121
121
tökmə sıxlığın qiyməti 1200, beton tərkibinin hesablanmasında isə
1300 kq/m
3
qəbul edilir.
Sutələbatı və normalı qatılığı. Normal qatılıqlı sement
xəmiri almaq üçün götürülən suyun miqdarına sementin
sutələbatı
deyilir.
Sement xəmirinin normal qatılığı dedikdə onun elə qatılığı
nəzərdə tutulur ki, Vika cihazının silindri həmin xəmirə standartın
normalaşdırdığı qədər batmış olsun.
Adətən, portlandsementin sutələbatı 24
28 %-dir. Yəni normal
qatılıqlı sement xəmiri hazırlamaq üçün sementə onun kütləsinin
24
28 %-i qədər su qatmaq lazımdır.
Portlandsementə 15 %-ə qədər qatılan çöküntü mənşəli süxurlar
sutələbatını artırır. Portlandsementin sutələbatını ona üyütmə vaxtı
0,1
0,3 % səthi-aktiv əlavə qatmaqla xeyli azaltmaq olur.
Tutma müddəti. Sement xəmirinin
öz plastikliyini itirərək
tədricən qatılaşmasına
sementin tutması deyilir. Sementin tutma
müddəti şərti olaraq iki dövrə ayrılır: tutmanın başlanğıcı və tutmanın
sonu. Tutmanın başlanğıcı və sonu Vika cihazı iynəsinin normal
qatılıqlı sement xəmirinə batma dərinliyi ilə müəyyən edilir. Standart
üzrə sementin tutmasının başlanğıcı 45 dəqiqədən tez, tutmasının sonu
isə 10 saatdan gec olmamalıdır. Adətən,
portlandsement üçün
tutmanın başlanğıcı 1
2 saatdan, sonu isə 5
8 saatdan sonra olur. Bu
müddət tikinti işləri aparmaq üçün tamamilə əlverişlidir, çünki tutma
başlanana qədər beton və məhlulu daşıyıb işə sərf etmək mümkün
olur.
Portlandsementin tutma müddəti bir sıra amillərdən,
o cümlə-
dən, klinkerin mineral tərkibindən, sementin narınlığından, su-sement
nisbətindən və temperaturdan asılıdır.
Portlandsementin narınlığı yüksək olduqda onun tutması da
sürətlənir, çünki hissəciklərin su ilə reaksiyasının sürəti artır. Odur ki,
narınlığı yüksək olan sementlərin tutma sürəti normal olsun deyə
onlara nisbətən çox miqdarda gips qatırlar.
Su-sement nisbətinin azalması, temperaturun artması, sementə
bəzi əlavələrin qatılması da tutmanı sürətləndirir.
Narınlıq. Müəyyən miqdar sementi
standart ələklərdən ke-
çirməklə onun narınlığı təyin edilir. Standarta əsasən sementi
deşiklərinin ölçüsü 0,08 mm olan 008 №-li ələkdən keçirərkən qalan
qalıq 15 %-dən çox olmamalıdır.
122
122
Sementin narınlığını xarakterizə edən digər daha dəqiq kə-
miyyət xüsusi səthdir. 1 q sementdəki
hissəciklərin səthləri cəminə
xüsusi səth deyilir və sm
2
/q-la ifadə edilir.
Sement narın üyüdüldükcə onun xüsusi səthi də artır. Adətən,
portlandsementin xüsusi səthi 2500
3000 sm
2
/q həddində, 008 №-li
ələkdə qalan qalıq isə 3
8 % olur.
Dostları ilə paylaş: