simvolu Sabir idi. Necə ki, II kursun
simvolu Ramiz Rövşən idi. IV kursun simvolu
Azər Abdulla, V kursun simvolu İsmayıl Məm-
mədov. Biz daxil olan ildə universiteti bitirən-
lərin simvolu isə rəhmətlik Aydın Məmmədov
idi» [3].
Belə götürəndə Aydın Məmmədov həm
öz dövrünün, həm də çağdaş filoloji fikrimi-
zin, milliyyətçiliyin, türkçülüyün, vətənsevər-
liyin və vətəndaşlıq düşüncəsinin öncüllərin-
dən biri idi. Bu ondan əvvəl olanlara, onunla
bir dövrdə yaşayanlara və ondan sonra gələn-
lərə heç vəchlə kölgə salmır. Çünki Aydın da
onların biridir, daha doğrusu, Aydını elə onlar
özləri yaradıblar və elə ona görə də onların ək-
səriyyəti Aydın Məmmədov haqqında yüksək
məhəbbətlə, hörmətlə, qiymətli fikirlərlə, ürək-
dən söz deyiblər. Və bunların heç biri təsadüf
deyil. Diqqət yetirək: akad. Məmməd Cəfər,
akad. Tofiq Hacıyev, Xalq şairi, akad. Bəxtiyar
Vahabzadə, Xalq yazıçısı Bayram Bayramov,
Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı,
prof. Kamil Vəli, millət vəkili, yazıçı-publisist
Aqil Abbas, şair Vaqif Cəbrayılzadə və s.
Aydının elminə, yaradıcılığına, ictimai
fəaliyyətinə, şəxsiyyətinə verdikləri dəyər,
bəslədikləri sevgi yalnız dost, həmkar sevgisi,
dəyəri sayıla bilməz. Məncə, bu qiymətləndir-
mələr cəsarətlə, ilkinliklə gözəl duyğuların gö-
zəl ifadəsiylə bağlıdır. Eyni yolda yürüyən və
haradasa ədəbi rəqib olan insanların bir nöqtə-
də, bir şəxsiyyətdə birləşməsi o qədər qanuna-
uyğundur ki, burada təsadüf, gəlişi gözəllik
axtarmaq imkansızdır. Bütün bunlar Aydını
həmin adamlarla birləşdirən əqidə və məfkurə
saflığından doğan, yaranan münasibətlər idi.
Milli hərəkatın ilk təkanları, milli-mənəvi
dayaqları içərisində onun da öz yeri, öz mə-
kanı, öz missiyası olubdur və görsənibdir. Bu
hiss onların bir çoxunu elmidən, yaradıcılıq-
dan uzaqlaşdırdı, ictimai adama, siyasi şəxsiy-
yətə çevrilməyə məcbur oldular, amma siya-
sətçi, hakimiyyətçi olmadılar. Onlar siyasət
yolunun günlük, hərəkat əsgəri oldular, qırı-
lanlar qırıldılar, ölməyənlər isə sonradan içəri-
də qırıldılar. Bəli, əyilmədilər, qırıldılar!
Aydın Məmmədov tanınmış dilçi, türko-
loq idi, lakin bütün bunlarla yanaşı, o, yeni
dövrün dilçi tənqidçisi idi. Necə ki, Tofiq Ha-
cıyev, Qəzənfər Kazımov, Kamal Abdulla, Ka-
mil Vəliyev, Nizami Cəfərov, İsmayıl Kazı-
mov bu yeni – dilçi-tənqidçi tipinin tanınmış-
larındandırlar.
Aydın Məmmədov rusca kamil bilirdi və
Moskvada aspirantura təhsili almışdı, görkəm-
li, tanınmış türkoloq-şərqşünasların əhatəsində
olmuşdu. Bu barədə tanınmış türkoloq, yazıçı-
publisist, Azərbaycan Yazıçıları Birliyinin Mos-
kvadakı filialının sədri Tofiq Məlikli yazır:
«2014-cü ilin yanvarında Aydın Məmmədovun
anadan olmasının 70 illiyi qeyd olunacaq. Sa-
dəcə 47 il yaşayan, faciəli bir şəkildə ölən Ay-
dın haqqında düşünəndə, nədənsə, ilk öncə iki
önəmli hadisə yadıma düşür. Birincisi gənclik
illəri, həyəcanlı, ümid dolu parlaq günlər xati-
rələrdə canlanır. Biz ikimiz də 1960–1965-ci il-
lərdə Azərbaycan (indiki Bakı) Dövlət Univer-
sitetində oxuyurduq. Mən şərqşünaslıq fakültə-
sində, Aydın filologiya fakültəsində. Bəzi “po-
tok” dərslərimizdə görüşər, dərsdən sonra isə
arada bir çayxanaya gedib dərdləşərdik. Ay-
dınla bizim tanışlığımızın əsl dostluğa, qardaş-
lığa dönməsi isə Moskvada, aspiranturada
oxuduğumuz illərdə oldu. Onu da deyim ki, o
illər Moskvada Azərbaycandan gələn çox say-
da aspirant təhsil alırdı. Elə bizim aspirantlar
mehmanxanasında gələcəyin tanınmış elm
adamları – Arif Məmmədov, Oqtay Məmmə-
dov, Hafiz Paşayev, Fuad Quliyev və başqaları
AYDIN MƏMMƏDOV – YENİ TƏNQİDÇİ TİPİ KİMİ, YAXUD GERÇƏYİN NAĞILI…
15
yaşayırdı, sıx ünsiyyətimiz, maraqlı söhbətlərimiz
olurdu. ...Onun bir ziyalı kimi, bir alim kimi
formalaşmasında o illərdəki Moskva mühitinin
çox böyük etgisi olmuşdu. Aydın olduqca iste-
dadlı bir dilçi-alimdi. O dissertasiya yazmaq üçün
asan mövzu yerinə tamamilə yeni və orijinal
mövzu “Türk samitlər: anlaut və kombinatorika”
temasını seçmişdi. Elmi rəhbəri tanınmış türkoloq
Ervand Sevortyan idi. Mövzuyla əlaqədar onun
elmi rəhbəriylə tez-tez dartışmaları olurdu» [4].
Bu dartışmaları isə SSRİ Elmlər Akademi-
yası Dilçilik İnstitutunun Türk dilləri bölməsinin
müdiri, olduqca məşhur türkoloq Əthəm Tenişev
yoluna qoyarmış. Elmi fəhminə, istedadına görə
Sovet Türkoloqlar Komitəsinin sədri Andrey Ni-
kolayeviç Kononov da Aydının xətrini istərmiş.
Nəmçinin bu xatirələrdən məlum olur ki, Aydın
Məmmədov olduqca erudik təfəkkürə malik imiş,
elmin çox müxtəlif sahələrinə – kibernetika ilə,
riyazi dilçiliklə, şumerlərlə, «Günəş teoriyası» ilə,
elmin bir çox başqa sahələri ilə məşğul olur, ma-
raqlanır, ictimai elmin digər elmlərlə əlaqəsinin
səmərəsini duyur, mütaliədən doymazımış. Bəri
başdan qeyd edim ki, bütün bunlar bir sistem şək-
lində onun tənqidçi təfəkkürünün yeni yöndə, ori-
jinal ladda formalaşmasına böyük təsir göstərmiş,
onun elmi potensialını gücləndirmiş, istedadının,
ümumiləşdirmə qabliyyətinin imkanlarını geniş-
ləndirmiş, yeni tipli tənqidçi xarakteri koduna
yiyələndirmişdi.
Lakin bu imkanlar daha geniş və əhatəli ola
bilərdi, əgər Aydının taleyi, yaşam tərzi ziqzaqlı,
tramplinli, astanalı olmasaydı... Aydının həmyer-
lisi, ona yaxşı bir poema həsr etmiş Vaqif Aslan
bu babətdən onu belə səciyyələndirir: «Aydının
taleyində Dostoyevski taleyinə oxşarlıq var idi və
bu oxşarlıq onu həyatı boyu izləmişdi. Aydın ta-
leyində Kefli İsgəndər taleyinə də bənzərlik var
idi. Elm aləmində onu kefli kimi qəbul edəndə
sakitlik tapırdılar. Bu keflilik də onu həyatı boyu
izləməmişdi. O axır ki, ayılmış və öz böyüklüyü
ilə dilçilikdə, ədəbi tənqiddə, həmçinin siyasətdə
və idarəetmədə tamlığı ilə görünə bilmişdi» [5].
Yaxşı ki, yaxşı dostlar, xeyirxah ihsanlar,
istedadın qədirbilənləri var. O vaxtlar (70-ci illər)
Azərbaycan Yazıçılar İttifaqının katibi işləyən
Elçinin və Tofiq Məliklinin təşəbbüsü, Aydı-
nın atası Mirsaleh kişinin qayğısı nəticəsində
Aydın düşdüyü burulğandan xilas olur, yeni-
dən normal həyata dönür, bir dilçi-alim, ədə-
biyyatşünas-tənqidçi, ictimai-siyasi xadim,
məşhur jurnalların redaktoru kimi Azərbaycan
mədəniyyətinə, ictimai düşüncəsinə yeniliklər
gətirən bir ziyalı, aydın olaraq fəaliyyət göstə-
rir. Əlaqələri və əhatə dairəsi genişlənir, Lui
Bazen, İren Melikoff, Həsən İren kimi dünya-
ca ünlü şərqşünaslarla münasibət və elmi ün-
siyyət qurur, «Sovetskaya türkologiya», «Xə-
zər» jurnallarına rəhbərlik edir, Tərcümə Mər-
kəzinin müdiri, Azərbaycan Ali Sovetinin de-
putatı, milli hərəkatın liderlərindən biri kimi
məşhurlaşır...
Yazıçı-publisist Şakir Yaqubov dürüst
müəyyənləşdirib: «Aydın elə həmin “Qara yan-
var” hadisələri ilə bağlı MK-da keçirilmiş han-
sısa yığıncaqdakı ağıllı, təmkinli, dərin məz-
munlu, qeyri-standart nitqi ilə məşhurlaşmışdı,
eləcə onun “filoloji təfəkkür” ifadəsi nəyə de-
sən dəyərdi…» [6].
Buradakı, ağıllı, təmkinli, dərin məzmun-
lu, qeyri-standart ifadələri diqqətimizi çəkdi.
Aydın Məmmədov doğrudan da bu cür «filolo-
ji təfəkkür» sahibi olan tənqidçilərimizdəndir.
Aydın bir tənqidçi kimi 70-ci illərin əvvəllə-
rindən tanınmağa başladı və orijinal, cəsarətli,
qeyri-standart baxışları ilə tənqidçi şəxsiyyəti-
nə çevrildi. Başqa sözlə, Aydın Azərbaycanın
ədəbi tənqid səmasında qısa bir müddətdə, la-
kin aramsız çaxan şimşəyə bənzədi və öz izini
qoya bildi. O, bir insan kimi də, alim-tənqidçi
kimi də, elm-tənqid məkanında haqqı olan tən-
qidçi tipidir. Yazıçı-publisist, millət vəkili Aqil
Abbas həmin dövrü belə xatırladır: «... elmə qa-
yıtdı və qayıdan kimi də “Ulduz” jurnalında bö-
yük bir məqaləsi dərc olundu, özü də bir neçə
nömrədə: “Zamanla səsləşən şeirlər sorağında”.
QURBAN BAYRAMOV
16
Və həmin məqalədə Azərbaycanın ömrü boyu
tənqid görməyən, həmişə təriflənən, sığallanan
xalq şairlərini belə, loru dillə desək, yıxdı-
sürüdü. Təbii ki, məntiqlə, ilahi poeziyanın
gözüylə və bizim, yəni ictimaiyyətin gözlə-
mədiyi bir baxışla. Hamı düşdü üstünə. Amma
Aydın Aydın idi, sındıra bilmədilər, əzə bil-
mədilər, əzab verdilər, amma yenə deyirəm,
əzə bilmədilər. Nə isə...» [7].
Aydında Moskva mühitində aldığı ger-
menevtika elmi ilə uyuşmuş emosional feno-
menallıq da vardı. Və bu cəhət, onun tənqidçi
fərdiyyətini fərqləndirirdi və orijinal çevrəyə
salırdı Aqil Abbas demiş, mühitindən gələn
qısqanclıq da buradan qidalanırdı... Bu oriji-
nallıq daha çox onun tənqiddə göstərdiyi yeni
anlayışlarda, məsələn, «konsensus» tipli anla-
yışlarda özünü büruzə verirdi və bu da yeni tə-
fəkkür axtaran oxucular arasında, yaxşı məna-
da «ajiotaj» yaradırdı, Aydına qarşı olan mara-
ğı artırırdı. Aydın Məmmədov professional
tənqidçi leksikasına malik idi. Onun tənqidin-
də dilçi-linqvistik təfəkkürü ilə çevik ədəbi
tənqidçi təfəkkürü qəribə, harmonik bir tərzdə
birləşirdi. O, az yazırdı, amma, insafən, yaxşı
yazırdı. Hər yazısı, az qala, hadisəyə çevrilirdi.
Onun tənqidçi dünyagörüşü orijinallıqla
yanaşı, o dövr üçün rəngarəng janrları, hələ o
vaxtlar tənqidimizdə çox az yazılan ədəbi janrları
gətirdi, daha doğrusu, bu janrları intensivləşdirə
bildi. Məsələn, Aydın nəsr, poeziya, tənqid barə-
sində olan mühüm problemləri ədəbi icmal, esse,
düşüncə, portret, müsahibə, dialoq, resenziya-mo-
noloq şəkillərində ifadə edirdi. Bu «ifadə» forma-
ları məzmunca və taleyüklü problematikası ilə
ədəbi mühitdə rezonans yaradırdı, yaxşı mənada
rəxnə salırdı, düşündürürdü...
Aydın Məmmədovun tənqid yaradıcılığı
245 səhifəlik bircə kitabda – «Sözümüz eşidi-
lənədək» (Bakı, 1988) kitabında toplanıb.
Akad. Tofiq Hacıyevin başqa bir məqamda iş-
lətdiyi təbiricə desək, «kitabın adı bir şeir mis-
rası kimi kəşfdir» və Aydının tənqidçi xarakte-
rini ehtiva edir, onun tənqidçi prinsipiallığının
koduna çevrilir, yəni «sözümüz eşidilənədək», ay
eşidənlər, sizlərdən əl çəkdi yoxdur! Bu XX əsrin
əvvəllərində tənqidi realistlərin – «Molla Nəs-
rəddin»çilərin ədəbi kredosu idi ki, XX əsrin
80-ci illərində gur səslə Aydın Məmmədovun
ədəbi-tənqidi prinsipinə çevrilmişdi. Dünyası-
nı bu yaxınlarda dəyişən, mərhum, istedadlı
tənqidçi Arif Məmmədov bu məqalələr toplu-
suna «Eşidilən sözlər» başlığında olduqca ma-
raqlı bir ön söz yazıb və Aydını «sözü eşidi-
lən», «sözünün çəkisi» olan tənqidçi tipi kimi
səciyyələndiribdir [8].
Bu məqamda, istedadlı yazıçı, tərcüməçi,
publisist, Aydın Məmmədovdan sonra Tərcü-
mə Mərkəzinə rəhbərlik edən Afaq Məsudun
«Bu dünyanın Aydın hadisəsi» məqaləsi yadı-
ma düşdü. Afaq Məsud yazır: «Bu gün Aydı-
nın Belinskinin profilini andıran uzun saçlı,
dalğın üzlü barelyefi, onun bir vaxtlar böyük
həvəslə, özəl yaradıcı stixiyası ilə qurub yarat-
dığı Tərcümə Mərkəzinin giriş hissəsindəki
bürünc xatirə lövhəsinə həkk olunub. Binanın
qarşısından ötənlər, zaman-zaman önünə qə-
rənfillər düzülən, payız, yaz ayları yağış-çiski-
nin nəmindən islanıb qaralan bu barelyefin ki-
mə məxsus olduğundan bəlkə də xəbərsizdilər.
...Uzaq, qədim qərinələrin dəniz döyüşlərindən
düşmüş qəzalı gəmi duruşuyla dayanıb duran
bu ədəbiyyat ocağının, Aydının işığını yaşat-
mağa davam edən Müqəddəs Ocağa çevrildi-
yindən xəbərsizdilər. ...Bu, Aydının işığıdı...
Özü ilə uzaq Kiş sıldırımlarının saf ucalıqla-
rından gətirib gəldiyi müqəddəs Aydın işığı.
Mərkəzi qanlı-qadalı illərin ölüm-dirim yoxuş-
larından salamat keçirib çıxaran, uzun illərin
bol yağışları, qar-tufanı altında çökməyə qoy-
mayan, yenilməz, dəfedilməz, zərif işıq...
Aydının, yarımçıq qalmış həyat eşqinin
işığı…» [9].
Burada iki məqama diqqəti cəlb etmək
istərdim. Bir Aydının barelyefinin Belinskiyə
oxşarlıq assosiasiyası, bir də «Aydın işığı!» bən-
zətməsi! Afaq Məsud məqaləsinin əvvəlində,
həm də erudik yazıçı-publisist fəhmi ilə Aydının
AYDIN MƏMMƏDOV – YENİ TƏNQİDÇİ TİPİ KİMİ, YAXUD GERÇƏYİN NAĞILI…
17
şəxsiyyətini analoji müqayisələr silsiləsində
belə təqdim edir: «Aydının həyatı həmişə, nə-
dənsə, mənə, nə vaxtsa oxuyub təsirləndiyim
və bu günəcən də xatırladıqca kövrəldiyim
bədii əsəri, bir çox məqamlarıyla XIX əsrin
inqilabçı ruhlu maarifçilərinin – Dobrolyubo-
vun, Çernışevskinin, Belinskinin mübarizələr,
qələbələr və məğlubiyyətlər dolu, əfsanəvi
həyat hekayətini andırır.
Doğulduğu sıldırımlı Kiş kəndi, ana bətni
tək, ilıq Şəki məhrəmliyindən sonra üzləşdiyi cod
qanunlu, amansız şəhər həyatı, enişli – yoxuşlu
ədəbiyyat və elm mücadilələri, maddi sıxıntılar
və ehtiyaclar dolu, yuxusuz gecələrlə yazıb-
yaratdığı dəyərli əsərləri, ölkənin ağır müstə-
qillik dönəmində qalxana çevirdiyi parlaq alim
zəkası, barışmaz vətəndaş mövqeyi, pak, in-
sansevər qəlbi, iztirablar və qəzalar dolu, keş-
məkeşli həyatı, faciəvi ölümü, basdırıldığı qə-
dim, kimsəsiz Kiş qəbiristanlığı...
Aydının kədərli həyat hekayətini sona
çatdıran müəmmalar dolu, sirli ölümü də, san-
ki, bədii əsər sonluğudu. Lev Tolstoyun məş-
hur “Sevastopol hekayələri”ndən birinin axırı-
nı – döyüş zamanı yaxınlıqda partlayan qum-
baradan həyatını itirmiş əsgər yoldaşının, hərə-
si bir tərəfə uçan qopuq əzalarına baxdıqca, öz
ölümündən xəbərsiz beyninin son, ani çaxıntı-
sıyla: “nə yaxşı, mən ölmədim” düşünən Ko-
zeltsovun həyat finalını xatırladır. Fərq bircə
bundadı ki, burada yaxınlıqda partlayan qum-
baradan ölən də, bu ölümü öz gözləriylə müşa-
hidə edib, öz ölümündən xəbərsiz, həyat eşqi
ilə ölən də, Aydın özüdü...» [9].
Mən Afaq Məsudun bu assosiativ analo-
giyasından, əlbəttə ki, uzağam, amma Aydın
Məmmədovun bizim dünyamızın hadisəsi və
ədəbi-tənqidi aləmimizdə bir «Aydın işığı»nın
olması ilə tam razıyam... Onunla da razıyam
ki, Aydın Məmmədov fenomenal bir alim,
tənqidçi, ictimai nüfuza malik insan idi. Və
onun 70 illik yubileyinə AMEA Nəsimi adına
Dilçilik İnstitutunun 2 fevral 2015-ci ildə həsr
edilmiş elmi sessiyanın «Aydın Məmmədov
fenomeni» adlandırılması da, elmimizin təsdiq
etdiyi qənaətdir. Bu təkzibedilməz qənaəti ses-
siyanı giriş sözü ilə açan institutun direktoru,
akad. Tofiq Hacıyev belə təsbit etmişdir: «Ay-
dın Məmmədov çox gənc ikən Azərbaycanın
ictimai fikir tarixinə daxil olmuş bir dilçi,
böyük alimdir. Biz bu gün Dilçilik İnstitutu
olaraq Aydın müəllimin xatirəsini yad edirik,
eyni hüquqla bu işi Ədəbiyyat İnstitutu, Ya-
zıçılar Birliyi və ya hansısa ictimai-siyasi təş-
kilat da edə bilərdi. Yəni Aydın Məmmədov
belə çoxşaxəli istedad sahibi idi. O, öz qabiliy-
yətini dərhal elan edə bilirdi. Nə ilə məşğul
olurdusa, o sahədə dərhal öncüllüyü ələ alırdı.
Biz Aydın Məmmədovu, əlbəttə, ilk növbədə
dilçi kimi tanıyırıq. Azərbaycan dilçiliyi üçün,
türkologiya üçün, ümumi dilçilik üçün Aydın
Məmmədov çox işlər görüb. Bütün türk res-
publikalarında fonetika ilə bağlı dissertasiya
yazanların hamısı onun namizədlik işindən
istifadə edir. Akad. A.Şerbak A.Məmmədovun
fonetika sahəsində olan elmi fəaliyyətini həmi-
şə yüksək dəyərləndirmişdir. O, Azərbaycan
dilçi-alimləri içərisində ən çox istinad olunan
şəxslərdəndir. Bu gün biz dilçilik və mədəniy-
yət tarixində xüsusi çəkisi olan bir alimi yad
edirik. Düzdür, o, elmlər namizədi kimi həyat-
dan getsə də, amma ən çox istinad olunan
şəxslərdəndir» [10].
Tofiq Hacıyev daha sonra deyib: «Təəs-
süf ki, Aydın Məmmədov dünyadan elmlər na-
mizədi kimi getdi. Ömrünün son illərində
Azərbaycanda baş verən ictimai-siyasi proses-
lərə, azadlıq hərəkatına qoşulduğundan elmi
işi ilə məşğul olmağa vaxtı qalmırdı. Təsəvvür
edin ki, Qazaxıstanda onun doktorluq refera-
tını çap etdilər. Onun isə başı ictimai məsələlə-
rə elə qarışdı, müdafiəyə getmədi. Amma biz
Aydını elə doktor kimi tanıyırıq. Başqa res-
publikalarda da onu doktor kimi tanıyırlar.
Mən Azərbaycanda onun kimi nəzəri hazırlıqlı
fonetist tanımıram. Yadımdadır, Azərbaycanda
2 «Türkologiya», № 2
QURBAN BAYRAMOV
18
böyük türkoloq Aleksandr Şerbakın kitabının
müzakirəsi keçirilirdi. Məruzəçi Aydın Məm-
mədov idi. Bu adam bir məruzə elədi ki, Şer-
bakın özü heyran qaldı. Bütün müasir türkolo-
giya nəzəri və fonetik baxımdan onun məruzə-
sində işıqlandırıldı və özünü böyük dilçi hesab
edənlərin hamısı gördü ki, bizim fonetikamız
hansı nəzəri səviyyədədir.
A.Məmmədov 1988-ci ildə “Kitabi-Dədə
Qorqud”un birinci kollokviumunu təşkil edə-
rək Türkiyə ilə Azərbaycan arasında elmi-mə-
dəni əlaqələrin güclənməsinə nail olmuşdur.
“Azərbaycan filologiya məsələləri” adlı toplu-
sunun çapı da onun adı ilə bağlıdır. Həmçinin
o, Nəsimi adına Dilçilik İnstitutunda Tipoloji
dilçilik şöbəsində çalışıb. Aydın Məmmədov
görkəmli dilçi olmaqla yanaşı, həm də istedad-
lı ədəbiyyatşünas, tənqidçidir. Aydın Məmmə-
dov AMEA-nın Rəyasət Heyətində Humanitar
Bölmənin (akad. Məmməd Cəfərin rəhbərliyi
ilə. – Q.B.) elmi katibi vəzifəsində işləyərək
bu sahədə çoxlu işlər görmüşdür. Çox gözəl
qələmi olan bir tənqidçi idi. Hamı arzu edirdi
ki, Aydın onun haqqında bir yazı yazsın» [10].
Bu, qazanılmış tənqidçi nüfuzu və tən-
qidçi səlahiyyəti idi və özü də asan qazanılma-
mışdı. Axı, Aydın Məmmədov tənqidə gələndə
artıq Azərbaycan tənqidi 60-cı illər ədəbiyyatı
kimi keyfiyyətcə yeni bir mərhələyə qədəm
qoymuşdu. Bu mərhələdə Azərbaycan tənqidi-
nə yeni nəfəs, yeni baxış bucağı, fərqli təhlil
manerası, orijinal ədəbi-estetik kriterilər axını
başlamışdı. Aydının qarşısında böyük nüfuza
və təcrübəyə malik, ustad tənqidçilər nəsli var
idi. Məmməd Arif, Məmməd Cəfər, Cəfər Cə-
fərov, Kamal Talıbzadə, Bəkir Nəbiyev, Yəh-
ya Seyidov, Qulu Xəlilov, Məsud Əlioğlu, Pə-
nah Xəlilov, Əhəd Hüseynov, Cəlal Abdulla-
yev, Elçin, Gülrux Əlibəyova, Akif Hüseynov,
Şamil Salmanov, Asif Əfəndiyev (Asif Ata),
öz nəslindən Kamil Vəli, Kamal Abdulla, Ni-
zami Cəfərov və bizlər... Ədəbi tənqidlə məş-
ğul olan, mənsub olduğu nəsil, istedad dərəcə-
si və nəzəri hazırlıq səviyyəsi baxımından ta-
mamilə fərqlənən tənqidçilərimizin heç də tam
olmayan bu nüfuzlu siyahısında, bu pleyadada
fərqlənmək, nəzərəçarpacaq nüfuz qazanmaq o
qədər də asan məsələ deyildi! Aydın Məmmə-
dov öz istedadı, vətəndaşlığı və fədakarlığı,
erudik biliyi, ədəbi fəhmi ilə bu «müşkülə»
açar saldı və özünəlayiq nüfuzlu yerini tapdı,
bu yeni müstəvidə məqamını tutdu!.. Onun
«Zamanla səsləşən şeirlər sorağında» (I və II
məqalələr), «Bugünkü nəsrimizin poetik mən-
zərəsi», «Nəsrin çətin yolları, tənqidin dolan-
bacları», «Ən gənc nəsrimizin poetik mənzərə-
si» [11] qəbildən məqalələri bu cəhətdən ol-
duqca böyük maraq doğururdu və ədəbi tən-
qiddə spesifik idrak hadisəsinə çevrilirdi. Ay-
dın Məmmədov yeni tipli tənqidçi təfəkkürü
ilə Azərbaycan nəsrinin o dövrdə təyinedici
missiyaya malik ümumittifaq nəzəri fikri sə-
viyyəsində poetik mənzərəsini yaratmağa mü-
vəffəq olmuşdu.
Görkəmli mütəfəkkir-tənqidçi Yaşar Qa-
rayev o dövrün (70-ci illərin) ədəbi tənqidini
səciyyələndirərkən «Tənqidin gəncliyi» məqa-
ləsində Aydın Məmmədov tənqidini belə qiy-
mətləndirirdi: «Bu nəslin bütövlükdə ifadə et-
diyi orijinal bədii çalar və fərdi estetik əda öz
ilk qabarıq ifadələrindən birini Aydın Məm-
mədovun fərqli manera ilə yazılmış məqalələ-
rində tapdı. “Bugünkü nəsrimizin poetik mən-
zərəsi”, “Ən gənc nəsrimizin poetik mənzərə-
si” məqalələri onun miqyaslı və obrazlı təfək-
kür tərzi, bədii istedad və imkanları barədə
nikbin ümid və təsəvvür aşıladı. Bu yazılarda
o, milli-bədii prosesi (əsasən nəsri) geniş kon-
tekstdə, onun perspektivli meyilləri işığında
alır və fərdi, müstəqil, emosional düşüncələrin
predmetinə çevirə bilir» [12].
Aydının tənqidində, ənənəvi tənqiddən
fərqli olaraq sərbəst düşüncə, interpretasiya,
yeni yozum, emosionallıqla süslənmiş akade-
mizm əsas, aparıcı xətti təşkil eləyir. Aydının
tənqidində emosionallıqla analitikliyin vəhdəti
paradoksal hala çevrilmir, əksinə, harmoniya
yarada bilir, biri-digərini tamamlayır... Fərqli
AYDIN MƏMMƏDOV – YENİ TƏNQİDÇİ TİPİ KİMİ, YAXUD GERÇƏYİN NAĞILI…
19
bir mahiyyət çaları yaradır. Əlbəttə, fərqlən-
mək istedadın bəhrəsidir. İstedad isə ədəbi-
nəzəri kontekstdə hərtərəfli filoloji biliyə yiyə-
lənmək, müəyyən ideya-estetik mövqedə da-
yanmaq qabiliyyəti, ehtiras, mübahisəyə hə-
vəs, vətəndaşlıq hissinə malik olmaq, milli
ədəbiyyatın heysiyyətini qorumağı, onun təəs-
sübkeşi olmağı bacarmaq deməkdir...
Aydının tənqidində 70–80-ci illərin ön-
cül tənqidinə xas olan bu cəhətlər cəmlənmiş-
di. Aydın bir tənqidçi kimi narahat və axtarıcı
qələm əhlindən idi. Aydın Məmmədov bir tən-
qidçi kimi bədii mətnin, materialın cövhərini
üzə çıxarmağı bacarır, bədii mətnin müəlli-
finin belə duymadığı, ağlına gəlmədiyi gizli
qatları aşkarlayır, özünün yozumlarını, şərhlə-
rini inandırıcı hərarətlə, qeyri-adi məntiqlə or-
taya qoyurdu, ədəbi janrların mahiyyətinə var-
maqla prosesin istiqamətini müəyyənləşdirirdi.
Belə ki, Aydını bir tənqidçi kimi maraq dairə-
sinə daxil olan məsələlərdən ən mühümü ayrı-
ayrı janrların – 60–80-ci illər şeirinin, nəsrinin
ədəbi prosesdəki canlı inkişafını izləmək,
ümumiləşdirmək, ümumidə xüsusinin, xüsu-
sidə ümuminin yerini və əhəmiyyətini dürüst-
ləşdirmək, poeziyanın, nəsrin inkişaf perspek-
tivlərini proqnozlaşdırmaq dururdu. Onun yu-
xarıda adlarını çəkdiyimiz «Zamanla səsləşən
şeirlər sorağında» (I və II məqalələr), «Bugün-
kü nəsrimizin poetik mənzərəsi», «Nəsrin çə-
tin yolları, tənqidin dolanbacları», «Ən gənc
nəsrimizin poetik mənzərəsi», ümumiyyətlə
«Sözümüz eşidilənədək» kitabında toplanan,
həmçinin ora düşməyən bir sıra məqalələri,
icmalları, dialoqlarında Azərbaycan poeziyası-
nın, nəsrinin yeni mərhələdəki vəziyyəti, proq-
ressiv və reqressiv cəhətləri ətraflı təhlil olu-
nur, inkişaf meyilləri qiymətləndirilir, dövrün
ədəbi həyatı üçün mahiyyətli, mənalı və xeyirli
olan inandırıcı elmi-nəzəri mülahizələr irəli
sürülürdü.
Məsələn, «Zamanla səsləşən şeirlər sora-
ğında» məqalələri 60–70-ci illər ədəbi prosesi-
nə həsr edilmiş tutarlı, faktlarla zəngin, ümu-
miləşdirmələrlə süslənmiş və dediyimiz krite-
riləri ehtiva edən səciyyəvi bir əsər təsiri ba-
ğışlayır. Burada, tənqidçi təəssüratı yoxdur,
elmi-nəzəri məntiq və təhlil, poeziyanın im-
kanlarının estetik dərki, poetik təfəkkürdə ən-
ənə və novatorluq problemi, ənənəviçilik və
formal novatorluğun təzahürləri, «şeir axını»
və mənasızlıq, şeir axınının həqiqi poeziyanı
sıxışdırmaq təhlükəsi, istedadla istedadsızın
tənasübünün estetik zövqə vurduğu ziyan və s.
tənqidçini ciddidən-ciddi düşündürür, poetik
təsərrüfatda baş verənlərin səbəblərini tapma-
ğa və bunların necə aradan götürülməsinin
yollarını aramağa çalışır.
Aydın Məmmədovu bir düşüncə sahibi
kimi şeirdə sənətkarlığın aşağı düşməsi, ədəbi
tənqidin şeir təsərrüfatı ilə lazımınca, dəyərincə
məşğul olmadığı, konyunktur resenziyaların ya-
zılması, poeziya, eləcə də digər ədəbi janrlar haq-
qında yazılan yaxşı məqalələrin kəmiyyətcə
azlığı, şair və yazıçı şəxsiyyətinin təzyiqi qarşı-
sında tənqidçi dözümsüzlüyü narahat edirdi.
Aydın tənqidində müasirlik kateqoriya-
sının şərhinə və bu kateqoriyanın prinsipləri
ilə bədii mətni təhlilə xüsusi önəm verirdi.
Aydının tənqidində müasirlik kateqoriyasının
əsas, başlıca komponentləri əksini, izahını tapa
bilir. O, müasirliyi aktuallıqla eyniləşdirməyi,
hər iki estetik kateqoriyadan sənətkarlığın zə-
rəri hesabına sui-istifadə etməyi o dövrün ədə-
biyyatının ən yaralı yeri sayır və bədii ədəbiy-
yatın sənətkarlıq məsələlərini, tədqiqini hər iki
estetik kateqoriya ilə vəhdətdə aparır, müasir-
liyin əsas ideya-estetik mündəricəsini açır. Be-
ləliklə, Aydın bir tənqidçi kimi məqalələrində
günün estetik tələbləri mövqeyindən konsep-
tuallığı həmişə nəzərdə saxlayır, tənqiddə mü-
şahidə edilən fəaliyyətsizliyi, kəsərsizliyi, bi-
ganəliyi heç cür qəbul eləmir, tənqidi tənqid
atəşinə tutur...
Aydının tənqidində (mən bu ifadəni dönə-
dönə işlətməkdə məqsədim odur ki, bildirim ki,
2 *
QURBAN BAYRAMOV
20
həqiqətən də, Aydının spesifik, Aydına məx-
sus tənqidi mövcuddur) bir cəhət də diqqətçə-
kəndir. Dilçi-linqvist, türkoloq-alim Aydınla,
ədəbi-estetik kateqoriyalarla düşünən tənqidçi
Aydının düşüncə tərzinin ortaq məxrəcə gəl-
məsi, birinin digərini uyarlıqla tamamlama-
sıdır. Dilçi Aydınla tənqidçi Aydının birləşən
müşahidə və mühakimələri ayrı-ayrı ədəbi-
estetik problemlərin əsaslı, obyektiv şərhinə,
təhlilinə etibarlı estetik zəmin hazırlayır. Elə
bir zəmin ki, xarakter, qəhrəman, forma və
məzmun, yazıçı mövqeyi, aktuallıq və müasir-
lik, bədii dil və sənətkarlıq problemlərinin
düzgün, dürüst, səviyyəli tədqiq və təqdimini
təmin edir.
Belə ki, Aydının bədii fikrimizin, ədəbi
məhsulumuzun təhlilinə və tənqidinə həsr
edilmiş məqalələr silsiləsi ədəbi prosesin ça-
tışan və çatışmayan cəhətlərini, uğur və nöq-
sanlarını polemik müstəvidə, nəzəri mübahisə-
lər diapazonunun genişliyi kontekstində üzə
çıxarır, onun inkişafının əsas meyillərini mü-
əyyənləşdirir, ədəbi məhsulun ümumən, küllən
elmi-nəzəri, estetik təsnifatını verə bilir, bədii
prosesə hərtərəfli və nüfuzlu müdaxilə etmək
imkanı qazanır...
Aydın Məmmədov Azərbaycan tənqidinə
ilk dəfə linqvistik modellərin ədəbiyyatşünas-
lığa – ədəbi tənqidə tətbiqini gətirənlərdən biri
oldu və hələ Avropada yeni-yeni təşəkkül ta-
pan «strukturalist poetikanın» (görkəmli ingilis
filoloqu Conatan D.Kuller) təhlil metodologi-
yasından istifadə elədi. Elə Conatan D.Kuller də
Aydının həmyaşıdı idi. Qəribədir, Aydın ədəbi
və ictimai mühitdə hamı ilə, ən cox isə özü özü
ilə debatı xoşlayardı və bu onun psixoanalitik
düşüncə tərzinin işartılarından idi... Lakin bunu
əsaslı şəkildə təsbit etməyə onun vaxtı, imkanı,
daha doğrusu, hövsələsi olmadı. Hövsələ de-
dim, Aydının həmqələm, həmməslək dostu,
yazıçı-publisist, dilçi-tənqidçi Kamal Abdulla-
nın Aydın barəsində yana-yana yazdığı esse-
sindən bir müşahidəsi yadıma düşdü. Aydının
elmdə, tənqiddə, ictimai-siyasi mühitdə, ümu-
miyyətlə, həyatında-fəaliyyətində «fatehlik» təş-
nəsi olmasını xarakter səviyyəsində yeganə ola-
raq Kamal Abdulla dürüst müşahidə etmişdi. O
vaxtkı ümumittifaq miqyasında türkoloq kimi
tanınan Aydına müraciətlə deyir: «Aydın,
qardaşım, bu sənin üçün az idimi? O dəqiqə
həvəsdən düşürdün. Bəlkə ən yaxın, ən məh-
rəm iki-üç ürək dostun xasiyyətinin belə bir
məqamını bilirdi ki, nail olduğun, fəth etdiyin
hər hansı bir şey sənin üçün yalnız o fəth
edilmə prosesi zamanı maraqlı olur. Dilçilik
artıq sənin aləmində fəth edilmişdi. Qarşıda
daha geniş və qismən yeni və yeni olduğu
üçün də son dərəcə cazibəli ədəbiyyat meydanı
açılırdı. Bu meydana yeni bir maraq və hə-
vəslə atıldın.
Yeni bir mübarizə həvəsi ilə. Bir-birinin
ardınca sanki birnəfəsə yazılmış kəskin tənqidi
məqalələrin 70-ci və 80-ci illər Azərbaycan
ədəbi tənqidinin ən gözəl nümunələri oldu.
Hamının diqqət mərkəzinə keçmişdin. Sənin
nüfuzlu tənqidçi sözünü həm qocaman sənət-
karlarımız, həm də gənc, istedadlı şair və yazı-
çılarımız, kimi nigaran-nigaran, kimi də ümid
və həvəslə gözləyirdi. Böyük bir Tərcümə
Mərkəzinə rəhbərlik sənə tapşırılmışdı və sən
də burada özünəməxsus təşkilatçılıq səliqə-
sahmanınla artıq sezilən və möhkəmlənən bir
dəst-xətt yaradırdın. Aydın, qardaşım, yavaş-
yavaş əlin-ayağın bir yerə yığılırdı, həmməs-
ləklərinlə bir mərkəzdə birləşmişdin, bu sənin
üçün az idimi?» [13].
Aydın üçün öz ömrü kimi, hər şey az idi
və bu «azlığın» labirintində o axtara-axtara,
nəyisə «fəth» etmək üçün aza-aza gedirdi,
türklər demiş «koşurdu»! Bəlkə də, onu həm-
karlarından, ürək dostlarından, onu sevənlər-
dən fərqləndirən də bu cəhəti idi. Onu sevənlər
isə var idi. Yenə də, Kamal Abdullaya istinad
edək: «Aydın Məmmədov öz məhvini özü ha-
zırlayanlardan biri oldu. Və öz fiziki məhvi ilə
qovuşmayana qədər sakitləşə bilmədi. Çox şey
qaldı ki, ona deyə bilmədim. Və deyə bilmə-
diklərimi ağır da olsa, yazmaq istədim. Aydına
AYDIN MƏMMƏDOV – YENİ TƏNQİDÇİ TİPİ KİMİ, YAXUD GERÇƏYİN NAĞILI…
21
birinci demək istədiyim bu oldu: – Eşidirsən-
mi, Aydın? Heç olmasa, indi sakitləşdinmi?
Sən elə bir ağrı qoyub getdin ki, bizim üçün
səndən sonra artıq kiminləsə sənin barəndə da-
nışmaq, səni xatırlamaq çətin olacaq. Həmi-
şəlik çətin olacaq. Bizim üçün, yəni birinci
növbədə sənin dostların üçün. Vəzifə və rütbə-
sindən, adından və mövqeyindən asılı olmadan
bu yaxınadək kiminlə ki, iki-üç kəlmə kəs-
dinsə, artıq o adam özündən xəbərsiz ən azı
hörmətini saxlayan yaxın adamına çevrilirdi.
Biz isə sənin dostların idik. Və biz səni sevir-
dik. Sənə münasibətimiz nə xalq deputatına,
nə ictimai xadimə, nə də siyasət adamına olan
münasibət üzərində qurulurdu. Biz səni, sa-
dəcə, Aydın kimi sevirdik. Mənim üçün, Azər
Mustafazadə üçün, Natiq Səfərov üçün, Ramiz
Rövşən üçün, Vidadi üçün, Vaqif Bayatlı,
İsmayıl Məmmədov və Zakir Fəxri üçün sən
ancaq və ancaq Aydın idin. İntiqam üçün,
Rəşad üçün, Aqil üçün, ancaq və ancaq Aydın
idin. Hamımız da elə bilirdik ki, səni bizdən
yaxşı tanıyan yoxdur. Tanıyan bəlkə də var idi,
amma sevən… çətin ağlım kəsir» [13].
Tənqidçi Aydının ədəbi tənqidinin bir
cəhəti də, nümunəvidir, bu da onun tənqidinin if-
ratçılıqdan, subyektivlikdən, açıq, məqsədli ten-
densiyadan uzaq olmasıdır. Əfsus ki, bunlardan
«uzaq olmamaq» məhz müasir, indiki tənqidimi-
zin ən böyük qüsuruna, naqis cəhətinə, real sapın-
tısına çevrilibdir... İndiki tənqidimizdə tərifnamə-
lər, resenziya-difiramblar, komplimentçilik peşə-
kar, həqiqi elmi-nəzəri tənqidi üstələməkdədir...
Aydın hələ, öz zamanında, 70–80-ci illərdə bu
«üstələmənin» qənşərinə sipər çəkmək niyyətində
idi... Lakin atalar «niyyətin hara, mənzilin ora»
deməsinə baxmayaraq, Aydın bir çox niyyətinin
mənzilinə yetə bilmədi...
Aydının nəsr tənqidi də polemik ruhda
idi və onun 60-cılarla, xüsusən də 60-cılar nəs-
linin sayılan şəxsiyyəti olan Anarla debatı
bəzilərinin yadındadır. Bu əsil yeni duyumlu
yazıçı ilə yeni dünyagörüşlü tənqidçinin qarşı-
lıqlı hörmət çərçivəsində polemik dialoqu idi. Bu
mənada «Nəsrin çətin yolları, tənqidin dolanbac-
ları», «Bugünkü nəsrimizin poetik mənzərəsi»
məqalələrini xatırlatmaq kifayətdir. Elə bu kon-
septual ədəbi icmalların sərlövhələri Aydını yeni
tənqidçi tipi kimi səciyyələndirir. Nəsrin ən «poe-
tik mənzərəsi» çətin, az uyuşan elementlərdəndir.
Amma Aydın Məmmədov yeni təfəkkürlü bir
alim, bir tənqidçi tipi kimi həmişə «çətin, az uyu-
şan» elementləri görə bilir, onları tənqidçi fəhmi
ilə uyuşdurur, akad. Tofiq Hacıyevin təbirincə de-
sək «söylənmişlərə söylənməmişləri əlavə edir»,
tənqidin dolanbaclarına cəsarətlə girir, tramplin-
ləri aşır, çətin yollardan keçməkdən çəkinmirdi...
Bu məqalələrdə Aydın ilk dəfə idi ki, 60-cı-
ların fərdi-üslubi cəhətlərini linqvistik metodla,
analitik təhlillə aşkarlayır, dil və üslub
problematikası istiqamətində fikrini incələyir.
Burada Aydın fərdi üslub kontekstində ciddi
ümumiləşdirmələr aparır, nəsrin həyat hadisə-
lərini bədii-fəlsəfi bucaqdan təsvir imkanları-
nın mahiyyətinə toxunur, «yeni nəsr» anlayışı-
nı qəbul etməsə də (polemika burada yaranır-
dı), «nəsrin yeni keyfiyyət» mərhələsinin este-
tikasını güclü ədəbi məntiqilə inandırır, belə-
liklə, sərf-nəzər etmədən 60–80-ci illər Azər-
baycan nəsrinin əksər aparıcı nümayəndələri-
nin yaradıcılığını təhlilə cəlb etməklə dövrün
nəsrinin «poetik mənzərəsini» yaratmağa, nəs-
rin hərəkət istiqamətini – nəsrin inkişafındakı
proqressiv irəliləyişi, reqressiv geriləməni,
durğunluq və çaşqınlığı, irəliyə və geriyə hərə-
kəti konkret ədəbi faktların təhlili ilə müəy-
yənləşdirməyə müvəffəq olur; M.Baxtinə məx-
sus «polifonik roman» nəzəriyyəsini, təhlil
metodunu yaradıcı-erudik tənqidçi fəhmi ilə
«özünəməxsus çoxsəslilik» anlayışından istifa-
də edərək Azərbaycan nəsrinin sferasında ax-
tarır, bizim nəsrimizin, heç də, dünyanın apa-
rıcı nəsrindən geri qalmadığına işarə edir.
Aydını yeni tənqidçi tipi kimi fərqləndirən
cəhətlərdən biri də, onun Anar, Elçin, Gülrux Əli-
bəyova, Seyfulla Əsədullayev, Kamal Abdulla
QURBAN BAYRAMOV
22
kimi ümumittifaq tənqid mühitinə çıxa bilməsi
idi. Aydın SSRİ EA Dilçilik İnstitutunun
aspiranturasında mükəmməl təhsil görmüşdü,
rusca yaxşı yazırdı. Onun elmi və tənqidi tə-
fəkkürü Moskvadakı «rus cuhudları»nın tənqi-
di təfəkküründən impulslar alırdı, müsbət mə-
nada beyinəqoşulmalar olurdu və o mühitdə
tanınırdı. Ona görə də «Drujba narodov» təkin
mötəbər jurnalda, «Literaturnaya qazeta» təkin
dünyaca məşhur qəzetdə, digər elmi dərgilərdə
çıxış edə bilir, o, yüksək sferaya cəsarətlə da-
xil olur, Azərbaycan elmini və tənqidini o
vaxtkı ümumittifaq miqyasında ləyaqətlə təm-
sil edirdi, bizə nüfuz qazandırırdı.
Aydın Məmmədovun tənqid yaradıcılığından
danışarkən onun publisistikasından danışmamaq
düz olmazdı. Aydın Məmmədov alovlu publisist,
mahir natiq idi, sözün klassik mənasında, onun an-
tik natiqlik istedadı var idi. Xalq yazıçısı, Qarabağa
Xalq Yardımı Komitəsinin sədri, sovet dönəmində
ilk demokratik mətbuat orqanı olan «Azərbaycan»
qəzetinin təsisçisi Bayram Bayramov onun bu baca-
rığını yüksək qiymətləndirərək yazmışdı: «...Aydın
mahir publisistdir, həm də natiqdir. Onun publisistik
düşüncəsi çevikdir, problemləri vaxtında aşkarlayır,
bəzən də qabaqlayır. Onun publisistik məqalələrin-
də coşğun vətənpərvərlik, millilik və azadlıq ruhu
var. İndiki halda Aydının publisistik məqalələrinə,
xüsusən Qarabağ hadisələri ilə əlaqədar məqalələ-
rinə böyük ehtiyac var. O, inandırır, adamları arxa-
sınca aparmağı bacarır...» [14].
Aqil Abbas da, emosional ovqatda olsa
da, haqlı yazırdı: «...Çox istərdim ki, Aydın
Məmmədovun Ali Sovetin iclaslarında etdiyi
çıxışların stenoqrafik mətnini çap eləsinlər.
Mən onu tənqidçi kimi, alim kimi, türkoloq
kimi yazılarını qoyuram bir kənara – onda gö-
rərlər millətini sevən kişi necə olurmuş?» [15].
Bütün bu keyfiyyətlərlə yanaşı, Aydın
Məmmədovun publisistik yaradıcılığında sosi-
al duyumla fəlsəfi duyum uyarlaşdırılaraq qoşa
qanada çevrilir, emosional üslubda, güclü
məntiqi əsasda təqdim edilir, oxunaqlı və inan-
dırıcı olur. Aydınlıq hasil olsun deyə, Aydının
«Əhdi kəsilmiş atları güllələyirlər, elə deyil-
mi?» publisistik məqaləsindən bir fraqmenti
təqdim edirəm: «Bizə nə vəd olunub?! Biz nə
istəyirik?! Bizə vəd olunan şeyin mahiyyətini,
qiymətini, dəyərini özümüz üçün düzgünmü
müəyyənləşdirmişik?! Və yaxud dəli kimi hay-
qıra-hayqıra, qışqıra-qışqıra, bir-birimizi itələ-
yə-itələyə, dümsükləyə-dümsükləyə gah ya-
vaş, gah yorğa, gah da nəfəsi kəsilə-kəsilə, sü-
rünə-sürünə işığına getmiş olduğumuz o arzu
deyilən bir şeyin özü bizim üçün tam aydınlığı
ilə bəllidirmi?! Mahiyyətini bilirikmi?! Bilirik-
mi ki, bu bizim doğrudan da həyatımız boyu
arzuladığımız, gözlədiyimiz o böyük arzudur,
yoxsa bu da milyon-milyon arzularımız kimi
bir yol dolanbacında, bir dalanda qismətimizə
çıxandan sonra dişimizə vurub ayaqlarımızın
altında tullayacağımız və üstündən adlayıb ke-
çəcəyimiz arzulardan biridir?!» [16].
Aydın Məmmədovun «Axırıncı çörək
yerim beynimdi...» publisistik essesi də fəlsə-
fi-sosial məzmunu ilə heyrət doğurur və müəl-
lifin tale yolunu aşkarlayır: «Bəşəri fəlakətin
əks-sədası kimi törəyən fərdi əzab bəzən
həmin bəşəri fəlakətdən də qüvvətli olur, onu
qabaqlayır və bəşəri ahəng bərpa olunandan
sonra da yaşayır və öz mövcudiyyətini ancaq
və ancaq fərdi sarsıntının daşıyıcısı olan şəxsin
cismani ölümü ilə sona vurur» [17].
Bu bircə cümlədə işlədilən bəşəri fəlakət, fər-
di əzab, bəşəri ahəng, fərdi sarsıntı, cismani ölüm
təki leksik vahidlərə diqqəti cəlb etmək istərdim.
Elə bil, Aydın öz şəxsi faciəsi ilə bəşəri faciənin fəl-
səfi-psixoloji, sosial məzmunda qovuşuğunun ma-
hiyyətini axtarır, öncəgörüm, öncəduyum eləyir.
Lakin Azərbaycanın tanınmış türkoloq-ali-
mi, yeni mərhələnin yeni tənqidçisi, alovlu pub-
lisist və natiqi, yeni, demokratik filoloji hərəkatın
təşkilatçısı (Tərcümə Mərkəzini nəzərdə tuturam),
ictimai xadim Aydın Məmmədovu «cismani ölüm»
bizdən ayırsa da, mənən, böyük hərflə yazılan bir
insan kimi, ziyalı-aydın kimi həmişə müasirimiz
olaraq qalacaqdır. Mənə elə gəlir ki, nə qədər ki,
türkologiya elmi vardır, o qədər də bu elmdə şəxsi
AYDIN MƏMMƏDOV – YENİ TƏNQİDÇİ TİPİ KİMİ, YAXUD GERÇƏYİN NAĞILI…
23
imzası olan Aydın vardır; nə qədər ki Azərbaycan
ədəbi tənqidi vardır, o qədər də ədəbi tənqidimizdə
qısa, lakin unudulmaz Aydın mərhələsi vardır.
Burada «Gerçəyin nağılı»nı bitirərdim.
Lakin bir mətləbi də qeyd etmək, bir faktın da
fiksasiyasını istərdim. Aydının faciəli ölümün-
dən sonra ona xeyli şeir həsr edilib, Vaqif As-
lan «Aydın» poemasını [18] yazıb və bunların
heç birisini oxumaq Aydına qismət olmadı.
Amma Aydının sağlığında Vaqif Bayatlı Odə-
rin (Cəbrayılzadə) «Dilini saxlaya bilməyən
adam» şeiri onun xoşuna gəlmişdi. Və Aydın
ondan xahiş etmişdi ki, bu şeiri kitabında ona
həsr etsin və Vaqif də bu xahişə əməl etmişdi.
Sözümü, nağılımı Aydın Məmmədova həsr edil-
miş o şeirdən gətirdiyim misralarla qurtarıram:
Dilini saxlaya bilməyən adam doğuldu,
dil açdı, danışmaq öyrəndi,
öyrəndi vətənin dərdini
torpağından gülünəcən,
ancaq susmağı öyrənə bilmədi ölənəcən...
Dilini saxlaya bilməyən adam
işdə iş yoldaşına dedi:
– Bilmirəm adamlar niyə baş əyir
boş başları görəndə... [19].
«Nağıl»ımı, amma gerçək haqqında nağı-
lımı burada nöqtələyirəm və bilirəm ki, göydən
üç alma düşməyəcək və bu almalar da heç kəsin
arasında bölünməyəcək... Amma onu da bilirəm
ki, bu «Nağıl»ım, heç olmasa, iki-üç nəfərin xo-
şuna gələcəkdir... Bir də onu bilirəm ki, biri vardı,
biri yoxdu, amma bu dünyada ömrü gerçəyin
nağılına bələnmiş bir Aydın Məmmədov vardı və
onun başı dolu başlardan olduğundan, böyük ehti-
ramla onun ruhu qarşısında baş əyməyə dəyər...
Dostları ilə paylaş: |